Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycanlı rəssamın əsərləri Parisdə - Sərgi
Tarix: 14.02.2019 | Saat: 12:39:00
Bölmə:Mədəniyyət | çapa göndər

Parisin 3-cü rayonundakı “Galerie Belem” qalereyasında “Müqəddəs qadınlar” adlı sərgi açılıb. Sərgidə azərbaycanlı rəssam Aydan Salahovanın əsərləri nümayiş olunur. O, görkəmli Xalq rəssamı Tahir Salahovun qızıdır. Parisdə “Galerie Belem” qalereyasındakı sərgidə azərbaycanlı rəssamın “fars miniatürləri” silsilə əsərləri nümayiş olunur. Azərbaycan mənşəli və Şərqi Avropa təhsilli rəssam əsərlərində Şərqin islamçı və Qərbin feminist təsirlərini bir araya gətirib. Onun “Fars miniatürləri” silsiləsində olan əsərləri islam kontekstində qadın kimliyini araşdırır. Bu tablolarda görünməyən və görünən elementlər eyni çəkiyə malikdir. Zərif qadın fiqurları incə şəkildə təsvir edilib, kişi cinsinin yoxluğu aydın şəkildə gözə çarpır. Rəsmlər səthi və onların mövzusu anonimdir ki, bu da onlara qarşılıqlı şəkildə bir-birini əvəzləmə və reprezentivlik verir. Bu əsərlərin reallaşması silsilənin adını götürdüyü fars miniatürlərinə gedib çıxır.

Qeyd edək ki, Aydan Salahovanın əsərləri Moskva Müasir İncəsənət Muzeyinin kolleksiyalarında, Tretyakov, eləcə də Roma və Nyu-York qalereyalarında saxlanılır. Bir çox Avropa ölkələrində sərgiləri təşkil olunub. Sərgi martın 30-dək davam edəcək.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.05.2019
19.05.2019
18.05.2019