Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Avrasiyanın nəqliyyat mərkəzinə çevrilən Azərbaycan - RƏY
Tarix: 14.02.2019 | Saat: 11:24:00
Bölmə:Gündəm | çapa göndər

“Bu gün qarşımızda yeni vəzifələr durur, yeni çağırışlar dayanır. Dünya dəyişir, dünyada gedən proseslər narahatlıq doğurur. Beynəlxalq hüquq prinsipləri artıq belə görünür ki, o qədər də böyük rol oynamır. Ona görə, hər bir ölkə çalışmalıdır ki, maksimum öz daxili resurslarına arxalansın. Əslində, biz bu siyasəti uzun illərdir ki, aparırdıq. Əsas hədəf ondan ibarət idi ki, biz iqtisadi cəhətdən heç kimdən asılı olmayaq. Biz iqtisadi müstəqilliyi əldə edəndən sonra əlbəttə ki, öz siyasi addımlarımızı daha inamla atırıq və ölkəmizin maraqlarını daha böyük dərəcədə qoruyuruq”. Bu fikirləri ölkə Prezidenti İlham Əliyev “Real tv” yə müsahibəsində bildirib.

Dövlət başçısı vurğulayıb ki, 2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir: “Biz bu istiqamətdə məqsədyönlü, hərtərəfli siyasət aparırıq, həm beynəlxalq mövqelərimizi möhkəmləndiririk, həm də regional əməkdaşlıq təşəbbüsləri ilə çıxış edirik. Bu gün Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilib. Yəni, nəqliyyat mərkəzlərindən birinə yox, məhz nəqliyyat mərkəzinə çevrilib. Çünki Şimal-Cənub və Şərq-Qərb dəhlizləri ölkəmizin ərazisindən keçir. Biz bu coğrafi vəziyyətdən çox səmərəli istifadə etdik, güclü infrastruktur yaratdıq. Bu gün Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərində 10-dan çox ölkə əməkdaşlıq edir. Yalnız bir ölkə hər iki layihədə iştirak edir ki, o da Azərbaycandır”.

Mövzu ilə bağlı fikirlərini bizimlə bölüşən iqtisadçı ekspert Fikrət Yusfov deyib ki, bu gün Azərbaycan sözün əsl mənasında dinamik bir inkişaf dövrünü yaşayır:

“İndi ölkəmizin iqtisadi və maliyyə dayanaqlığı elə bir səviyyəyə yüksəlib ki, o dünyanın iqtisadi, maliyyə müstəvisində baş verən hər hansı bir təlatümləri özündən yan keçirə bilmək şanslarına malikdir. Ölkə Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi uğurlu daxili və xarici siyasət strategiyası reallaşdırıldıqca Azərbaycan iqtisadi sahədə ciddi uğurlar qazanmaqla paralel dünyanın siyasi müstəvisində samballı söz sahibinə çevrilir".
Onun sözlərinə görə, Azərbaycanın siyasi uğurlarının kökündə iqtisadi uğurlar dayanır: "Bu birmənalı şəkildə belədir. Prezident İlham Əliyev də vurğuladığı kimi Azərbaycan artıq Avrasiyanın nəqliyyat mərkəzinə çevrilib. Çünki məhz ölkəmizin dəstəyi ilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin işə düşməsi çox böyük tarixi hadisə idi. Bu layihələrin icra edilməsi bizə milyardlarla dollar neft-qaz pullarının əldə olunmasına imkan verdi. Maliyyə imkanlarımızın böyüklüyü isə, öz növbəsində, bizə regional layihələri reallaşdırmaq sahəsində böyük imkanlar yaratdı. Yola saldığımız ötən illər ərzində Azərbaycan bölgədə ən böyük transmilli layihələrə ev sahibliyi etdi. Bunlardan ən nəhəngi 4 seqmenti olan “Cənub Qaz Dəhlizi” layihəsidir. Bu layihənin 3 hissəsi artıq istifadəyə verilib. Onun son hissəsi olan TAP xəttinin inşası işləri isə qrafikə uyğun bir şəkildə uğurla davam edir. 2020-ci ildə bu layihə tam istifadəyə veriləcək. Yəni, Azərbaycan neft və qaz satışından əldə etdiyi milyardlarla dollar vəsaitləri iri nəqliyyat layihələrinə yatırmaqla bu gün tək yerləşdiyi bölgədə deyil, Avrasiya məkanında ən aparıcı tranzit yükdaşımalar zonasına çevrilə bildi. Bu sırada Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi tarixi layihədir. Bu layihə bizə imkan verir ki, Azərbaycan ərazisindən böyük həcmdə yüklər Şərqdən-Qərbə, Qərbdən-Şərqə daşınsın. “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması da Azərbaycan üzərindən yüklərin bu istiqamətdə daşınmasında böyük rol oynayacaq. Azərbaycan hökuməti hazırda bu istiqamətdə dəmir yolu ilə daşımaların sürətini artırmaq məqsədilə Bakı-Astara dəmir yolunun yenidən qurulması layihəsini reallaşdırır. Bu gün “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərində birləşən ölkələrin sayı 10-dan çoxdur və yaxın gələcəkdə onların sayı daha da artacaq”.

Sevinc



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.03.2019
25.03.2019
24.03.2019