Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İqtisadçı ekspertlərdən Zahid Orucun çağırışına reaksiya - ALQIŞLAYIRIQ
Tarix: 15.02.2019 | Saat: 12:01:00
Bölmə:Sosial | çapa göndər

Prezident İlham Əliyevin fərmanı ilə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin olunan Zahid Oruc sosial şəbəkədə çağırış edib. Bu çağırışda əsas diqqət çəkən məqamlardan biri iqtisadçılarla əməkdaşlığa hazır olduğunu bildirməsidir.

Belə ki, Z. Oruc deyib ki, hər kəs əmin olsun ki, təkcə mövqeyi dövlətin iqtisadi-siyasi xətti yaxın olan iqtisadçılarımızla deyil, eləcə də fərqli dünyagörüşü daşıyan istənilən fikir adamı ilə ünsiyyətə, əməkdaşlığa və işgüzar münasibətlərə hazırıq:

“Hörmətli iqtisadçılar Vüsal Qasımlı, Rövşən Ağayev, Samir Əliyev və onlarla tanınan, yaxud tanınmayan insanlar bizə öz köməyini göstərəcəksə, onlardan qətiyyən imtina etmək fikrində deyilik”

Hafta.az Zahid Orucun bu çağırışına iqtisadçıların münasibətini öyrənib.

“Bu təklif həm də bir etimaddır”

İqtisadçı ekspert Samir Əliyev:

“İlk öncə bizə göstərdiyi etimada görə təşəkkür edirəm. Biz daim dövlət qurumları ilə əməkdaşlıq etmişik. Vergilər Nazirliyi və Mərkəzi Bankı misal çəkə bilərəm. Hazırladığımız tədqiqatları, araşdırmaları, tövsiyyələri həmişə dövlət qurumuna göndərmişik. Onların ayrı-ayrı qurumları, eləcə də komitələrlə görüşlər keçirmişik, fikir mübadiləsi aparmışıq. Məqsədimiz də cəmiyyətdə olan problemləri həll etmək üçün çıxış yolu axtarmaq olub. Biz bunu bu vaxta qədər görmüşük. Zahid Orucun bu təklifi bizim üçün də yaxşıdır ki, bu sahədə işləyək. Fikir mübadiləsi aparmaq lazımdır. Əməkdaşlığa hazırıq. Hər bir halda bu fikri müsbət dəyərləndirirəm. Ümid edirəm ki, Sosial Tədqiqatlar İnstitutu da ictimai fikrin araşdırılması və cəmiyyətə təqdim etməkdə səmərəli bir vasitə olacaq. İlkin olaraq fikrimi belə əsaslandırardım ki, bu təklif həm də bir etimaddır”.

“Təklif olunan yaxşı dəvəti bu günə qədər geri çevirməmişəm”

İqtisadçı ekspert Natiq Cəfərli:

“Mövqeyimizi açıq şəkildə bildirəcəyimiz istənilən platformada iştirak etməyə həmişə açıq olduğumu bildirmişəm. Təklif olunan yaxşı dəvəti bu günə qədər geri çevirməmişəm. Bir televiziya, radio və s. istənilən müzakirə, mədəni diskusiyaya olacağı təqdirdə qəbul etmişəm. Düzdür, bu gün belə müzakirələr çox azdır. Oturuşmuş bir mədəniyyətə çevriləcəksə, istənilən halda mən hazıram. Bu normaldır. Belə platformaların olması ölkənin inkişafı üçün çox lazımdır”.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.03.2019
22.03.2019
21.03.2019