Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İşə qəbul imtahanında ən yüksək bal toplamış kənd müəllimi ilə SÖHBƏT
Tarix: 15.02.2019 | Saat: 12:03:00
Bölmə:Müsahibə | çapa göndər

Müəllimlik müqəddəs peşədir. Bunu layiqincə yaşatmaq isə hər kəsə nəsib olmur. Bu gün daha yaxından tanıyacağınız şəxs 2017-ci ildə müəllimlərin işə qəbulu – MİQ – imtahanında 60 bal – ən yüksən bal toplayan İsgəndər Səmədovdur. Yüksək bal toplamasına baxmayaraq, kənd məktəbini seçib və deyir ki, potensiallı və savadlı müəllimlər şəhər yerindəçoxdur. Kənd yerində cavan kadrlara böyük ehtiyac vardır. Hafta.az gənc müəllimlə müsahibəni təqdim edir...

Səni tanımayanlar üçün özünü təqdim edərdin...

– İsgəndər Nurəddin oğlu Səmədov, 1994-cü ildə Saatlı rayonunun Qara Nuru kəndində anadan olmuşam. 2011-ci ildə Gəncə Dövlət Universitetinin Kimya fakültəsini bitirmişəm, 2015-ci ildə isə Sumqayit Dövlət Universitetinin qeyri-üzvi kimya üzrə magistr dərəcəsi almışam.

Biz sizi MİQ imtahanında 60 – ən yüksən bal yığdığınız zaman tanıdıq, bu barədə məlumat verərdin...

– Ola bilər; şəhər və ya ölkələrarası müsabiqələrdə iştirak etməmişəm, həm də məqsədim tanınmaq olmayıb. Yəqin, bu hissi yaşamamışam deyə. Mənim üçün vacib olanı məni yaxınlarımın tanıyıb, dəyərləndirməsidir. Buna da nail oldum. İndi isə ən böyük arzum bacardığım qədər irəli getməkdir. Bu mənim üçün bir başlanğıcıdır.

– Yüksək bal yığmaq üçün necə hazırlaşırdın, belə bir məqsədin var idimi?

– Əslində, həmişə deyirdim ki, ən yüksək nəticəni nəzərdə tutmaq və bunun üçün əzmləçalışmaq lazımdır. Çalışdım, fikirlərimdə yanılmadığımıöz-özlüyümdə sübut etdim.

İstənilən məqsəd çətindir. Bunun üçün daim hazırlaşmaq və hazırlıqlı olmaq lazımdır. Mən bu günə kimi hələ dəöz üzərimdə çalışıram və buna davam edəcəyəm.

– Altmış balla Bakışəhərində yerləşən məktəbləri seçməşansınız olsa da, siz kənd məktəbini seçdiniz. Bunun səbəbi nədir?

– İşlədiyim kənd məktəbi mənim öz məktəbimidir. Bizim məktəbi bitirənlər ancaq III qrupa aid olan ixtisaslar üzrə universitetlərə qəbul olurdular. Bu da əlbəttə ki, dəqiq və təbiət elmlərinə olan marağın az olmasıdır. Potensiallı və savadlı müəllimlər şəhər yerindəçoxdur, amma bizdə bu fənn zəif tədris olunduğundan, kimyaya qarşı uşaqlarda ruh düşkünlüyü yaşanırdı. Bu səbəbdən də belə tendensiyanın qarşısını almaq üçün kənd məktəblərinə müracət etdim. Öz müəllimlərimləçiyin-çiyinə işləmək bu günə qədər keçirdiyim hər bir əziyyətə dəyər.

– Kənd yerində işləmək o qədər də prestijli sayılmır. Siz seçimdən sonra peşman olmadınız ki?

– Əsla! Müəllim yalnız pul qazanmaq niyyəti ilə işləyirsə, demək, müəllimlik sənətini tam anlamayıb. Baxın, mən nə birinci, nə də sonuncuyam. Mənim kimi o qədər müəllim var... Hətta ucqar rayonları seçən müəllimlər əsl təqdirəlayiq insanlardır. Öyrətmək üçün məkan lazım deyil.

– Məktəbdə kollektiv sizi necə qarşıladı?

– Açıq danışmağı sevirəm. Heç bir müəllim istəməz ki, dərs saatı azalsın, problemləri olsun. Amma yenə də bir çox müəllimim mənə bu günə kimi arxa-dayaqdır. Bunlardan Dilavər müəllim, Səkinə müəllim, Əzizulla müəllim və digərlərini qeyd edə bilərəm. Onlara çox-çox təşəkkür edirəm.

– İşlədiyiniz məktəbin şəraiti sizi qane edirmi?

– Dediyim kimi, bizim qayəmiz öyrətməkdir. Məktəb, əlbəttə ki, qış aylarında soyuq olur, amma uşaqlarımızın istiqanlılığı və oxumağa həvəsi o qədər yüksəkdir ki, üstümüzdə, sadəcə tavan olsa belə,öyrənməyə vəöyrətməyə hazırıq. Biz də istərdik ki, təmirli məktəblərdə, laboratoriyalarda dərs keçək, təcrübələr aparaq. İnanırıq ki, Prezident İlham Əliyevin təhsilə göstərdiyi qayğı nəticəsində bizim də məktəbdə bu problem öz həllini tapacaq.

– Kənddə gənc bir müəllimə qarşı münasibət necədir?

– Mən deyərdim ki, çox gözəl. Müəllimliyin bir cəhətini sevirəm ki, insanın kamilliyini artırır. Çox pozitiv insanam, hər uşaqla dil tapıram. Məktəbdə cavan kadrlara münasibət yaxşıdır. Bizim kimi gənc mütəxəssislər uşaqlarla xoş istirahət keçirməyi xoşlayır. Yaşlı nəslimiz isə buna bir qədər uşaq kimi yanaşır.

 

– Uşaqlardan razısınızmı?

– Hər cür uşaq var: dəcəl, amma oxuyan; sakit, lakun oxumayan və başqaları. Hamısının öz yeri var. Mən dərs dediyim bütün uşaqlardan razıyam və onlarla çox gözəl yola gedirəm. Biz təkcə müəllim deyil, həm də futbolda tərəfdaş, dama vəşahmat oyunlarında rəqib, xeyir işlərdə və qəmgin günlərdə isə yoldaşıq. Kənd məktəbi bizə bunu öyrədir.

– Magistratura təhsiliniz də var, gələcəkdə elmi iş yazmağı düşünürsünüz?

– İnşallah? doktorantura işləri üzrə sənədlərimi verəcəkdim, lakin anamı itirməyim məni bu yoldan geri qoydu. Anamın və atamın böyük arzusu məni iş adamı görmək idi. Bunun üçün çalışır, əlimdən gələni əsirgəmirəm. Məqsədim var...

– Planlarında şəhər məktəblərində işləmək varmı?

– Ola bilsin ki var. Amma əvvəlcə öz yerimə kadr hazırlayım, sonra kimyaçılıq üzrə davam edim, tədqiqatlar aparım.

– Peşənizi sevirsiniz, yoxsa yaşamaq üçün bu işdəçalışırsınız?

– Bu peşə mənə sevgini və hər bir nizamıöyrətdi vəöyrədir. Öz işimi çox sevirəm. Bəzən bir uşağın sevinci elə gözəl olur ki...

Mən öz peşəmlə fəxr edirəm. Müəllimlik ən böyük dəyərimizdir. Amma yaşamaq üçün başqa sənətlə də məşğul olmaq lazımdır. Buna görə də həm yaşamaq üçün, həm də bu gözəl həzzi daim dadmaq üçün öz peşəmizin vurğunu olmalıyıq...



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.05.2019
18.05.2019