Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Prezident və vitse-prezidentin sadə insanlarla səmimi görüşməsi onların xalqa münasibətinin təcəssümüdür” – Azər Badamov
Tarix: 16.02.2019 | Saat: 11:14:00
Bölmə:Siyasət | çapa göndər

“Ölkə başçısı cənab İlham Əliyev prezident seçildiyi ilk gündən demişdi ki, regionlarla mərkəz arasındakı fərqi aradan qaldıracaq. Hər bir Azərbaycan vətəndaşının prezidenti olacağını söyləmişdi. Dövlət başçımızın 15 illik fəaliyyəti dövründə 3 regionların sosial-iqtisadi inkişafı dövlət proqramı həyata keçirilib. Artıq dördüncü proqram tərtib olunub. Hədəflər müəyyənləşdirilib”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. Millət vəkili bildirib ki, bu proqramlar çərçivəsində Azərbaycanın bütün regionları yüksək səviyyədə inkişaf edib. O cümlədən, insanların sosial rifahı yaxşılaşıb: “Təbii ki, bu da ölkə prezidentinin sadə insanlara, vətəndaşlarımıza olan münasibətindən irəli gəlir. Ölkə başçımız hər bir vətəndaşla görüşərkən sadə davranış sərgiləyir. Çox səmimi görüşür. Çünki prezidentimizin özü sadə insandır. O, dəfələrlə xalqın xidmətçisi olduğunu qeyd edib. Ölkə başçımızın regionlarımıza son səfərləri çərçivəsində sadə insanlarla görüşməsi, siravi vətəndaşların içində olması, onlarla bir yerdə şəkil çəkdirməsi, mahnı oxuması, yaşlı insanın əlindən öpməsi, ahıl bir insana su verməsi prezidentimizin sadə bir insan olduğunun göstəricisidir. Hər bir azərbaycanlının prezidenti olduğunun bariz nümunəsidir. Əyalətlərə, bölgələrə səfərləri çərçivəsində həm prezidentimiz, həm də vitse-prezidentimiz Mehriban xanım Əliyeva sadə insanlara görüşür. Söhbətləşir”.

Millət vəkili bildirib ki, onların bu cür davranışları ilk növbədə hər bir dövlət məmuru üçün bir nümunədir. Dövlət məmurlarına göndərilən bir mesajdır. Yəni, dövlət vəzifəsində mövqe tutan hər bir şəxs xalqın içərisində olmalıdır: “Xalqın xidmətində durmalıdır. Xalqın xidmətçisi olmalıdır. Çünki dövlətimizin verdiyi bu status, vəzifə bunu etməyə bir şərait yaradır. Bizim bir nömrəli borcumuz xalqa xidmət göstərməkdir. Eyni zamanda, maksimum şəkildə xalqın rahatlığını təmin etməkdən ibarətdir. Yəni, prezidentimiz cənab İlham Əliyevin, vitse-prezidentimiz Mehriban xanım Əliyevanın sadə insanlarla səmimi görüşlər keçirməsi, sadə vətəndaşların arasında olması həm də onları düşündürən məsələlərin, problemlərin onların öz dilindən eşidilməsinə bir şərait yaradır. Ölkə rəhbəri zəlzələdən zərər çəkmiş sadə insanların yanında olmaqla onların yerlərdəki problemlərini bir daha araşdırır, öyrənir. Həmin problemlərin həlli istiqamətində müəyyən təbdirlər həyata keçirir. Hətta yadınıza gəlirsə, ölkə başçısı Şamaxıda zəlzələdən zərər çəkmiş 92 yaşlı Saray nənənin əlindən öpdü və dedi ki, buraya gəlməyə bilməzdim. Bu dövlət rəhbərinin, ali şəxsin sadə vətəndaşa olan münasibətinin göstəricisidir. Sonra cənab prezident dedi ki, mən Saray nənəyə yenidən inşa edilmiş evin açarlarını şəxsən təqdim edəcəyəm. Bu məqam da prezidentin xalqa olan münasibətinin təcəssümüdür. Onu da qeyd edim ki, ölkə prezidentimizin apardığı düzgün və düşünülmüş siyasət nəticəsində xalqla hakimiyyət arasında sarsılmaz birlik mövcuddur. Bu da dövlətimizi, ölkəmizi daha da gücləndirir”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.03.2019
22.03.2019
21.03.2019