Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “fədakar müəlliməsi” - HƏFTƏ REYTİNQ
Tarix: 15.02.2019 | Saat: 18:30:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

Hər gün Sumqayıtdan Qubaya dərs deməyə gedən gənc müəllimə üzə çıxdı. Fədakar müəllimə ilə çərşənbə günü Təhsil Nazirliyinin təşkil etdiyi mediatura qatılan bir qrup jurnalist görüşüb. 24 yaşlı Maral Yusifova Qəçrəş kənd məktəbində alman dili müəllimi işləyir. O, dərs keçmək üçün hər gün Sumqayıtdan Qəçrəşə qədər yol qət edir. 

2017-ci ildə müəllimlərin işə qəbulu imtahanında 45 bal toplayaraq bu məktəbə təyinat alıb. 22 saat dərs yükü olan gənc müəllimə 400 manat məbləğində əməkhaqqı alır. O, jurnalistlərə açıqlamasında bildirib: “"Sumqayıt şəhərində yaşayıram. Hər gün Sumqayıtdan atam məni Qubaya gətirir, burada gözləyir. Dərsim bitəndən sonra Bakıya qayıdıb magistr təhsili alıram. Çətinliklərə baxmayaraq, sənətimi sevdiyim üçün bu iş məni daha da ruhlandırır...".

 

Həftənin “psixiatrı”


İtaliyanın sabiq Baş naziri Silvio Berluskoni ona səs verməyən ölkə vətəndaşlarını “axmaq” adlandırdı. “Canale 5” televiziyasının məlumatına görə, 82 yaşlı siyasətçi italyanların əksəriyyətinin dəli olduğunu bildirib. “Neçə nəfər Berluskoniyə səs verir? Yüz nəfərdən 5-6 nəfər. Buna görə utanıram. İtalyanların əksəriyyəti dəli olub”, - deyə o, sahibi olduğu “Canale 5” televiziyasının populyar verilişində qeyd edib.
Berluskoni may ayında Avropa Parlamentinə keçiriləcək seçkilərdə iştirak edəcəyini bildirib. O hesab edir ki, Avropa İttifaqında dəyişikliklər zəruridir.


Həftənin “istefalı komitəsi”


Qarabağ Komitəsinin çərşənbə günü keçirilən iclasında ciddi gərginliklər yaşandı. Qurumun təsisçilərindən olan sabiq daxili işlər naziri, AMDP sədri İsgəndər Həmidov komitədən istefa verib. Onunla bərabər Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu da QK-nı tərk edib. İ.Həmidov öz təşəbbüsü ilə yaradılan Azərbaycan Xalq Hərəkatı daxilində Qarabağ Komitəsi tipli komitənin yaradılmasını daha məqsədəuyğun sayıb. Onun çıxışı birmənalı qarşılanmayıb. İstefasını açıqlayan sabiq nazir belə bir qurumu hərəkat daxilində yaradacaqlarını açıqlayaraq, iclası tərk edib. İ.Həmidov və A.Şakiroğlu ilə bərabər 20-dən çox üzvün QK-nı tərk etdikləri bildirilir.


Həftənin “vəzifəlisi”


Bazar ertəsi Prezident İlham Əliyev Zahid Orucun Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzaladı. Sərəncamda qeyd edilir ki, Zahid Məhərrəm oğlu Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilsin. Sərəncam imzalandığı gündən qüvvəyə minib.


Həftənin “peşəkar döyüş məktəbi”


“Mauqli” ləqəbi ilə tanınan, dəfələrlə dünya çempionu olmuş Zabit Səmədov Bakıda öz peşəkar döyüş məktəbini açdı. Məktəb Heydər Əliyev adına İdman və Konsert Kompleksinin binasında ayrılmış xüsusi yerdə fəaliyyət göstərəcək. Açılış mərasimində Zabitlə bərabər, onun idmançı həmkarları, tanınmış simalar və şou-biznes nümayəndələri iştirak ediblər. Altı yaşından yuxarı hər bir şəxs “Zabit Səmədov döyüş məktəbi” adı ilə fəaliyyət göstərəcək məktəbə yazıla bilər. Döyüş məktəbinə mart ayından etibarən Belarus, Rusiya, Ukrayna və Tailandın tanınmış idman ustaları dəvət olunacaq. Eyni zamanda, ayda iki dəfə Zabit Səmədovun özünün və bir sıra dünyaşöhrətli idmançıların iştirakı ilə master-klasslar təşkil ediləcək. “Zabit Səmədov döyüş məktəbi” prezident İlham Əliyevin dəstəyi ilə yaradılıb. Qeyd edək ki, Zabit Səmədov uzun illər Belarusda yaşayıb. Peşəkar idmançı artıq bir ildir ki, Azərbaycana köçüb və fəaliyyətini burada davam etdirir.


Həftənin “bankrot alverçisi”


Telman İsmayılovun Moskvada yerləşən “Praqa” restoranının dəyəri 1,78 milyon rubladək (təxminən 50 min AZN) ucuzlaşdı. Bununla bağlı İflas haqqında məlumatların vahid Federal Reyestrinin sənədlərində məlumat verilib. Bildirilib ki, “Praqa-AST” Məhdud Məsuliyyətli Cəmiyyəti (Telman İsmayılovun rəhbərlik etdiyi) iflasa uğradığına görə “BM-Bankı”nda girov olan əmlakını satışa çıxarıb. Söhbət “Praqa” restoranından gedir. Bundan öncə restoranın dəyəri 2,2 milyon rubl, daha sonra isə 1,98 milyon rubl göstərilmişdi. Ancaq heç kəs göstərilən məbləğlər qarşılığında əmlakı satın almaq istəməyib. Restoranın satışı ilə bağlı növbəti hərrac apreldə keçiriləcək. Xatırladaq ki, Telman İsmayılovun iflası 2015-ci ilin dekabrında təsdiqlənib. Hazırda biznesmenin bir neçə strukturu da iflas vəziyyətindədir. T.İsmayılov isə sifarişli qətl ittihamı ilə axtarışa verilib.


Həftənin “mükafatçı iti”


Argentinada alman cins iti İsraildən olan itən turistlərin cəsədini tapdığı üçün min dollardan artıq mükafat aldı. Bu barədə “The Times of Israel” nəşri xəbər verib. Pullar kinoloqlar klubunun inkişafına sərf olunacaq. 54 yaşlı mikrobioloq professor Lili Pepeq və onun bacısı, 63 yaşlı Piri Sarusi ilə qohumları 12 yanvardan bəri əlaqə saxlaya bilmirdilər. Polis onun axtarışları ilə məşğul olsa da, qadının bədənini tapmağa alman ovçarkası Ruk nail olub. Turistlərin qalıqları tikinti zibilliyi altından tapılıb. 8 fevralda Ruka və onun məşqçisinə 1.3 min dollar məbləğində mükafat veriblər. Eyni zamanda Kastroya məxsusi olaraq pul mükafatı da verilib. Bu, ölən qadınların qohumlarının xahişi əsasında olub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.03.2019
22.03.2019
21.03.2019