Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Baytarlıq Xidməti xəstəliklərə görə toplandı
Tarix: 16.02.2019 | Saat: 11:29:00
Bölmə:Sosial | çapa göndər

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətində heyvan xəstəlikləri ilə bağlı risklərin müəyyən edilməsi, heyvanlar arasında xəstəliklərin baş verməsi, qiymətləndirilməsi və aradan qaldırılması yollarına dair tədbir keçirilib.

Hafta.az-ın məlumatına görə, tədbirdə xidmət rəisi Bayandur Rzayev hazırda ölkəmizdə iti yoluxucu xəstəliklərə görə peyvəndləmə tədbirlərinə start verildiyini və epizootik sabitliyin qorunub saxlanıldığını bildirib. Ancaq həmişə heyvan xəstəliklərinə görə müəyyən risklərin mövcud olmasının və onların aradan qaldırılması üçün mütəmadi tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Tədbirdə risklərin aradan qaldırılması, heyvanlar arasında müəyyən xəstəliklərin baş verməsi, xəstəliklərin aradan qaldırılması üçün təkliflər və çıxış yollarının hazırlanması məqsədi ilə qruplar yaradılıb.

Həmçinin tədbirdə geniş fikir mübadiləsi aparılıb və respublikanın epizootik sabitliyinin qorunub saxlanılması sahəsində görüləcək işlər barədə müvafiq tapşırıq və göstərişlər verilib.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.03.2019
22.03.2019
21.03.2019