Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Rusiyada məişət zəmnində baş vermiş kriminal qarşıdurmanı çeçen və Azərbaycan xalqlarının adına yazmağa heç bir əsas yoxdur” – Qabil Hüseynli
Tarix: 17.02.2019 | Saat: 15:15:00
Bölmə:Siyasət | çapa göndər

“Rusiyada çeçenlərlə azərbaycanlılar arasında baş verən kütləvi davanın müəyyən qruplar və ya Rusiya xüsusi xidmət orqanları tərəfindən körüklənməsi, qızışdırılması ehtimalını istisna etmirəm. Çünki çeçen və Azərbaycan xalqlarını dini, mədəni və tarixi əlaqələr birləşdirir. Onların qan yaddaşında Şeyx Şamil, Cohar Dudayev kimi bizləri birləşdirən görkəmli şəxslər dayanır. Dudayev özünün etirafına görə əslən kabardin balkar türklərindəndir. Şeyx Şamilin də həyat yoldaşının əsli də kalmık türklərindən olub. Yəni, bizi birləşdirən mədəni və etnik tarixi yaddaşla bərabər digər amillər də var. Bu kimi məqamları heç cür unutmaq olmaz. Təbii ki, iki xalq arasındakı mehriban dostluq münasibətlərini həzm edə bilməyənlər də az deyil”.

Bunu hafta.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə, tarix boyu Azərbaycan və çeçen xalqları arasında dostluqdan başqa hər hansı ədavət olmayıb: “Qarşıdurma hallarına rast gəlinməyib. Müasir dövrdə də bu proses getdikcə daha da möhkəmlənir. Çeçenstan prezidentinin Azərbaycana səfəri, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyx Hacı Allahşükür Paşazadənin Çeçenistanla yaratdığı əlaqələr bu bu münasibətləri daha da istiləşdirməkdədir. Ümumiyyətlə, bizim Şimali Qafqaz xalqları ilə çoxsaylı əlaqələrimiz mövcuddur. Rusiyada məişət zəmnində baş vermiş kriminal qarşıdurmanı çeçen və Azərbaycan xalqlarının adına yazmağa heç bir əsas yoxdur. Bazarlar, şəxsi maraqlar uğrunda mübarizə aparan qruplaşmalar üçün Vətən, xalq, millətlərarası dostluq məsələləri heç vaxt ön planda olmayıb. Kriminal maraqları hər şeyi üstələyib. ”.
Qabil Hüseynli bildirib ki, bir çeçenin azərbaycanlıları təhqir etməsi, sonradan onun azərbaycanlılar tərəfindən cəzalandırılması və bunun social şəbəkələrdə yayılmasının əsas səbəbi göstərir ki, vəziyyətin bu həddə çatmasında hər hansı bir “gizli əl”in də rolu var.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.05.2019
25.05.2019
24.05.2019