Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
DGK-nin Akademiyasının tələbələri təcrübə keçəcəklər
Tarix: 18.02.2019 | Saat: 12:43:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) IV kurs tələbələri 18 fevral 2019-cu il tarixdən 14 həftə ərzində bir sıra müxtəlif dövlət qurumlarında istehsalat təcrübəsi keçəcəklər.

DGKA-dan hafta.az-a verilən məlumata görə, Akademiyanın rəisi Qulu Novruzov təcrübəyə gedəcək tələbələr və onların təcrübə rəhbərləri ilə görüşüb. Qulu Novruzov “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” və “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2019-cu il tarixli Sərəncamlarına toxunub və dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğını xüsusilə qeyd edib.

Ali təhsil müəssisələrində tədris prosesi ilə yanaşı, tələbələrin əldə etdikləri bilik və bacarıqları təcrübədə tətbiq etmələrinin vacibliyini bildirən Qulu Novruzov tələbələrin təhsillə yanaşı, praktiki iş bacarıqlarına malik olmasının əhəmiyyətini qeyd edib. Akademiya rəisi buraxılış işlərinin mövzularına uyğun olaraq tələbələrin Dövlət Gömrük Komitəsi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyasında təcrübə keçəcəklərini bildirərək onlara bu müddətdə uğurlar arzulayıb.

Qulu Novruzov cari tədris ilində istehsalat təcrübəsinin yeni fərqli formatda təşkil olunduğunu nəzərə çatdırıb. O, tələbələrin təcrübə keçdikləri dövlət qurumlarının fəaliyyəti ilə yaxından tanış olmaq imkanı əldə etdiklərini də qeyd edib.

Daha sonra Akademiyanın təlim və innovasiyalar üzrə rəis müavini Ramiz Hümbətov tələbələri təcrübə gündəliyinin doldurulması, təcrübənin sonunda hesabatın yazılması qaydaları ilə bağlı təlimatlarla tanış edib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.04.2019
22.04.2019