Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ekstrasens Bayram Nurlu: “İndiyə qədər mənə verilən ən bahalı hədiyyə ev olub”
Tarix: 19.02.2019 | Saat: 10:57:00
Bölmə:Müsahibə | çapa göndər

Budəfəki həmsöhbətimiz ekstrasens Bayram Nurludur. Azərbaycan tamaşaçısının bir sıra verilişlərdə qalmaqal yaratmaqla tanıdığı sosial media qəhrəmanı hafta.az-a müsahibəsində həyatı ilə bağlı bir sıra gizli məqamlardan danışıb. Bayram Nurlu deyib ki, şou-biznesdə dostları, münasibətdə olduğu insanlar çox olsa da, etibar edəcəyi kimsə yoxdur.

-Salam, Bayram. Necəsən? Şou-biznesdə ən çox kimə güvənirsən?

-Əvvəla, sizin saytınızın izləyicilərinin hər birini salamlayıram. Bayramın şou-biznesdə dostları çoxdur. Amma etibar edəcəyi adam yoxdur.

-Bayram, indiyə qədər ən bahalı hədiyyəni kimdən almısan? Dəyəri nə qədər idi?

-İndiyə qədər mənə verilən ən bahalı hədiyyə ev olub. Həmin adam çox sağ olsun. Evin də qiymətini bilmirəm. Hətta bilsəm də, açıqlamaram.

-İndiyə qədər sənə xəyanət edən olub? Ümumiyyətlə, xəyanəti bağışlayarsan?

-İndiyə kimi dostlarımın mənə qarşı bəzi səhvlərini görmüşəm. Dostlarımın səhvləri olub. Xəyanəti isə yox. Sevgidə olan xəyanəti qətiyyən bağışlamaram.

-Bəs hansısa bir ekstrasensi özünə rəqib görürsən?

-Xeyr. Hansısa ekstrasensi özümə rəqib görmürəm. Hər kəsin öz yeri var. Onlar öz yerindədir, mən də öz yerimdəyəm. Rəqib tanımıram. Özümə kimisə rəqib görmürəm.

-Bu vaxta qədər kiməsə bahalı hədiyyə vermisən? Ən bahalı hədiyyəni kimə bağışlamısan?

-Bəli, etmişəm. Həmkarlarımın birinin ad günü idi. Onda etmişəm. Detalları açıqlamaq istəmirəm. Bu haqda açıqlama verməyi sevmirəm, nə olub, necə olub...

-Şou-biznesdə hansı müğənnilər qapını döyüb, müraciət edib?

-Bəli, çox ediblər. Amma onların adlarını açıqlaya bilmərəm.

-Əvvəllər televiziyalarımızın bir çoxunda öncəgörmə ilə bağlı verilişlər çox idi. Ekstrasenslər həmin verilişlərə aparıcı kimi dəvət alırdı. Hal-hazırda niyə yoxdur, olmasını və səni də həmin verilişə dəvət etmələrini istərdin?

-Hal-hazırda da televiziyalarda bu cür verilişlər var. Məni də dəvət edirlər, çağırırlar, mən getmirəm. Qonorar istəyirəm. Çünki mənim stilistlərim, komandam, geyimim-kecimim var. Sponsorlardan o qədər pul alırlar. Mənə də qonorarımı ödəsinlər, gedim.

-Nə əcəb özünü verilişlərdə aparıcı kimi sınamırsan, veriliş aparmırsan?

-Veriliş aparmışam. 2 il “Bayramla danışaq” verilişini aparmışam. İnşallah, növbəti illərdə yeni bir verilişlə tamaşaçıların görüşünə gələ bilərəm. Hal-hazırda buna ehtiyacım yoxdur.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.05.2019
18.05.2019