Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İtaliya istehsalı olan “M-346” təyyarələri Ermənistan üçün böyük təhlükədir
Tarix: 19.02.2019 | Saat: 11:24:00
Bölmə:Siyasət | çapa göndər

NEWS.am, Ermənistan
19.02.2019

Azərbaycan Ordusu öz arsenalını yeni silahlarla zənginləşdirməyə davam edir. Bu yaxınlarda Azərbaycan Hərbi Hava Qüvvələri üçün “Stealth” texnologiyası ilə hazırlanmış “SOM-B1” müasir qanadlı raketlər də əldə edib. Bu raketlər hava hücumundan müdafiə, o cümlədən raket hücumundan müdafiə obyektlərinin məhv edilməsi üçün nəzərdə tutulub.

Bu haqda “NEWS.am”a hərbi ekspert Van Hambarsumyan danışıb. Ekspertin sözlərinə görə, adıçəkilən raketlər hava hücumlarından müdafiə sistemlərindən yayınmaq bacarığına malikdir. Üstəlik onlar bu sistemlərin özünü də məhv edə bilir.

“Yəni Ermənistan ordusunun silahları arasında yer alan “S-300” sistemləri bu raketlər üçün adi hədəfdir. Bu qanadlı raketlər 250 kilometr radiusdakı hədəfləri vura bilir, onların uçuş hündürlüyü isə cəmi 10 metrdir. Ermənistanın hava və raket hücumlarından müdafiə sisteminin əsasını təşkil edən “S-300” zenit-raket sistemlərininsə aerodinamik hədəfləri vurmaq üçün minimal hündürlüyü 25 metrdir. Başqa sözlə, bu qurğular ən yaxşı halda 75 kilometrlik məsafədə və 27 kilometr hündürlükdə olan hədəfi vura bilər”, - deyə Hambarsumyan bildirib.

Hərbi ekspertin sözlərinə görə, Türkiyə istehsalı olan bu yeni raketlər uçuş zamanı relyefə uyğun hərəkət edir. Ermənistanın dağlıq ərazidə yerləşdiyini nəzərə alsaq, bu, hava və raket hücumlarından müdafiə sistemlərin işini çox çətinləşdirir.

“Dağların fonunda hədəfləri ayırd etmək xeyli çətindir” deyən Van Hambarsumyanın sözlərinə görə, Ermənistan ordusunun arsenalında olan “9K317 Buk-М2” zenit-raket kompleksləri belə, də bu tipli raketləri vurmaq iqtidarında deyil.

Ekspert xüsusi olaraq xatırladıb ki, Türkiyədə istehsal olunan silahlar NATO standartlarına cavab verir. İndiyədək Azərbaycan Ordusunun silahlanmasında əsasən keçmiş SSRİ və Rusiya istehsalı olan qırıcı təyyarələr, hətta Gürcüstanın istehsal etdiyi “Su-25KM” təlim-döyüş təyyarələri yer alıb. Onlarda isə NATO təyyarələrindəki kodlaşdırılmış radiosiqnal ötürülməsi sistemi yox idi. Hambarsumyan deyir ki, bu sistem yoxdursa, “SOM-B1” raketləri faydasız əşyadır. Ekspertin fikrincə, Bakını İtaliyadan NATO standartları ilə hazırlanmış “Alenia Aermacchi M-346 Master” təlim-məşq təyyarələri almağa məhz bu amil vadar edib: “Amma məsələ ondadır ki, bu təyyarələr təlim-məşq təyyarələri kimi hazırlansa da, döyüş məqsədilə də asanlıqla istifadə oluna bilir. Onlar hava-yer tipli raketlər, kaset aviabombaları da daxil olmaqla, 500 kiloqram hərbi yük daşımaq gücündədir. Bu təyyarələr “SOM-B1” raketlərini də daşıya bilir”.

“Baxın, bu, “təlim-məşq təyinatlı” təyyarədir. Amma Bakı əvvəlcə 10 belə təyyarə alıb. O, sonra 15, daha sonra isə daha 10 ədəd təyyarə almağı planlaşdırır”, - deyə Hambarsumyan bildirib. Onun fikrincə, bütün bunlar Azərbaycanın əsl məqsədini ortaya qoyur: “Pilotlar hazırlamaq Azərbaycanın yeganə məqsədi deyil. Çünki pilotlara təlim keçilməsi üçün 10 təyyarə almaq əsaslandırılmamış xərc olardı. Demək, Bakı bu çoxməqsədli maşınları döyüş vəzifələrinin yerinə yetirilməsi üçün alır. Əks təqdirdə onlara 4 belə qırıcı bəs edərdi. Səsdən sürətli uçan 16 qırıcısı olan heç bir ölkə pilotlara təlim keçmək üçün əlavə 25 təlim-məşq təyyarəsi almaz. Bu bayağı məntiqdir. Heç onların bu qədər pilotu da yoxdur”.

Bununla yanaşı, Bakı yalnız İtaliya istehsalı olan təyyarələr almaqla kifayətlənmək fikrində deyil. O, Rusiyadan çoxməqsədli “Su-30 МКА” qırıcıları da almaq istəyir. Artıq Azərbaycan bir qrup pilotunu həmin təyyarələrdə təlim keçməsi üçün Əlcəzairə göndərib. Hambarsumyan deyir ki, həmin qırıcılar hərbi xarakteristikasına görə Ermənistanın Rusiyadan 2020-ci ilədək alacağı “Su-30 SМ” qırıcılarından daha üstündür.

“Amma problem həm də ondadır ki, pilotların hazırlanması üçün ən azı beş il vaxt lazımdır. Hazırda bizim pilotlar belə müasir təyyarələrdə uçmağa hazır deyillər, çünki onlar indiyədək səsdən zəif sürətlə uçan “Su-25” təyyarələrini idarə ediblər”, - deyə ekspert bildirib.

Xatırladaq ki, mətbuatda Azərbaycan İtaliya istehsalı olan silah və hərbi texnikaya maraq göstərdiyi haqda xəbərlər çoxdan yayılıb. Məlumata görə, Bakı İtaliyadan NATO standartlarına cavab verən müasir silahlar almaq fikrindədir. Azərbaycan İtaliyadan artıq 10 ədəd “M-346” təlim-məşq təyyarəsi alıb və daha 15 belə təyyarə sifariş olunub. Bu gün İtaliya Hərbi Hava Qüvvələrinin 18 ədəd belə təyyarəsi var. O, Sinqapura 12, İsrailə 30, Polşaya isə 8 ədər “M-346” təyyarəsi satıb. Bu təyyarələri istehsal edən “Leonardo Aircraft” şirkətinin müştərilərindən biri də Azərbaycanın Müdafiə Nazirliyidir. Azərbaycan bu təlim-məşq təyyarələrini ilk dəfə 2017-ci ilin mayında nümayiş etdirilib. Lakin o zaman bu təyyarələrin sayı haqda heç nə deyilmirdi.

Erməni dilindən tərcümə -

www.worldmedia.az



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.04.2019
22.04.2019