Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Yeni zavodların hesabına Azərbaycan idxaldan asıllığa son qoyur - Ekspert
Tarix: 19.02.2019 | Saat: 11:13:00
Bölmə:Sosial | çapa göndər

Azərbaycanda qeyr-neft sektorunun inkişafı etdirilməsi ölkənin prioritet siyəsətlərindən biridir. İstehsal sahələrinin artırılması, qeyri-neft sektoruna olan maraq dayanıqlı iqtisadiyyatın güclənməsinə gətirib çıxara bilər. Bu il də ölkədə bir neçə zavod fəaliyyətə başlayıb. Ölkə başçısı Prezident İlham Əliyev Sumqayıt şəhərində “SOCAR Polymer”, “SOCAR karbamid” kimi zavodların açılışında iştirak edib və bu kimi istehsal sahələrinin yaradılmasının ölkə iqtisadiyyatı üçün vacib rol oynadığını vurğulayıb.

Zavodların açılması Azərbaycan iqtisadiyyatı üçün çox əhəmiyyətlidir. Ölkə büdcəsisində gəlirlərin artmasına təsir etmiş olacaq. Bu zavodların açılışı nəticə etibari ilə qeyri-neft sektorunun ixracatının artmasına gətirib çıxaracaq.

Bu sözləri hafta.az –a açıqlmasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Ekspert hesab edir ki, ixracatın artması və xüsusi ilə qeyri-neft sektorunun sayəsində ölkəyə daxil olan valyutanın miqdarı artacaqdır:

“Sözügedən zavodlarda istehsal olunan məhsullara tələb yüksəkdir. Tələb yüksək olduğuna görə, yerli öhdəlik hesabına tələbin ödənilməsinə zəmin yaratmış olur. Bu da idxaldan asıllığın aradan qaldırılması üçün çox vacib bir şərtdir. Yeni zavodların hesabına Azərbaycan idxaldan asıllığa son qoyur, daxili tələbi yerli istehsal hesabına ödəmək imkanı qazanır”.

V. Bayramov yeni zavodların fəaliyyətə başlmasının işsizliyin azalması, yerli  kadrların işlə təmin olunması üçün yaxşı hal olduğunu dedi:

“Azərbaycanda belə zavodların açılması yeni işçilərə şərait yaratmış olur. Zavodların açılması yeni iş yerlərinin açılması deməkdir. Bu da işsizlərin işlə təmin olunması üçün çox mühim bir addımdır. Orada xüsusi bilik və bacarıqlara sahib kadrlara ehtiyac olacaq. Bu da ölkədə işsiz kadrların işlə təmin olunmasına gətirib çıxaracaqdır. Azərbaycan üçün indiki zamanda istehsal sahələrinin yaranması vacibdir”.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.04.2019
22.04.2019