Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
On beş yaşlı Azərbaycan gəncinin detektiv kitabı çap edildi - GÜNÜN TƏZADLARI
Tarix: 20.02.2019 | Saat: 20:00:00
Bölmə:Günün təzadları | çapa göndər

“Qələm" nəşriyyatı Azərbaycanın 15 yaşlı yeni detektiv yazarını təqdim etdi. Hafta.az Musavat.com-a istinada yazır ki, nəşriyyatda Elgün Eyyubovun "Gizli şahid" kitabı nəfis, eyni zamanda olduqca maraqlı tərtibatla çapa hazırlanıb və işıq üzü görüb. 

Londonun sayılıb-seçilən iş adamlarından Con Ueldon özü üçün əlamətdar bir gündə dəhşətli xəbərlə sarsılır: onun oğlu atasının ad günü ziyafətinə gələrkən qatarda müəmmalı şəkildə qətlə yetirilir. Bundan sonra detektiv dostlar Konsel və Dik sirlərlə dolu cinayətin üstünü açmaq üçün fəaliyyətə başlayırlar. Onlar qatili tapmaqda qərarlıdırlar. Axı bu, sadəcə, detektiv dostların peşəsindən irəli gələn vəzifəsi deyil, həm də, oğlunun qətlinə dözə bilməyib intihar edən Con Ueldon qarşısında mənəvi borcudur. Beləliklə, gənc yazarın əsəri ilk baxışda detektiv janrına xas ənənəvi süjetlə başlayıb, sonradan özünəməxsus gözlənilməzlikləri ilə davam edir. Əsər eyni zamanda, onun müəllifinin timsalında çağdaş Azərbaycan dedektiv ədəbiyyatına yeni və istedadlı bir imzanın gəlişindən xəbər verir.
Onu da deyək ki, "Gizli şahid" E.Eyyublunun ilk kitabı olmaqla bərabər, həm də öz qəhrəmanları - mahir detektiv Konsellə dostu Dikin iş macəralarından ibarət seriyasından ilk əsəridir. Ən maraqlısı isə odur ki, müəllifin cəmi 15 yaşı var və məktəblidir. Belə ki, 8 sentyabr 2005-ci ildə doğulan E.Eyyubov paytaxtın Paşa Nəzərov adına 60 nömrəli orta məktəbində oxuyur.


Bakıda toy günü bəy başqa bir qızla xaricə qaçdı


Bakıda toy günü bəy başqa bir qızla ölkə xaricinə qaçdı. Hafta.az xəbər verir ki, yenicag.az-ın əldə etdiyi məlumata görə, qəribə olayın üstü çərşənbə axşamı 2 saylı "ASAN Xidmət” mərkəzində açılıb. Belə ki, əvvəlcədən müəyyənləşdirilmiş tarixdə nikah şəhadətnamələrini götürməli olan cütlük dövlət qurumuna gəlməli olublar. Axşam toyu olacaq gəlin mərkəzə gəlsə də, bəydən xəbər çıxmayıb. Sonradan onun başqa bir qızla Türkiyəyə qaçdığı məlum olub. Arzuolunmaz hadisə qohum olacaq şəxslər arasında ciddi problem yaradıb.


Ailə seriala görə soyadını dəyişdirdi


Türkiyənin Tokat bölgəsində yaşayan bir ailə "Çukur" serialına görə soyadlarını dəyişərək, Koçovalı etdi. Hafta.az-ın yazdığına görə, Axşam.az bildirir ki, evli və iki uşaq atası olan sürücü Mehmet Koçovalının əvvəlki soyadı "Verir" imiş. Onlar yeni dünyaya gələn nəvələrinə də serialdakı "Yamaç" obrazının adını verməyi planlaşdırır. "Oğlum serialı çox sevir. Övladının adını "Yamaç" qoyacaq. Amma hələ onun qız və ya oğlan olacağı bəlli deyil", - Mehmet söyləyib. Qeyd edək ki, "Çukur" serialı iki mövsümdür yayımlanır. Seriallarda baş rolları Aras Bulut İynemli, Dilan Çiçek Deniz və Perihan Savaş canlandırır.


Nərimanovda baba və nəvə dəm qazından öldü


Bakıda nənə və nəvə dəm qazından boğuldu. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, hadisə dünən Nərimanov rayonu, Məmməd Araz küçəsi, 52 ünvanında baş verib. Belə ki, 1951-ci il təvəllüdlü Əliyeva Sevil İsa qızı və nəvəsi, 2008-ci il təvəllüdlü İsmayılov Ülvi Elşad oğlu yaşadıqları mənzilin mətbəx otağında dəm qazından boğularaq ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları gəlib və meyitlərə baxış keçirilib. Müəyyən edilib ki, həmin şəxslər dəm qazından boğularaq dünyasını dəyişib.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü maddəsilə cinayət işi başlanıb.


Azərbaycanlı şahmatçıların da olduğu hoteldə bomba həyəcanı yaşandı


Rusiyanın paytaxtı Moskvada start götürən ənənəvi “Aeroflot Open” şahmat turniri dünən yarımçıq saxlanıldı. Hafta.az yazır ki, bu haqda Oxu.az xəbər verib. Yarış başladıqdan 45 dəqiqə sonra dayandırılıb. Buna səbəb yarışın keçirildiyi “Kosmos” hoteldə bomba olmasına dair anonim zəngin daxil olmasıdır. Bu səbəbdən ticarət mərkəzləri, kinoteatrlar, teatrlar, dəmiryolu stansiyaları, eləcə də, “Kosmos” hotelindəki 10 mindən çox insan təxliyyə edilib. Hoteldəki insanlar yaxınlıqdakı məktəbə köçürülüb. Şahmatçılar isə başladıqları partiyaları yarımçıq qoymağa vadar edilib. Lakin hoteldə heç bir bomba tapılmayıb. Hotel müştəriləri geri qaytarılıb. Onu da bildirək ki, bu hoteldə bomba olduğuna dair 2015-ci ilin noyabrında da yalançı bomba həyəcanı verilmiş və heç bir partlayıcı maddə tapılmamışdı.
Qeyd edək ki, həmin yarışda Azərbaycanın səkkiz şahmatçısı (altı oğlan, iki qız) iştirak edir. Bu gün ilk turun oyunları keçiriləcək.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.03.2019
22.03.2019
21.03.2019