Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Milli Şura yox, “millli bəla” və yaxud ictimai məsuliyyətsizliyə deyilən “yox!”
Tarix: 21.02.2019 | Saat: 16:49:00
Bölmə:Siyasət | çapa göndər

-“A-zad-lıq!”, “A-zad-lıq!”, “A-zad-lıq!”

-“İs-te-fa”! “İs-te-fa”! “İs-te-fa”!

Yox, 1988-ci ilin meydan hərəkatından danışmıram. Milli Şuranın 19 yanvardakı sonuncu mitinqində səsləndirilən şüarlardır bunlar. Həmin dövrün üstündən 31 il keçib. Xalq o zaman ermənilərin Topxana meşəsini icazəsiz qırmasına, sonra sovet totalitarizminin işğalçılıq siyasətinə, boğulan haqlarımıza etiraz olaraq mərkəzi və yerli hakimiyyətinə etiraz olaraq bu cür şüarlar səsləndirirdilər. İndi dövr dəyişib. Ölkəmiz azadlığına qovuşub. Hələ Topxana meşəsinin Milli Şuranın sələfi sayılan AXC-Müsavat dövründəki səriştəsiz siyasət nəticəsində işğal altına düşməsindən danışmıram. Sözümün canı var, 31 ildə hər şey dəyişib. Baxışlar, təfəkkür və yanaşma tərzi və s. Amma içindən çürümüş Demokratik Qüvvələrin Milli Şurasının ən adi mitinq üsulu, şüar forması belə dəyişməyib. Soruşan yoxdur ki, əfəndilər, azadlığı kimdən istəyirsiniz? Axı biz azadlığa çoxdan qovuşmuşuq? Ölkədəmi azadlıq yoxdur, azadlıq yoxdursa, icazəli mitinqi necə keçirirsən bəs? Gəlirsən, “Məhsul” stadionuna öz tərəfdarlarını yığırsan, sözünü deyirsən və gedirsən. Sənin “Məhsul”dakı çıxışların, çağırışların “məhsul vermirsə” ona iqtidar, hakimiyyət nə etsin?

“Məhsul”dan bəhrəni ona görə götürə bilmirsən ki, yeni yanaşmaların yoxdur. Çünki “istefa” bağıraraq hay-küy saldığın halda öz platformanı ortaya qoymursan. Ona görə də xalq sənə eyvanından, pəncərəsindən baxarır. Özü də sirkə baxırmış kimi. İki cüt bir tək adamla mitinq olmur, atam balası. Niyə iki cüt bir tək? Çünki xalqın sənə inamı qalmayıb. Xalqın istədiyi inqilabı da elə xalqın hazırkı lideri edir. Şəhid ailələrinə birdəfəlik müavinət, tələbələrin təqaüdünün artırılması, minimum əməkhaqqının ən azından 50 manat artırılması, kadr islahatları və sair. Bəs sən nə etmisən Əli Kərimli? 2000-ci ildən partiya sədrisən. Bu da edir 19 il. Bu 19 ildə bir dəfə də olsun sədrlik etdiyin partiyada demokratik seçki keçirə bilməmisən. Əvəzində nə baş verib? AXCP altı-yeddi xırda partiyalara bölünüb, dərnəklərə çevrilib. Elə sən də siyasi dərnək sədrisən. Milli Şura adı altında 1000 nəfərlə “Məhsul”a gəlmək sənin səriştəsizliyinin, bacarıqsızlığının “məhsul”udur. Bir partiyanı 6-7 yerə parçalayan 10 milyonluq dövləti neçə yerə parçalayar. Onsuz da bir illik hakimiyyət dövründə parçalamısınız, bir qismi hələ də düşmən tapdağındadır. Bütün bunlardan sonra xalq sənə etibar edərmi? Xalqı bir kənara qoyuram, bir vaxtlar səninlə eyni tribunaları bölüşən sənin səmimiyyətinə inanmır, cənab Kərimov Əli. Ətrafındakı qohum-qonşudan başqa təzə simalar görünə bilər arada, bilirsənmi kimdir onlar; tarix dərsindən “iki” alıb kəsiri olan yarıtmaz tələbələr. Sənin təşkil etdiyin mitinqə bir-iki dəfə ayaq açır, şəkil çəkdirir, sənəd toplayır, üz tutur Hollandiyaya, Almaniyaya və bu kimi “narıncı” ölkələrə... Təki “kəsiri”nin mahiyyətini ört-basdır etsin. İndi uşaq-muşaq da sənə kələk gəlir, cənab. Niyə, çünki 30 ildə yanaşmalar dəyişə də sənin siyasi səriştən artmayıb, baxışında dəyişiklik yoxdur.

Eşitdim ki, Bakı meriyası Milli Şuranın mitinqinə “yox” deyib. Deyər də. Milli Şura 19 yanvarda 10 partiyanın bir araya zorla gətirdiyi 2 min nəfərlə asayişi pozmağa cəhd göstərirsə, cəmi bir gün sonra şəhidlərin ruhuna hörmətsizlik edib hay-küy salırsa, Şəhidlər Xiyabanına axışan insan selini onların arxasından gələn izdiham kimi təqdim etməyə çalışırsa və insanların hüzrünü hüzursuzluğa çevirirsə, çaxnaşma və xaosa cəhd göstərirsə, niyə icazə verməlidir ki?

Polisə müqavimət göstərmək nədir? Bu o deməkdir ki, xaos ab-havasını yenə də ölkədə əsdirmək istəyirlər. Bu o deməkdir ki, onlarda məsuliyyət hissi yoxdur. Siyasi müxalifətdə radikallıq anlayışı var amma radikallığın da bir həddi var, radikallıq quldurluq deyil axı. Heç qoçuluq, itaətsizlik də deyil. Yəni, Milli Şura üzvlərinin etdikləri radikallıqdan da o yanadır, adı və mənşəyi məlum olmayan hərəkətlərdir.

Hələ bir məqam da var, mitinqin təşkilatçıları belə halların təkrarlanmayacağı barədə üzərlərinə heç bir məsuliyyət götürmürlər və götürmək də istəmirlər. Belə olan halda meriyanın başqa çıxış yolu qalmır. Mitinqə icazə vermir, vəssalam. Hər hansı kütləvi tədbirin keçirilməsini məqsədəuyğun hesab etmir və hüquq mühafizə orqanlarının araşdırmasının başa çatmasını gözləməyi məqsədəuyğun besab edir. Bir sözlə, Bakı Şəhər İcra Hakimiyyəti mitinqə icazə verməməklə insanları “milli bəla”dan sığortalamış olur. Meriya bu yolla -mitinqə yox deməklə əslində onların ictimai məsuliyyətsizliyinə yox demiş olur... Gerisini siz düşünün cənablar və digərləri...



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.03.2019
22.03.2019
21.03.2019