Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Sərhədi pozmaq istəyən 5 əcnəbi saxlanıldı
Tarix: 21.02.2019 | Saat: 17:38:00
Bölmə:Hadisə | çapa göndər

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən 5 Şri-Lanka vətəndaşının dövlət sərhədini pozma cəhdinin qar­şısı alın­ıb.

 DSX-dən hafta.az-a verilən məlumata görə, 17 fevral tarixində Dövlət Sərhəd Xid­mətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Biləsuvar kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından İran İslam Respublikasına keçmə­yə cəhd edərkən Şri-Lanka vətəndaşları 1991-ci il təvəllüdlü Micheal Fernando Romos, 1995-ci il təvəllüdlü Senrobert Ronik­san, 1992-ci il təvəllüdlü Navaratnam Kajamugan, 1994-cü il tə­vəl­­lüdlü Anton Mariyadas Pilipraj və 1995-ci il təvəllüdlü Penad Mo­hanraj Mathusan sərhəd pozucusu qismində saxlanılıblar.

 Saxlanılan şəxslərin 16 dekabr 2018-ci il tarixdə rəsmi qay­dada Birləşmiş Ərəb Əmirliklərindən Sarja-Bakı reysi ilə Azərbay­cana gəlmələri müəyyən olunub. Araşdırma zamanı Şri-Lanka vətəndaşları dövlət sərhədini pozaraq İrana, oradan isə Türkiyəyə keçmək niyyətində olduqlarını bildiriblər.

 Sərhəd pozucuları barəsində cinayət işi başlanılmış və barə­lərində “həbs” qətimkan tədbiri seçilib. Cinayət işi üzrə əmə­liy­yat-istintaq tədbirləri davam etdirilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.03.2019
22.03.2019
21.03.2019