Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Azərbaycanda sənədsiz və qeydiyyatsız bina qalmayacaq” - Millət vəkili
Tarix: 21.02.2019 | Saat: 17:51:00
Bölmə:İqtisadiyyat | çapa göndər

“Azərbaycan Prezidentinin imzaladığı bu Fərman olduqca önəmlidir. Çünki ötən müddət ərzində bəzi çoxmənzilli yaşayış binalarında tikinti işləri şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan və ya sənədləşdirilməsində ciddi qüsurlar buraxılaraq, sakinlərin hüquq və maraqları nəzərə alınmadan aparılmışdı.

Bu isə öz növbəsində, bir sıra hallarda həmin binaların rəsmiləşdirilməsini qeyri-mümkün etmişdi. Dövlətimizin başçısı bu Fərmanı çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafeləri və ölkədə sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə imzalayıb”.

Bunu hafta.az-a Prezident İlham Əliyevin imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanına münasibət açıqlayarkən millət vəkili Aydın Hüseynov deyib.

Millət vəkili vurğulayıb ki, fərmanla Fövqəladə Hallar Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin üzərinə konkret vəzifələr qoyulub: “Ən başlıcası isə odur ki, illərlə mülkiyyətinin özəlləşdirilməsini gözləyən insanlar bunu ən uzağı 67 gün ərzində əldə edəcəklər. Artıq Azərbaycanda sənədsiz və qeydiyyatsız bina qalmayacaq. Mənzil sahibləri bir daha sənəd problemi ilə üzləşməyəcəklər”.
A.Hüseynov habelə xatırladıb ki, Azərbaycanda əhalinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi dövlət siyasətinin başlıca prioritetlərindən biridir: “Məlum məsələdir ki, ölkənin sosial-iqtisadi inkişafı konsepsiyasına uyğun olaraq vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına hədəflənən məqsədyönlü və sistemli tədbirlər mütəmadi olaraq həyata keçirilir. Sosial siyasətin təməl prinsipində güclü iqtisadiyyatın dayandığından bu qərar da ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə sağlamlaşdırıcı təsir göstərəcək. Bütün bunlar isə bir daha təsdiqləyir ki, dövlətimizin başçısı İlham Əliyev hər bir azərbaycanlının Prezidentidir və onun fəaliyyətində vətəndaş amili həmişə öndə dayanır”.
Sevinc



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.03.2019
22.03.2019
21.03.2019