Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qobunun məhəllədaxili keçilməz yolları
Tarix: 21.02.2019 | Saat: 18:15:00
Bölmə:Sosial | çapa göndər

Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Abşeron rayonunun Qobu qəsəbəsi bu gün baxımsız qalıb. Bakı və onun ətraf kəndlərində abadlıq, quruculuq işləri aparıldığı halda, nədənsə, adıçəkilən qəsəbə bu qayğılardan kənardadır.

Ölkə başçısının Sərəncamı ilə Bakı-Xırdalan yolundan Hökməli-Qobu qəsəbəsinə kimi marşrut yol standartlara uyğun təmir olunsa da, lakin yol kənarında küçə işıqları yoxdur. Halbuki mərkəzi yol yaşayış sahələrinin arası ilə keçib gedir. Qəsəbənin məhəllədaxili yolları pis vəziyyətdədir. ...“Heykəllər məhəlləsi” ilə avtobus qəsəbənin içərisinə daxil olur. Yollar təmir edilmədiyindən, dərin gölməçələr əmələ gəlmişdi. 

Bizi qəsəbəyə gətirən marşrut avtobusunu idarə edən Hidayət adlı sürücü dedi ki, özü Qobu qəsəbəsində yaşayır. Onun sözlərinə görə, yollara baxan yoxdur: “Qəsəbənin içi ilə hərəkət etmək olmur. Palçıqlı yollarda çalalar dərin olduğundan, avtobusun altı yerə dəyir, iki gündən bir marşrut avtobusu xarab olub yolda qalır. Elə gün yoxdur ki, təmirə getməyək. Qazandığımız pulu da avtobusun təmirinə veririk. Qəsəbənin daxili yolları daha bərbad vəziyyətdədir”.
Qəsəbə Nümayəndəliyinin binasının yanındakı dayanacaqda düşdüm. Şəhid Nəbi Hacıağayevin adını daşıyan küçənin yollarında da eyni vəziyyət idi. Yeni məhəllə küçəsinin yolu daha acınacaqlı vəziyyətdə olduğundan, piyada getmək olmurdu. Həmin küçədə 1 saylı tam orta məktəb, uşaq bağçası, Mədəniyyət evi fəaliyyət göstərir. Şagirdlər və valideynlər gölməçəli yolla məktəbə gedib-gələ bilmirdilər.

Mehriban və Eldar adlı sakinlər şikayətləndilər ki, şagirdlər məktəbə gedə bilmirlər. Uzun çəkmə geyinib palçığa, suya bata-bata, divarlardan tuta-tuta gedib-gəlirlər: «Yağışlı günlərdə yollardan tamamilə keçmək olmur. Yayda sakinlərin vəsaiti hesabına çınqıl alıb dərin çalalara töksək də xeyri olmadı».
Sakinlər dedilər ki, qəsəbənin elektrik dirəkləri ağacdandır, artıq onların istismar müddəti başa çatıb: «Təəssüflər olsun ki, SSRİ dövründən basdırılan ağac dirəklərini yenisi ilə əvəz edən yoxdur. Küçə işıqları olmadığı üçün gecələr qəsəbənin palçıqlı küçələri ilə evimizə gedib-gələ bilmirik. Bu barədə Abşeron Rayon İcra Hakimiyyətinə, aidiyyəti qurumlara müraciət etmişik. Abşeron RİH-in rəhbərliyi şikayətimizdən sonra gəlib qəsəbənin durumu ilə maraqlandı. Söz verilsə də, amma heç bir dəyişiklik olmdı”.
Qəsəbənin mövcud durumu və sakinlərin şikayəti ilə bağlı Qobu Qəsəbə Nümayəndəliyində də olduq. Nümayəndəlikdən “Həftə içi”nə bildirdilər ki, Qəsəbə İcra Nümayəndəliyinin elə bir maddi imkanı və səlahiyyəti yoxdur ki, məhəllədaxili yolları təmir etdirsin, abadlıq işləri gördürsün. Bütün bunların hamısı nümayəndəliyin səlahiyyəti xaricindədir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.03.2019
22.03.2019
21.03.2019