Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Sumqayıtda sərnişin avtobusu yaşayış binasına çırpıldı - GÜNÜN TƏZADLARI
Tarix: 21.02.2019 | Saat: 19:30:00
Bölmə:Günün təzadları | çapa göndər

Sumqayıtda ağır avtobus qəzası baş verdi. Hafta.az yazır ki, “Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, 30 nömrəli müntəzəm xətti üzrə işləyən sərnişin avtobusu idarəetməni itirərək yoldan çıxıb və yaşayış binasına çırpılıb. Hadisə nəticəsində 20-dən çox sərnişin yaralanıb. Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.


Erməni 200 metr hündürlükdən düşüb öldü


Ermənistanda, təxminən, 200 metrlik uçurumun dibindən bir gəncin cəsədi tapıldı. Hafta.az xəbər verir ki, bu haqda işğalçı ölkə saytları məlumat yayıb. Fövqəladə hallar qurumunun mətbuat xidmətindən verilən məlumata görə, fevralın 20-də Kotayk mərzinin Nor Haçn şəhəri yaxınlığındakı körpünün altında bir adamın cəsədi tapılması haqda "911" xidmətinə çağırış edilib, Hadisə yerinə gələn xilasetmə qrupları 1994-cü il təvəllüdlü Ermənistan vətəndaşı Z.S.-ni uçurumdan çıxararaq polis məmurlarına təhvil verib.


Bakıda odun sobası partladı – ev sahibi öldü


Bakıda evdə odun sobası partladı. Hafta.az yazır ki, “Trend”in məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunun yaxınlığında baş verib. Həmin ərazidə yaşayan, 1994-cü il təvəllüdlü Əliyeva Nargilə Cəmşid qızı yaşadığı evdə odun sobasını yandırarkən sobaya çoxlu miqdarda həlledici kimyəvi məhlul töküb. Nəticədə odun sobası partlayıb. N.Əliyeva, həyat yoldaşı, 1990-cı il təvəllüdlü Əliyev Sadiq Həsən oğlu, övladları, 2012-ci il təvəllüdlü Əliyeva Xədicə Sadiq qızı və 2017-ci il təvəllüdlü Əliyev Məhəmməd Sadiq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib. M.Əliyev xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.


Moskvada azərbaycanlı zənci qızlara hücum etdi


Moskvanın şimal-şərqində iki əcnəbiyə hücum etməkdə şübhəli bilinən şəxs saxlanıldı. Hafta.az-ın Musavat.com-a istinadla yazır ki, bununla bağlı “Moskva” agentliyi hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb. Saxlanılan şəxs Moskvada yataqxanada qalan 32 yaşlı azərbaycanlıdır. Məlum olub ki, o, gecə saatlarında dostları ilə klubların birindən qayıdan 22 yaşlı və 37 yaşlı Qana vətəndaşlarına hücum edib. 37 yaşlı qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerindən azərbaycanlının cinayətdə istifadə etdiyi bıçaq maddi sübut kimi götürülüb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.


Rus əsgəri tankın altında qaldı


Rusiyanın Altay diyarında yerləşən Aleysk şəhərindəki hərbi hissədə müqavilə ilə xidmət edən əsgər tankın altında qalaraq öldü. Hafta.az-ın Musavat.com-a istinadla yazdığına görə, “TASS” xəbər verir ki, hadisə döyüş hazırlığı məşğələləri zamanı təhlükəsizlik qaydalarına əməl etməmək nəticəsində baş verib. Hadisə ilə bağlı cinayət işi açılıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.03.2019
22.03.2019
21.03.2019