Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Avtobus qəzasında yaralananlardan 19-u xəstəxanadadır
Tarix: 21.02.2019 | Saat: 21:47:00
Bölmə:Hadisə | çapa göndər

Sumqayıtda Sumqayıt şəhəri - H.Zeynalabdin qəsəbəsi marşrutu üzrə hərəkət edən 30 saylı sərnişin avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan 31 nəfərin 12-si evə buraxılıb.

Hafta.az xəbər verir ki, bu barədə trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, hazırda Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında 19 nəfər müalicəsini davam etdirir:

"Onların 6-sı reanimasiya, 7-si travmatologiya şöbəsinə yerləşdirilib, 1 hamilə qadın tibbi yardım almaq məqsədilə Sumqayıt Şəhər Doğum Evinə göndərilib. Qalan xəstələrə isə hazırda tibbi yardım göstərilir, onlardan bəziləri evə buraxıla bilər. Ümumilikdə is xəstələrin vəziyyəti orta ağır qiymətləndirilir".

Qeyd edək ki, hadisə Sumqayıt şəhəri Sülh küçəsində baş verib. 

Sumqayıt - H.Z.Tağıyev qəsəbəsi marşrutu üzrə hərəkət edən 30 saylı avtobus minik avtomobili ilə toqquşub.

 Hadisə nəticəsində avtobus yaxınlıqdakı mağazaya çırpılıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.03.2019
22.03.2019
21.03.2019