Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Əbülfəs Qarayev dəyirmi masa keçirdi
Tarix: 21.02.2019 | Saat: 21:59:00
Bölmə:Mədəniyyət | çapa göndər

Fevralın 20-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson və Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayevin iştirakı ilə Beynəlxalq Muğam Mərkəzində dəyirmi masa keçirilib. 

Hafta.az xəbər verir ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəz Qarayev Azərbaycan musiqi mədəniyyəti haqqında qısa məlumat verdikdən sonra Baronessa Emma Nikolson Azərbaycan və Böyük Britaniya arasındakı iqtisadi əlaqələrin çox yüksək səviyyədə olmasından öz məmnunluğunu bildirib.

Baroness Emma Nikolson qeyd edib ki, onun musiqiyə, xüsusilə şifahi-ənənəli musiqi janrlarına böyük marağı var və Azərbaycan musiqisinin bu janrları haqqında məlumatlar onun üçün olduqca maraqlıdır.

Görüşdə Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov, AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, institutun musiqi folklor şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəyli, institutun aşıq sənəti şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru Sərdar Fərəcov, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, Əməkdar incəsənət xadimi Sürəyya Ağayeva, Milli Konservatoriyanın milli musiqi alətlərinin təkmilləşdirilməsi elmi-tədqiqat laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov, muğam irsimizin tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı iştirak edirdilər.

AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov Azərbaycanda folklor nümunələri, onların toplanılması, yazıya alınması haqqında dəyərli fikirlər söyləmiş və qeyd etmişdir ki, bir çox xalqların folklor nümunələrini də işləmək və gələcək nəsillərə ötürmək çox vacibdir.

İnstitutun musiqi folklor şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəyli çıxışında Azərbaycanda musiqi folklorunun toplanılmasının və nota salınmasının tarixindən söz açaraq bu ənənənin bu gün də davam etdirildiyini söyləmişdir. Qeyd etmişdir ki, bu sahədə artıq iki nəşr işıq üzü görmüşdür. Nəşrin birinci cildi mahnılara, ikinci cildi isə qədim rəqslərə həsr edilib.

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, Əməkdar incəsənət xadimi, YUNESKO nəzdində Beynəlxalq ənənəvi musiqi şurasının üzvü Sürəyya Ağayeva orta əsrlər Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələri Səfiyyəddin Urməvi və Əbdülqadir Marağai haqqında məlumat verərək qeyd etmişdir ki, onların nəzəri musiqi əsərləri Azərbaycan-türk muğamının çiçəklənmə dövrünü işıqlandırır. Bu əsərlərdə Azərbaycan türk musiqi mədəniyyətinə dair önəmli faktlar yer alıb. Hər iki dahi alim eyni zamanda Yaxın Şərqdə ilk not sisteminin yaradıcıları hesab edilir.

Milli Konservatoriyanın milli musiqi alətlərinin təkmilləşdirilməsi elmi-tədqiqat laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov Beynəlxalq Muğam Mərkəzindəki qədim musiqi alətləri sərgi-kompozisiyası haqqında qonağa maraqlı məlumatlar verilib.

Tədbir konsert proqramı ilə davam edib.

Azərbaycan Respublikasının Əməkdar artistləri Ehtiram Hüseynov və Arzu Əliyeva “Şur” kompozisiyasını ifa etmişdirlər. İfaçıları tarda Rövşən Qurbanov, kamançada Ceyhun Qurbanov müşayiət ediblər.

Sonda qonaqlar Beynəlxalq Muğam Mərkəzinin muzey hissəsində xatirə şəkilləri çəkdiriblər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.03.2019
22.03.2019
21.03.2019