Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İsveçrə səfirliyi bakılıları tar ifasını dinləməyə dəvət edir
Tarix: 22.02.2019 | Saat: 11:40:00
Bölmə:Mədəniyyət | çapa göndər

İsveçrə Səfirliyi bakılıları və paytaxtımızın qonaqlarını fevralın 27-də saat 19.00-da Milli Konservatoriyanın böyük zalında tanınmış tar ifaçısı Şəhriyar İmanovun konsertinə dəvət edir.

Hafta.az yazır ki, səfirliyin xəbərində tar haqqında qısa məlumat da verilir. Yazılır ki, tar xalq musiqisində istifadə olunan Azərbaycanın ənənəvi simli alətidir. İsveçrə özünün İnkişaf və Əməkdaşlıq Agentliyi vasitəsilə tar və piano üçün musiqi notlarının transkripsiyası və nəşrini maliyyələşdirib. Kitabda 20-ci əsrin çox məşhur pop və caz əsərləri tar və piano üçün transkripsiyada göstərilir. Bu yeni musiqi kitabı Milli Konservatoriyanın tədris planına daxil ediləcək və bu konsert çərçivəsində ictimaiyyətə təqdim olunacaq.

Konsertə giriş sərbəstdir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.03.2019
22.03.2019
21.03.2019