Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
BSU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub -
Tarix: 22.02.2019 | Saat: 12:58:00
Bölmə:Sosial | çapa göndər

Bakı Slavyan Universitetində (BSU) İbtidai təhsil kafedrasının təşkilatçılığı ilə 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib.

Hafta.az xəbər verir ki, tədbirin əvvəlində Dövlət himni səsləndirilib. Himnin ardından giriş sözü ilə çıxış edən İbtidai təhsil kafedrasının dosenti Şükufə Ağakişiyeva bildirib ki, tədbir “Auditoriya+” layihəsi çərçivəsində keçirilir. Ş.Ağakişiyeva “Auditoriya+” barədə məlumat verərək kafedra tərəfindən layihə çərçivəsində tələbələrin intellektual səviyyəsinin artırılması məqsədilə maraqlı tədbirlər təşkil olunduğunu diqqətə çatdırıb.

Tədbirdə söz alan AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, professor İsmayıl Məmmədov “Ana dilimiz güvən yerimizdir” adlı məruzə ilə çıxış edib. İ.Məmmədov deyib ki, cəmiyyətdə Azərbaycan dili ilə bağlı müsbət fikir yaratmaq, ana dilimizin inkişafı, onun nöqsansız şəkildə formalaşması istiqamətində təbliğat və təşviqat işlərinin aparılması günümüzün aktual məsələlərindən birinə çevrilib. Azərbaycan dilinin tarixi inkişaf yolundan danışan professor qeyd edib ki, hər bir xalqın dili onun təfəkkürü ilə bağlıdır. Xalqın təfəkkürü nə qədər zəngin olarsa, onun dili də bir o qədər zəngin olar. Azərbaycan dilin kifayət qədər zəngin dil olduğunu, bu dildə alınma sözlərə ehtiyac olmadığını vurğulayan İ.Məmmədov şifahi xalq ədəbiyyatının dilimizin zənginləşməsində mühüm rolu olduğunu diqqətə çatdırıb.

BSU-nun Müasir Azərbaycan dili kafedrasının müdiri, professor İkram Qasımov “Ana dilimizi qoruyaq” adlı çıxışnda Prezident İlham Əliyevin ana dili ilə bağlı apardığı siyasət nəticəsində Azərbaycan dilinin inkişafı məsələsinin daim gündəmdə olduğunu söyləyib. Mətbuatın artıq dilimizə nüfuz etdiyini deyən İ.Qasımov qeyd edib ki, dil sahəsindəki ciddi problemlərdən biri də televiziya kanallarında nitq mədəniyyətinin kobud şəkildə pozulması ilə bağlıdır. Reklamların dilində yol verilmiş dil qüsurları barədə danışan İ.Qasımov bəzi özəl şirkət və kompaniyaların özlərinə uğursuz adlar seçdiyini dilə gətirib.

Tədbirdə çıxış edən Türkologiya kafedrasının müdiri, dosent Şaban Hüseynov milli mətbuatımızın Ana dilinin təmizliyinin göstəricisi olduğunu deyib, dilin saflığının qorunub saxlanmasında gənclərin qarşısında mühüm öhdəliklər dayandığını diqqətə çatdırıb.

BSU-nun Əlavə və qiyabi təhsil şöbəsinin müdiri, Türkologiya kafedrasının dosenti Dürdanə Əliyeva “Müəllim və Ana dili” mövzusunda çıxış edərək təhsildə ana dilinin inkişafı ilə bağlı məsələyə toxunub. O bildirib ki, müəllimin öz nitqində dialekt və şivələrdən istifadə etməsi dilimizin nöqsan və qüsurlarla gənc nəslə aşılanmasına gətirib çıxarır.

İbtidai təhsil kafedrasının dosenti Çimnaz Məmmədova “Ana dili ruhumuz, eşqimiz, sərvətimizdir” adlı çıxışında milli şüurun və milli kimliyimizin formalaşmasında ana dilimizdə olan sözlərin etnik cəhətdən düzgün araşdırılmasının vacibliyini qeyd edib. Ana dilini milli sərvətimiz adlandıran Ç.Məmmədova gəncləri bu sərvəti yad dillərin təsirindən qorumağa səsləyib.

Tədbirin davamında BSU tələbələri tərəfindən Ana dilinə həsr olunmuş şeirlər səsləndirilib, mövzu ilə bağlı müzakirələr aparılıb.

 

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.03.2019
22.03.2019
21.03.2019