Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Onlar üçün milli maraqlar, xalqın taleyi heç vaxt əhəmiyyətli olmayıb" - RƏY
Tarix: 22.02.2019 | Saat: 12:31:00
Bölmə:Siyasət | çapa göndər

"Əli Kərimli Azərbaycana Suriyanın “inqilab təcrübə”sini idxal etmək istəyir, Azərbaycan hakimiyyəti isə dünyaya “ASAN xidmət” inqilabının təcrübəsini yayır". Bu fikirlər Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov “Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları” sərlövhəli məqaləsində qeyd edilib.

"1988-ci ildən bəri Azərbaycanın aktiv siyasi həyatındayam. 1993-cü ildən isə Prezident komandasında vətəndaş cəmiyyəti təsisatları - QHT-lər, KİV-lər və siyasi partiyalarla əlaqələrlə birbaşa məşğul oluram. Məsuliyyətlə söyləyə bilərəm ki, bütün fəaliyyətim dövründə həm dövlətimizin qurucusu ümummilli lider Heydər Əliyev, həm də onun siyasi varisi Prezident İlham Əliyev siyasi plüralizmi və çoxpartiyalı sistemi Azərbaycanın demokratik inkişafının təməl prinsipi kimi görüblər, ölkədə vətəndaş cəmiyyətinin mühüm seqmenti olaraq həm ictimai, həm də siyasi opponentlik mexanizmlərinin işlək və çevik olmasına çalışıblar, çoxrəngli ideoloji-siyasi palitranın mövcudluğunu arzu ediblər. Çünki cəmiyyətdəki fərqli kəsimlərin, o cümlədən müxalifətin də cari proseslərə, gələcəyə hesablanmış konsepsiyalara baxış və rəylərini bilmək, alternativ ideyaları dəyərləndirmək və yeri gələndə, ən azı ehtiyat variant olaraq nəzərdə saxlamaq təkcə rasional idarəçilik baxımından deyil, həmçinin hakimiyyətdə olan komandanın istənilən siyasi rəqabətə daim hazırlıq formasında qalması üçün vacib şərtdir" - deyə o bildirib.

Ə.Həsənovun bu məqaləsi Milli Şura və Əli Kərimlinin 19 və 20 yanvar günü yaşanan təxribatlardan sonra israrla yeni mitinq keçirtmək cəhdlərinə bir cavab idi. 

Həmin qüvvələr yenə də mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Lakin mitinqə tutarlı əsaslar göstərilərək icazə verilməyib. Bakı Şəhər İcra Hakimiyyətindən bildiriblər ki, mitinqin təşkilatçıları 19 yanvar mitinqində baş verənlərin təkrarlanmayacağı ilə bağlı öhdəlik və məsuliyyət götürmürlər. Buna görə Bakı meriyası kütləvi tədbirin keçirilməsini qəbul etməyib və hüquq-mühafizə orqanlarının son mitinqlə bağlı araşdırmasının nəticələrini gözləmək məqsədəuyğun hesab edilib.

Prosesləri hafta.az –a şərh edən qhtxeber.az saytının baş redaktoru Sənən Nəcəfov deyib ki, Əli adına Fərdi Şuranın mövcudluğu dövründə belə biabırçı iflas, özünü ifşaetmə hadisəsi və ya doğrulmayan ardıcıl ümidlər mərhələsi olmamışdı:

“Ötən illərin xronikasına baxın. Mitinqə az adam gəldiyi də, bu səbəbdən növbəti mitinqləri təxirə saldıqları da olub. Eyni günə iki partiyanın mitinq keçirməsi də müşahidə edilib, hər seçkidən sonra kütləvi transferləri də görmüşük. Amma islahatlar başlayır, sürət yığır, bunlar deyirlər ki, biz etdik. Etiraf edək ki, bu cür müstəsna həyasızlıq olmamışdı. Virtual “telepuziklər” bunu da bacardılar.

Rəsmi icra orqanları növbəti mitinqə icazə verilməməsi qərarını çox ciddi faktlarla, qanunvericilik normaları və təhlükəsizlik aktları ilə əsaslandırdılar. Bu bir səbəb.

İkinci səbəb. İlk ağıla gələn budur: ölkədə çox ciddi siyasi proseslər, islahatlar dalğası və xalqın rifahının daha da yaxşılaşdırılması üçün böyük işlər nümayiş olunacaq. Prezident İlham Əliyevin qərar verərkən prinsipallığı, fikrindən dönməməsi və kənardan hər hansı diqtə ritorikasına sərt reaksiya verməsini müşahidə etmiş şəxs kimi heç çəkinmədən deyirəm ki, bu da növbəti master klasdır. Yəni, çəkilin, gedin kompyuterlərinizin başına, sicilləmə statuslarınızı yazın, bloggerliyinizi edin. Biz islahatlarımızı aparaq, xalqın rifahı və firavanlığı üçün işlərimizi davam etdirək, sonra sizin heç kimə lazım olmayan mitinqinizə - özünü biabıretmə şounuza baxarıq".

Ekspert bidirir ki, Azərbaycan hakimiyyətinin start verdiyi genişmiqyaslı islahatlara, prezident İlham Əliyevin bu istiqamətdə atdığı addımların kölgəsində itib batan bu zavalların gücü hadisələri təhrif etməyə, dəxli olmayan söhbətləri öz adlarına çıxmağa, islahatların guya məcburiyyətdən irəli gəldiyinə dair mənasız, məzmunsuz fikirlər yaymağa çatdı: "Guya ki, İlham Əliyevin atdığı son və radikal addımlar Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinqin nəticəsi imiş. Burada bir facebook gözüyaşaranadək gülmə emojisinin yeridir. Siz hələ daha gülməli hissəyə baxın: Sən demə, hakimiyyət bunlardan qorxub, ona görə icazə verməyib. Məşhur çin lətifəsindəki kimi. Monqolustan hansısa məsələyə görə Çinə müharibə elan edir. Səfir notanı Çin rəhbərliynə çatdırlır. Sənəd müdafiə nazirliyinə verilir. Müdafiə naziliyi xeyli diplomatcasına soruşur ki, Monqolustanın əhalisi nə qədərdi? Səfir 2,5 mln deyir. Nazir soruşur: hansı oteldə qalırsınız? Erik From demiş, burada söhbəti dayandırıb, oxucuları da güldürərdim. Amma xeyr, bəzi məsələlər var ki, ona aydınlıq gətirməliyik.

Əslində bu iddialara ən tutarlı cavabı Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov bir neçə gün öncə yazdığı “Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları” adlı məqaləsi ilə verdi. Necə deyərlər, bu xülyada olanların psixi problemləri ilə bağlı diaqnozu qoyuldu, ölkənin son illərdə keçdiyi əlamətdar və çox zəngin dönəmə siyasi və iqtisadi şərh verildi, gələcək üçün planlardan danışıldı. Son illərin ən dəqiq siyasi analizi idi.

Mən 3 məqama diqqət ayırmaq istərdim. Bunlardan biri müxalifətin meta mesajı ilə verbal mesajının üst-üstə düşməməsidir. Yəni, fikirlərin dağınlığı, rabitəsiz, uyğunsuzluğu, dəyişməyən simaların yeknəsəq taftalogiyası. İnsan hüquq və azadlıqlarından danışıb, qəfil sosial-iqtisadi tələblərə keçid etmək, “Mehman Hüseynov ürəkdi” deyib, onun adını bir dəfə də çəkməmək, dəxli olmayan şüarların səslənməsi, kütlə alt şüurunda artıq öz işini görüb. Bunlar nə istədklərini bilmirlər. Məşədi İbad kimi ayağından çıxardığı çarığı rəqibinə tuşlayıb, çılçırağı vurub qırırlar.

Bu məsələdə diqqətimizi cəlb edən ikinci məsələ mitinqlərin vaxtları ilə bağlıdır. Məni numerologiyada qınamayın. Özünüz diqqət edin. Son 3 mitinqin tarixləri: 31 mart 2018-ci il, 19 yanvar 2019 və 23 fevral 2019. Niyə məhz bu ərəflərdə? 31 mart-Azərbaycanlıların Soyqırımı Günüdür. Bunlar mitinqi məhz həmin günə salırlar, danışırlar, qışqırırlar, oynayırlar, dağılışıb gedirlər kompyuterlərin ekranı qarşısına. Milli maraqlar, xalqın taleyi, taleyüklü məsələlər bunlar üçün heç vaxt əhəmyyətli olmayıb. Bunlar üçün uyğun olan məqam var, fürsətcillik var, qrant var. 2 il dalbadal “20 Yanvar” faciəsinin ildönümündə Əli Kərimlinin bandasının çıxardığı oyunlar yaddadır. 

Bu hadisələrin təsadüfi seçildiyini də düşünülər yanılırlar, deyim biləsiniz. Çünki, erməni 20 yanvar, Xocalı və Dünya Azərbaycanlılarının soyqırımı günlərində azərbaycanlıların təbliğat aparması, informasiya savaşında üstünlüyü ələ almasını heç vaxt istəməz. Onlar başımızı özümüzə qatmaq üçün olduqca sadə sxemdən istifadə edirlər. Xarici fondlar vasitəsilə qrant elan olunur. Bu müsabiqənin məqsədi sosial şəbəkələrdə, xarici KİV-ə çıxmaq imkanı olan vətəpərvər Azərbaycanlılarda ruh düşkünlüyü yaratmaq, döyüş ruhunu aşağı salmaqdır. Necə etsinlər? Orduxan, Sadıqlı, Mirzəli, psixopat Vidadi və daxildən Kərimov bandasının belə faciə günləri öncəsi fəaliyyətlərini izləyin. Yaxın 2 ili baxmağınız kifayətdir. Pulu verən, musiqini sifariş edir. Heç görmüsünüz Əli Kərimli tərəfdarlarına desin ki, Xocalı faciəsi günü xaricdə Ermənistan səfirliyi qarşısında piket keçirin? Ya Orduxan belə addım atıb? Bəlkə Leyla Yunus, onun erməni qayını bunu edib? Bunlardan kimsə xarici ölkələrin təmsilçiləri ilə görüşlərində, çox demirəm, bircə dəfə olsun Qarabağ münaqişəsi ilə bağlı nəsə məlumat verən olub? Və çox maraqlıdır: Dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü ilə fevralın 23-də Belçika Krallığının paytaxtı Brüssel şəhərində “Lüksemburq Palas”ın qarşısında Ümumavropa Qarabağ mitinqi keçiriləcək. Aksiyaya Almaniya, Fransa, Hollandiya, İtaliya, Polşa və digər Avropa ölkələrində yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibəti bəsləyən xalqların diaspor üzvlərinin qatılacağı gözlənilir. Necə deyərlər, bütün Avropa “Qarabağ” deyərək silkələnəcək. İndi biri çıxıb mənə sübut etməyə çalışsın ki, 23 fevrala mitinq təyin etməklə məqsədləri bu mitinqin qarşısını almaq deyildi. Axı hansı erməni razı olar ki, mitinqdə “Qarabağa qayıtmaq istəyirik”, “Xocalıya ədalət!”, “Azərbaycan sülh istəyir”, “Günahsız körpələri öldürməyin!”, “Erməni yalanlarına dur de!”, “İşğalı dayandır” və s. şüarlar səslənsin, Avropa Parlamentinə və digər beynəlxalq təşkilatlara çağırış edilsin. Nəhayət sonuncu məqam, təbii fəlakətlərdən tutmuş bütün şəxsi uğursuzluqlarına qədər hər şeyi iqtidarın üstünə atanlar indi hakmiyyətin əldə etdiyi nəticələri öz adlarına çıxırlar. Bəy dediyin nə, bəyənmədiyin nə? Açıqlanan statistik məlumatları hər hansı birini təkzib edəcək dəlilləriniz varmı? Heç nə demirəm, sadəcə Cənab Prezidentin son “Bəzi çoxmərtəbəli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" Fərmanı götürün. Bu fərmanın mahiyyətini ümumiyyətlə dərk edirlər? Bilirlərmi ki, təkcə ötən il Azərbaycan Prezidenti regionlara 24 səfər edib? Hər səfərində və açılış mərasimlərində, paytaxtda keçirilən kütləvi tədbirlərdə xalqla görüşüb. Bu görüşlərin, səfərlərin nəticəsi olaraq çoxsaylı sosialyönlü qərarlar qəbul edilir, növbəti dövlət büdcəsinin müzakirəsi zamanı yerlərdən daxil olmuş təkliflər nəzərə alınır, Prezidentin Ehtiyat Fondundan bu və ya digər məsələnin həlli üçün vəsaitlər ayrılır”.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.03.2019
22.03.2019
21.03.2019