Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Dövlət Gömrük Akademiyasının yeni binası tikiləcək
Tarix: 22.02.2019 | Saat: 13:49:00
Bölmə:İqtisadiyyat | çapa göndər

2009-ci ildən bakalavriat pilləsi üzrə ixtisasların sayı azaldılaraq 700-dən 140-a endirilib. Onların arasında gömrük işi ixtisası da var.

Hafta.az-ın məlumatına görə, bunu Dövlət Gömrük Akademiyasının rəisi Qulu Novruzov bildirib.

Akademiya rəisi bildirib ki, həmin vaxtdan etibarən gömrük işi ixtisasına qəbul dayandırılıb:

"Nazirlər Kabinetinin bu qərarından sonra Prezidentin sərəncamı ilə Akademiya yaradıldı və 2014-cü ildə fəaliyyətə başladı".

Q.Novruzov qeyd edib ki, hələ də gömrük işi ixtisasının təsnifata salınmasına nail olunmayıb:

"Bu barədə Dövlət Gömrük Komitəsi tərəfindən müvafiq qurumlara müraciət edilib. Ümid edirik ki, aidiyyəti orqanlar bu işə konstruktiv yanaşacaq. Bu günün gömrük mütəxəssisləri 2009-ci ilə qədər hazırlanan kadrlardan köklü sürətdə fərqlənir".

Akademiyasının rəisi, həmçinin bildirib ki, akademiyanın yeni binası da tikiləcək:

"Dövlət Gömrük Komitəsi söz verib ki, yaxın bir ildə bizi yeni bina ilə təmin edəcək".



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.03.2019
22.03.2019
21.03.2019