Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Mədəniyyət Nazirliyi gənc şairləri diplomla təltif etdi – FOTO
Tarix: 22.02.2019 | Saat: 13:13:00
Bölmə:Mədəniyyət | çapa göndər

Fevralın 22-də Mədəniyyət Nazirliyində bir qrup gənc fəalla görüş keçirilib.

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, 2 fevral – Gənclər Gününə həsr olunmuş “Gəncliyin səsi” festivalında iştirakına görə ölkənin bir qrup yaradıcı gənci mədəniyyət naziri Əbülfəs Qarayevin imzaladığı diplomlarla təltif olunub.

Diplomları mədəniyyət nazirinin adından Regional siyasət şöbəsinin müdiri Pərviz İsgəndərli tərəfindən fəallara təqdim edilib. Diplomla təltif edilən gənclər arasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvləri Tural Turan, Emil Rasimoğlu və İntiqam Yaşar da yer alıb.

Təltifetmə mərasimində çıxış edən Pərviz İşgəndərli bildirib ki, bu gün 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Sonra Regional siyasət şöbəsinin müdiri Pərviz İsgəndərli gənclərə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tədbirin sonunda xatirə şəkili çəkdirilib.

Qeyd edək ki, 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başlayıb.

Dünyada yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.03.2019
22.03.2019
21.03.2019