Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Ana harayı” abidə kompleksinin ətrafında hazırlıq işləri yekunlaşır - FOTOLAR
Tarix: 22.02.2019 | Saat: 14:27:00
Bölmə:Reportaj | çapa göndər

Tanınmış iraqlı jurnalist Mutəz Muhy Əbdülhəmidin “Əl-Muraqib əl-İraqi” qəzetində “Xocalı... qəsb edilmiş torpaq və geriyə dönüşünü özləyən didərgin insanlar” sərlövhəli məqaləsində qeyd edilən “Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir” fikri ilə yazıya başlamaq istəyirəm.

27 il əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transpartyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı. Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalı şəhərini yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdılmış, yandırılmış və insanlar xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və digər şəklə salınanlar vardı.

Bu soyqırımı nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdür ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. Bunların içərisində 8 ailə tamamilə məhv edilmişdir; 56 insan işgəncə ilə öldürülmüşdür; 27 ailənin yalnız 1 üzvü qalmışdır;  25 uşaq hər iki valideynini itirmişdir; 130 uşaq valideynlərindən birini itirmişdir; 230 ailə öz başçısını itirmişdir; 487 insan şikəst olmuşdur (onlardan 76 nəfər həddi-buluğa çatmamışlardır); 1275 insan əsir götürülmüşdür; 1165 insan girovluqdan azad edilmişdir; 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur.

Bir neçə gündən sonra – 26 fevralda Xocalı Soyqırımının anım günüdür. Üstündən illər keçsə də, ədalət bərqərar olunmayıb. Bu gün Xocalı sakinləri öz doğma yurd-yuvalarına dönmək üçün səbirsizliklə gözləyirlər. Hər il 26 fevralı isə hüzünlə xarırlayıb, gələn ilə ümid bəsləyirlər. Təkcə Xocalı sakinləri deyil, bütün Azərbaycan ədalətin öz yerini tapacağını, insanlarımızın doğma yurd-yuvalarına qayıdacağını gözləyir.

Bu gün biz də Xətai rayonunda yerləşən “Ana harayı” abidə kompleksinin yerləşdiyi park-xiyabana baş çəkdik. Parkda yenidənqurma və hazırlıq işləri yekunlaşıb. Elnur usta deyir ki, gördüyünüz kimi bütün işlər bitir, fevralın 24-də isə tam yekunlaşacaq.

Parkla yanaşı ətrafdakı yaşayış binalarının və inzibati obyektlərin fasadlarında Xocalı faciəsini əks etdirən fotobanerləri də görmək olur.

Hər il fevralın 26-da Azərbaycan xalqının qan yaddaşı olan Xocalı soyqırımının ildönümü ilə əlaqədar abidəni minlərlə insan ziyarət edir. Faciə qurbanlarının xatirəsini anmaq üçün “Ana harayı” abidəsinə baş çəkirlər.

Artıq bu gün də ziyarətə gələnləri görmək olurdu. Onların içərisində məktəbli uşaqlar da var idi. Elə Xətai Rayonu 55 saylı məktəbin 4c sinifinin şagirdləri əllərində bayraqla abidəni ziyarət edənlər içərisində idilər. Sinif rəhbəri deyir ki, biz hər il məktəbli uşaqları buraya gətiririk:

“Vətənpərvərlik ailədə və məktəbdə aşılanır. Bizim borcumuz məktəbdə, vətən uğrunda canında keçən şəhidlərimizi, işğal altında olan topraqlarımızı şagirdlərimizə tanıtmaqdır. Tək bu gün deyil, bu mütamadi aparılmalıdır. Şagirdlərə vətənpərvərlik mövzusunda biliklər aşılanmalıdır. Mən şəxsən hər zaman dərslərdə ilk növbətə uşaqlara vətəndən bəhs edirəm”.

Bütün soyqırım qurbanlarına Allahdan rəhmət diləyirik!



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.03.2019
22.03.2019
21.03.2019