Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Çoxmənzilli binalara memarlıq amnistiyası - RƏY
Tarix: 23.02.2019 | Saat: 11:30:00
Bölmə:Sosial | çapa göndər

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərman imzalayıb. Fərmana əsasən, 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə veriləcək.

Belə ki, sözügedən fərmana uyğun olaraq Fövqəladə Hallar Nazirliyi (FHN) 2 ay müddətində 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə edəcək. Müayinənin nəticələri müsbət olduğu halda çoxmənzilli yaşayış binasının istismara hazır olması barədə rəy tərtib edib, binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinatlarını əks etdirən layihəsinin elektron surəti ilə birlikdə aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim edəcək.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı isə 7 gün müddətində istismara hazırlığı barədə FHN tərəfindən müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verəcək və bu barədə Tikintilərin Dövlət Reyestrinə və Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərəcək.

Binada aparılan müayinənin nəticələri mənfi olduqda, Fövqəladə Hallar Nazirliyi müayinə nəticəsində aşkarlanmış çatışmazlıqları və onların aradan qaldırılması üçün görülməli olan tədbirləri özündə əks etdirən rəyini 2 ay müddətində tərtib edib binanın sifarişçisinə (sahibinə) və ya idarəedici təşkilatına, onlar olmadığı halda aidiyyəti yerli icra hakimiyyəti orqanına təqdim edəcək. Rəydə göstərilmiş çatışmazlıqlar 5 ay müddətində aradan qaldırıldıqda, binanın sifarişçisi yenidən müayinə aparılması üçün Fövqəladə Hallar Nazirliyinə müraciət edə bilər.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi istismara icazə verildiyi gündən 3 gün müddətində həmin icazənin və binanın layihəsinin elektron surətini Əmlak Məsələləri Dövlət Komitəsinə və fərmanda göstərilən digər qurumlara göndərəcək. Əmlak Məsələləri Dövlət Komitəsi isə istismarına icazə verilmiş çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) tərkib hissələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını hüquq sahibinin müraciəti əsasında qanunla müəyyən olunmuş müddətdə təmin edəcək.
Yerli icra hakimiyyəti orqanları da öz növbəsində bina ilə bağlı rəydə göstərilən çatışmazlıqların aradan qaldırılmasında çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) sakinlərinə təşkilati baxımdan kömək göstərəcəklər. “Azərsu”, “Azərişıq” və “Azəriqaz” istismarına icazə verilən binaların 1 ay müddətində su, kanalizasiya sistemi, işıq və qazla təchiz edilməsini təmin edəcəklər.Bütün bu proseslər haqqında isə dövlət başçısına hər ay məlumat veriləcək.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov hesab edir ki, Prezident İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanı çoxmənzilli binaların tikintisi sahəsində memarlıq amnistiyası da adlandıra bilərik.
Onun sözlərinə görə, Azərbaycanda tikinti bumunun başlamasından sonra bu istiqamətdə genişmiqyaslı işlərin həyata keçirilməsi tikintiyə nəzarətin təmin edilməsində, eləcə də müvafiq icazələrin verilməsi sahəsində müəyyən çətinliklərin yaranmasına səbəb olurdu. Nəticədə respublika ərazisində, xüsusən də Bakıda tikintisinin başa çatmasına və sakinlərin məskunlaşmalarına baxmayaraq, rəsmi olaraq istismarına icazə verilməmiş kifayət qədər bina var idi. Həmin binaların sakinləri yaşadıqları mənzillərlə bağlı çıxarış sənədləri ala bilmir və bu, onların mülkiyyət hüquqlarının pozulmasına səbəb olurdu. Həmin sakinlər rəsmi olaraq mənzillər üzərində hüquqlara malik deyildilər. Bu vəziyyət nəticəsində həmin şəxslər dövlətə və bələdiyyələrə əmlak vergisi də ödəyə bilmirdilər.

Dövlətimizin başçısının imzaladığı yeni Fərmanda əksini tapan məsələlərin qısa müddətdə həll edilməsinin nəzərdə tutulduğunu vurğulayan rəis müavini dərhal müvafiq işlərin həyata keçirilməsinə başlanıldığını diqqətə çatdırıb. Bildirib ki, Fövqəladə Hallar Nazirliyinin belə binalarla bağlı rəyləri əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, yerli icra hakimiyyəti orqanları həmin binaların istismarı üçün lazımi sənədi təqdim edəcəklər. Bundan sonra vətəndaşlar sahib olduqları mənzillərinin çıxarış sənədlərini qısa zamanda ala biləcəklər. Bununla da sakinlərin mülkiyyət hüquqları qısa müddətdə təmin olunacaq. Bu Fərmanın əsas üstünlüyü ondan ibarətdir ki, artıq sakinlər və ya mənzil-tikinti kooperativləri müvafiq sənədlərin alınması üçün özləri müraciət etməyəcəklər. Aidiyyəti dövlət qurumları lazımi sənədləri hazır etdikdən sonra vətəndaşlar onları ala biləcəklər.

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) şöbə müdiri Qulu Xəlilov isə bildirib ki, Prezident İlham Əliyevin imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi” haqqında Fərmanı 400-dək yaşayış kompleksinə şamil olunacaq, 50 minədək mənzili əhatə edəcək: “Bu Fərman on minlərlə ailənin sevincinə səbəb olub. 2019-cu il yanvarın 1-dən etibarən hazır çoxmənzilli yaşayış binalarının qeydiyyat proseduru sadələşdirilib. Əvvəl bəzi belə binalarda yaşayan vətəndaşlar bir çox problemlə üzləşirdi. Lakin bundan sonra qeydiyyatla bağlı problemlər öz həllini tapacaq. Əmlak Məsələləri Dövlət Komitəsi qısa müddət ərzində müəyyən olunmuş qaydada bu binalarda mənzillərin dövlət qeydiyyatına alınmasının təmin edəcək, sakinlərə çıxarışlar təqdim olunacaq. “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində daşınmaz əmlaklarla bağlı qeydiyyat xidmətləri birbaşa vətəndaşların ünvanına gətirilir. Səyyar xidmət göstərən ƏMDK-nin əməkdaşları tərəfindən vətəndaşlara çıxarışlar yaşayış ünvanında yerindəcə təqdim olunacaq. Bu Fərman, eyni zamanda, vətəndaşların daşınmaz əmlak bazarında leqal əmlaklara üstünlük verməsinə, mənzillə bağlı leqal əməliyyatların həyata keçirilməsinə, mövcud problemlərin həllini tapması, aparılan əməliyyatlar üzrə həm dövlət büdcəsinə daxilolmaları artıracaq, həm də mənzil idarəçiliyi baxımından yığılıb qalan problemlərin həllinə gətirib çıxaracaq. Vətəndaşlar artıq düzgün şəkildə vergi ödəyəcək, bu vergi isə dövlət büdcəsinə yönələcək”.

Məsələyə münasibət bildirən iqtisad elmləri doktoru, ekspert Fikrət Yusifovun isə bizimlə söhbətində deyib ki, çoxmənzilli binaların sənədləşdirilməsi ilə bağlı qərar növbəti mərhələdə fərdi evlərin də sənədləşdirilməsilə bağlı tədbirlərin gücləndiriləcəyinə əminlik yaradır: “Əvvəla sözügedən qərar çox böyük əhəmiyyət daşıyır. Bunun sayəsində vətəndaşlar lazım gələndə mənzillərini sata, girov qoya bilərlər. Çünki bununla bağlı vətəndaşlar çox əziyyət çəkirdilər. Bu ilin 2 ayı ərzində Prezident əhalinin sosial məsələləri ilə bağlı bir sıra işlər görüb. Bu istiqamətdə gedən proseslər yəqin ki, növbəti mərhələdə fərdi tikilən evlərin də sənədləşdirmə problemini həll edəcək. Çünki gedən proseslər növbəti mərhələdə bu məsələnin də həll ediləcəyi ilə bağlı ümidləri artırır. Düzdür, bu o qədər də asan deyil, ancaq sözügedən problemlər zamanla öz həllini tapacaq. Məsələ ondadır ki, müxtəlif səbəblərdən vətəndaşlar necə gəldi fərdi evlər tikməli olublar. Bəzən evlər tikilərkən müəyyən məsələlər nəzərə alınmayıb, uyğunsuzluqlar olub. Ancaq həmin evlər dövlətin sözügedən ərazi ilə bağlı planlarına ziyan gətirmirsə, o zaman evləri sənədləşdirmək olar. Bununla bağlı heç bir problem olmamalıdır. Əksinə, müvafiq qurumlar çalışmalıdırlar ki, həmin evlər tez sənədləşdirilsin. Nəzərə almaq lazımdır ki, o cür fərdi evlərin sənədsiz qalması həm vətəndaşa, həm də dövlətə ziyandır. Vətəndaşa ziyanı odur ki, mülkiyyətinə tam sahib ola bilmir. Yaşadığı ünvanla bağlı qeydiyyat problemi yaşayır. Dövlət isə belə evlərdən əmlak, kommunal vergisi toplaya bilmir və s. Bu mənada düşünürəm ki, hökumət yaxın gələcəkdə bu məsələnin də müsbət həlli istiqamətində mvafiq addımlar atacaq”.

Sevinc



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.04.2019
18.04.2019