Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Respublika çaylarında mövcud vəziyyət
Tarix: 23.02.2019 | Saat: 10:41:00
Bölmə:Sosial | çapa göndər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.

Hafta.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-140, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 60-80 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə fevralın 22-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 130 m3/s olmaqla ongünlük normanın 67 faizini təşkil edir. 2018-ci ildə isə bu rəqəm 177 m3/s olmaqla ongünlük normanın 91 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 54 m3/s olmaqla, ongünlük normanın 71 faizini təşkil edir. 2018-ci ildə isə bu göstərici 69 m3/s təşkil edərək ongünlük normanın 90 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə fevralın 22--də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra və Şirvan məntəqələrində 4, Salyanda 3 sm artım, Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 403 sm (2018-ci il fevralın 22-də 404 sm), Şirvanda 275 sm (2018-ci il fevralın 22-də 279 sm), Salyanda 231 (2018-ci il fevralın 22-də 225 sm), Bankədə 215 sm (2018-ci il fevralın 22-də 206 sm), Araz çayının Novruzlu məntəqəsində isə 100 sm (2018-ci il fevralın 22-də 116 sm) təşkil edir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.04.2019
21.04.2019
20.04.2019