Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Kaliforniyanın televiziya kanallarında Xocalıdan bəhs edən film nümayiş etdirilir - FOTO
Tarix: 23.02.2019 | Saat: 10:53:00
Bölmə:Siyasət | çapa göndər

Xocalı faciəsinin dəhşətlərindən bəhs edən, 2017-ci ildə Los-Anceles şəhərində amerikalı kinematoqraflar tərəfindən çəkilmiş “Zülmətdən Qaçarkən” (Running from the Darkness) sənədli filmi ABŞ-ın Kaliforniya ştatının bir sıra ictimai kanallarında nümayiş etdirilir. Qeyd edək ki, bu film ABŞ-da Xocalı soyqırımı mövzusunda çəkilmiş ilk ekran əsəridir.

AZƏRTAC xəbər verir ki, sənədli filmin nümayişi Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və dəstəyi, Şimali Kaliforniyada yaşayan soydaşımız Zərifə Musayevanın təşkilatçılığı ilə həyata keçirilir.

Əsas süjet xətti Xocalı soyqırımının canlı şahidləri ilə aparılmış müsahibələr üzərində qurulmuş bu filmin nümayişinə Şimali Kaliforniyanın San Fransisko, San Xose, Kampbel, Mauntin Vyu, Los Altos, Palo Alto, Menlo Park, Aterton və digər şəhərlərindəki yerli ictimai kanallarda start verilib və nümayiş bir il müddətində davam edəcəkdir. Sözügedən şəhərlər dünyanın yüksək texnologiyalar mərkəzi olan Silikon Vadisinə daxildir.

Filmdə, həmçinin ABŞ-ın ştat qanunvericilərinin və tanınmış din xadimlərinin Xocalıda törədilmiş soyqırımını pisləyən açıqlamalarına, tədqiqatçı alim və jurnalist rəylərinə yer verilir, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə aparılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlərdən danışılır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.04.2019
18.04.2019