Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İcazəsiz aksiyalara gənclərin cəlb edilməsi təşəbbüsünə etiraz - AÇIQLAMA
Tarix: 23.02.2019 | Saat: 12:18:00
Bölmə:Siyasət | çapa göndər

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın 23 fevrala təyin olunmuş mitinqinə icazə vermədi. Buna baxmayaraq, bu qüvvələr dayanmadan ölkədə qarışıqlıq yaratmaq, ictimai asayişi pozmağa cəhd edirlər. Əlləri heç yerə çatmayan qara qüvvələr sağlam gəncliyimizi hədəf alır, onların əli ilə ölkədə sabitliyi pozmaq istəyirlər. Lakin bu gün gənclər üçün yaradılan şərait buna əsas vermir. Vətəni sevmək, qorumaq onların çiyinlərinə düşür.

Məsələ ilə bağlı "İrəli" ictimai birliyin sədri Mirhəsən Seyidova "mitinqə gənclərin qatılmasına təşəbbüs göstərən qüvvələrin niyyətləri nədir?" - sualı ilə müraciət etdik. M.Seyidov hafta.az-a açıqlamasında bildirdi ki, gənclərlə bağlı icra olunan dövlət proqramları, qəbul edilmiş qərarlar, sərəncamlar, fərmanlar, inkişaf strategiyaları bunun əyani sübutudur. Bizim üçün ölkə olaraq təhsilli, sağlam, intellektual gəncin yetişməsi prioritetdir:

"Bu, Ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin dövlət gənclər siyasətində əsas istiqamətlərindən biridir. Gənclərlə bağlı icra olunan dövlət proqramları, qəbul edilmiş qərarlar, sərəncamlar, fərmanlar, inkişaf strategiyaları bunun əyani sübutudur. Bu günün sağlam gənci sabahın sağlam anası, sağlam ruhlu idmançısı olur. İntellektual gənc ölkəmizi beynəlxalq yarışlarda təmsil edir, savadlı gənci isə ölkə həqiqətləri, Azərbaycan tarixini beynəlxalq arenada səsləndirir. Və bütün bu qeyd edilənlərin ana ideyası sağlam ruhlu gəncliyin Azərbaycan bayrağını beynəlxalq sferada dalğalandırması və bir vətəndaş borcunu yerinə yetirməsidir. İdmançılarımız Azərbaycanı beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında, eləcə də Olimpiya Oyunlarında layiqincə təmsil edirlər. Beynəlxalq arenada Azərbaycan bayrağının dalğalanması, Azərbaycan himninin səslənməsi bu günün Azərbaycan gəncinin və o gənci formalaşdırıb yetişdirən Azərbaycanın uğurudur".



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.04.2019
18.04.2019