Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İƏT Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
Tarix: 24.02.2019 | Saat: 23:57:00
Bölmə:Siyasət | çapa göndər

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Useymin 1992-ci il fevralın 26-da erməni silahlıları tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilən soyqırımının 27-ci ildönümü ilə əlaqədar faciə zamanı həlak olmuş şəxslərin xatirəsini yad edib. Bu barədə İslam Əməkdaşlıq Təşkilatının bəyanatında bildirilir.

Bəyanatda qeyd edilir ki, Xocalı faciəsi Ermənistan tərəfindən Azərbaycan ərazilərinin qeyri-qanuni işğalının nəticəsidir. Baş katib işğal olunan Azərbaycan ərazilərində mülki azərbaycanlı əhaliyə qarşı törədilən hərəkətləri müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırımı kimi dəyərləndirən İslam sammitinin 12-ci iclasının Qahirə Yekun Kommünikesinə və İƏT Xarici İşlər Nazirləri Şurasının əvvəlki sessiyalarında qəbul edilən qətnamələrə istinad edib.

O, Azərbaycanın ərazilərinin işğalına son qoyulması və ərazi bütövlüyünün bərpası istiqamətində təşəbbüslərinə və səylərinə İƏT-in tam dəstəyini ifadə edib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.04.2019
20.04.2019