Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Düşmənin “keçilməz Ohanyan səddi”ni 40 dəqiqəyə darmadağın etdik” – Milli qəhrəman Şükür Həmidov
Tarix: 27.02.2019 | Saat: 12:06:00
Bölmə:Müsahibə | çapa göndər

Fevralın 26-da Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi və SalnaməFilm studiyasının çəkdiyi "Aprel yüksəkliyi" filminin təqdimatı keçirildi. Film Azərbaycanın Milli Qəhrəmanı, 2016-cı ilin aprel döyüşlərində misilsiz şücaətlər göstərmiş polkovnik Şükür Həmidova həsr olunub. Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı da iştirak edirdi. Polkovniklə söhbətləşdik. Şükür Həmidov hafta.az-ın əməkdaşı ilə həmsöhbət oldu. 2016-cı ilin aprel döyüşləri, ordumuzun hazırkı mənəvi psixoloji vəziyyəti haqqında danışdı.

-Cənab polkovnik, Xocalı soyqırımının 27-ci ildönümüdür. Bu soyqırım haqqında fikirlərinizi bilmək istərdik...

-Bu insanlığa sığmayan cinayətdir. Soyqırımdır. Allah Xocalıda şəhid olan bütün soydaşlarımıza rəhmət eləsin. Bu soyqırım olmaya bilərdi. Əgər o zaman nizami ordu hissəmiz olsaydı, bu cür müsibətləri yaşamazdıq. Təssüf ki, həmin dövrdə nizami ordumuzun olmaması ilə bərabər, könüllü özünü müdafiə batalyonlarına da rəhbərlik edəcək səriştəli, bacarıqlı zabitlərimiz də demək olar ki, yox dərəcəsində idi. Məhz buna görə də torpaqlarımız işğal olundu. Amma sizə bir şeyi deyim ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması heç də uzaqda deyil. Çünki bu gün düşmənin ordusundan qat-qat güclü səviyyədə olan ordumuz var. Azərbaycan Ordusu düşmənin ordusundan müqayisəyə gəlməyəcək dərəcədə güclüdür.

-Ordumuzun arsenalı barədə fikirlərinizi almaq istərdik...

- Cənab prezidentin rəhbərliyi altında ordumuz daha da güclənir. Ən yeni silahlar alınır. Hətta deyərdim ki, dünyanın hegemon dövlətlərinin ala bilmədiyi silahları ordumuz öz arsenalına daxil edir. Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, möhtərəm prezidentimiz İlham Əliyevin ordumuza diqqət və qayğısı 2016-cı ilin aprel döyüşlərində öz nəticəsini göstərdi. Ordumuz düşmən üzərində parlaq qələbə qazandı.

-Şükür müəllim, bir az da aprel döyüşlərindən danışaq. Milli Ordumuzun Lələtəpədə, Talış istiqamətində tarix yazdığı aprel yüksəkliyindən. Düşmənin müqavimətini qırmaq nə qədər vaxt aldı?

- Mən həmin vaxt cəbhənin Füzuli istiqamətində hərbi hissə komandiri idim. Düşmən tərəfində belə bir “mif” formalaşdırılmışdı ki, guya onlar 23 ildə elə bir sədd qurublar ki, bunu keçmək mümkün deyil. Hətta həmin səddi “keçilməz Ohanyan səddi” adlandırırdılar. Sizi əmin edirəm ki, həmin səddi keçmək yarım saatdan bir az artıq vaxt aldı. Artıq 40 dəqiqəyə Lələtəpə istiqamətində düşmənin müqaviməti tam şəkildə qırıldı. Düşmən qorxuya düşmüşdü. Silah-sursatlarını atıb pərakəndə şəkildə qaçırdılar. Mən şahidəm, onlar silahlarını, öz yaralılarını qoyub qaçırdı. Azərbaycan Ordusu 2016-cı ilin apelində düşmənə öz gücünü göstərdi və "Ohanyan səddini" darmadağın etdi.

- Bəs siz həmin vaxt harada mövqe tutmuşdunuz?

- Oturub qərar qəbul etməli idim. Çünki hərbi hissə komandiri kimi bütün məsuliyyət mənim üzərimdə idi. Qərara aldım ki, öndə olmalıyam, əsgərlərimin yanında... Ölümü düşünən yox idi. Hamı istəyirdi ki, bir addım da olsa irəli getsin.

- Cənab polkovnik, bu gün Azərbaycan Ordusunda mənəvi psixoloji hazırlıq hansı səviyyədir?

- Bu gün Azərbaycan Ordusu Ali Baş Komandanımızın əmri ilə torpaqlarımızı düşmən tapdağından azad etməyə, onları düz evlərinə qədər qovub çıxarmağa hazırdır. İnşallah, yaxın gələcəkdə o da olacaq. Cənab prezidentimiz, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı hər zaman əsgər və zabitlərimizin sosial məişət durumunun yaxşılaşdırılması məsələsini diqqətdə saxlayır. Şəhid ailələrinin, zabitlərimizin, hərbi qulluqçularımızın ev təminatının yaxşılaşdırılması, onların yeni evlərlə təmin olunması buna misaldır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.05.2019