Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“İki yaşımda “Dəcəl Aydan” klipinə çəkildim” - MÜSAHİBƏ
Tarix: 27.02.2019 | Saat: 19:15:00
Bölmə:Müsahibə | çapa göndər

Musiqi böyük bir dərya, sahili görünməyən ümmandır. Çox insan bu sənətə gəlsə də, onlar bu ümmanda görünməz olublar. Bu gün musiqi aləmində elə istedadlı gənclərimiz yetişir ki, onlar ümmanın dərinliklərinə baş vura bilir, öz istedadları və ifaları ilə dünya xalqlarını birləşdirən musiqi dilində danışmağı bacarırlar.

Aydan Cabbarlı da məhz belə sənətçilərimizdən biridir. Aydanın sənət aləmində üstün cəhəti ondadır ki, dünya xalqları ilə musiqi dilində danışmağı bacarır. Həm zahiri görkəmində, həm də sənətdə özüdür. Üstəlik, bu sənətə yenilik gətirib.
Gənc skripkaçı Aydan Cabbarlı ilə müsahibəmizi siz də oxuyun.
- Bakıda doğulmuşam, 1998-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində musiqi təhsili almağa başladım. Orta məktəbi bitirdikdən sonra Ukraynada Kivalova adına Hüquq Akademiyasına daxil oldum. Bu ildən həmin akademiyada magistatura təhsilimi davam etdirirəm.

- Necə oldu ki, musiqiçi oldunuz? Hüquqşünas hara, musiqi hara?

- Mən musiqiçi ailəsində doğulub, böyümüşəm. Anam Nərgiz Cabbarlı tanınmış rejissor olub, uzun müddət “AzTV”də rejissor kimi çalışıb. Bizə tanınmış rejissorlar, musiqiçilər, şairlər də gələrdilər. Onlar musiqi sənətindən maraqlı söhbətlər edər, alətlərdə isə gözəl ifalar səsləndirərdilər. Həmin ifalar məni öz sehrinə alıb uzaqlara aparardı və məndə bu sənətə marağı daha da artırardı. Hələ iki yaşımda olarkən “Dəcəl Aydan” klipinə çəkildim. Bu klip “AzTV”də dəfələrlə nümayiş etdirilib. Uşaqlıqdan arzum həm hüquqşünas, həm də musiqiçi olmaq idi. Çünki musiqi ilə yanaşı, hüquqdan da çox xoşum gəlir. Hələ uşaq yaşlarından kriminal və detektiv janrlarda çəkilmiş bədii filmlərə maraqla baxardım. Bu cür kinoları daha çox sevərdim. Elə bu səbəbdən də hər iki sənəti seçdim. Yeri gəlmişkən deyim ki, istedad yaşa baxmır.
Hər şey insanın içindən gəlir. Gərək bu sənəti sevəsən, aşiqi olasan. Mənim həm də gözəl səsim var. Hələ 6 yaşımda “AzTV”də “Qızıl açar” musiqili verilişində Telli Pənahqızının sözlərinə Teymur Namənin bəstələdiyi “Gözləmə” mahnısını həm skripkada çaldım, həm də canlı ifa etdim. İfalarım xoşlarına gəldiklərinə görə, adıçəkilən verilişin laueratı oldum.

– Niyə milli musiqi alətlərimizi yox, məhz skripka?

– Birinci sinifdə təhsil alarkən anam məni Bülbül adına Musiqi Məktəbinə aparıb skripka və vokal sinfinə qoydu. Adıçəkilən musiqi təhsil ocağında həm vokal, həm də skripka üzrə təhsil aldım. Çünki skripka əsl xanım alətidir. Həm görkəm baxımından, həm də incəliyinə və zərifliyinə görə, bu alətdə ifa etməyə başladım.
Musiqi sənəti çox çətindir. Hansısa bir musiqi alətində ifa etməklə iş bitmir. Baxmayaraq ki, skripkada çalıram, vokalistəm, amma ilk öncə milli musiqimizə və muğamlarımıza qayıtdım. Bütün musiqinin kökü elə muğamlardan başlayır. Muğamları bilməsən, digər musiqi janrlarının qapısını aça bilməzsən. Mükəmməl musiqiçi olmaq üçün Xalq artisti, muğam ustası Əlibaba Məmmədovdan muğamın və müəllimim Sevinc Rüstəmovadan skripkanın sirlərini öyrəndim.

– Musiqi təhsilini davam etdirirsinizmi?

– Əlbəttə. Həyatda arzum həm musiqiçi, həm də hüquqşünas olmaq idi. Arzularıma da nail oluram. Həm hüquq Akademiyasında, həm də paralel olaraq Odessa şəhərində fəaliyyət göstərən Çaykovski adına Musiqi Gimnaziyasında musiqi təhsilimi davam etdirirəm. Skripka ən çətin ifa olunan alətdir. Bu alətin pərdələri yoxdur. İfanın eşitmə qabiliyəti o qədər yüksək olmalıdır ki, notları duya biləsən.

– Necə oldu ki, qısa zamanda populyar və klassik sənətçiyə çevrildiniz?

– Hələ orta məktəbdə oxuyarkən gözəl ifalar edirdim. Xalq artisti Nisə Qasımova ilə anam çox yaxın rəfiqə olublar. Nisə xanım ifalarımı və istedadımı görüb, məni “ANS” telekanalında apardığı verilişinə tez-tez dəvət edərdi. İfalarım böyük tamaşaçı alqışlarına səbəb olurdu. Zaman keçdikcə efir vasitəsilə tanınmağa başlandım.
Bir gün “ANS” telekanalında verilişdə olarkən Nisə xanım mənə dedi ki, Aydan, sən elə bir yenilik etməlisən ki, sənət aləmində öz yolun olsun, digər sənətçilərdən fərqlənə biləsən.
Hələ uşaq vaxtlarından rolik sürərdim. Düzünü desək, 6 yaşımdan hər gün məhəlləmizin qızları ilə çıxıb həyətdə rolik sürərdik. Bir gün evdə rolik sürərkən anam mənə dedi ki, rolik sürə-sürə skripkanı götür, ifa elə, gör necə çıxır. Bu da məndə alındı. Nisə Qasımovanın dəvətindən sonra ilk dəfə canlı efirə roliklə çıxdım və ifalarım çox gözəl alındı. Bu yaxınlarda risk edib Azərbaycanda ilk dəfə buz üzərində skripkada “cinqıl bens” əsərini ifa edərək klipə çəkildim. İfam çoxsaylı tamaşaçı alqışlarına səbəb oldu. Klip çox gözəl alınıb. Əməkdar artist, bəstəkar Cavanşir Məmmədovla işləmək üçün təklif aldım. Mən bəstəkarın təklifini qəbil etdim və 10 ildən çoxdur birgə işləyirik. Açığını deyim ki, “Əllərini mənə ver” mahnısını ifa etməklə gündəmə gəldim.

– Siz həm də klassik əsərlər ifa edirsiniz. Ən çox hansı bəstəkarlara müraciət edirsiniz?

– Elədir.Ən çox klassik əsərlər ifa edirəm. Dünyanın tanınmış bütün bəstəkarlarının, xüsusilə də Çaykovski, Şopen kimi korifey bəstəkarların əsərləri ifamda daha geniş yer alıb. Bununla yanaşı, estrada janrına da müraciət edirəm. Xarici ölkələrə dəvət olunuram: Hollandiya, Rusiya, Ukrayna, Dubay, eləcə də Avropanın əksər ölkələrinə dəvət almışam və həmin ölkələrin konsert zallarında klassik ifalarım , həmçinin estrada ifalarım gurultulu tamaşaçı alqışlarına səbəb olub. Dünyanın hər yerində sənətçi dostlarım var.

– Eşitdiyimizə görə üstəlik, toylara da gedirsiniz...

– Toylara və el şənliklərinə gedəndə pul demirəm. Amma bizim dolanışığımız və çörəyimiz də toylardan çıxır. Toylardan pul qazanmasam, sənətimi davam etdirə bilmərəm. Toylarda və el şənliklərində proqramlarla, canlı ifalarla çıxış edirəm. Bu da xoşagələn olur. İmkansız, kasıb adamın da toyuna gedirəm. Onlardan pul almıram. Gərək şöhrət insanın gözünü tutmasın. Sənətçini sevən də və onu şöhrətə mindirən də elə sadə insanlar, öz xalqıdır.

– Bəs “şou” verilişlərinə gedirsiniz?

– Mənim qalmaqaldan, dedi-qodudan xoşum gəlmir. Əsl sənətçi qalmaqal yaratmamalıdır, sənətinin dalınca getməlidir. İfalarında, sənətində möcüzələr yaratmalıdır. Gözəl sənətçini xalq tanıyır, dünya tanıyır və onun sənətinə qiymət verir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.05.2019