Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
61 yaşlı qadın dünyaya əkiz oğlanlar gətirdi - GÜNÜN TƏZADLARI
Tarix: 27.02.2019 | Saat: 19:30:00
Bölmə:Günün təzadları | çapa göndər

Livanda nadir bir olay qeydə alınıb - 61 yaşlı qadın əkiz körpələr doğdu. Hafta.az-ın verdiyi xəbərdən bəlli olur ki, livanlı müsəlman xanım Məryəm Avada və onun əri onillərlə övlad gözləyiblər. Uzunmüddətli müalicələrin uğursuzluğuna baxmayaraq, cütlük ümidsiz qalmayıb. Ər-arvad Yenilməz Qüvvət Sahibi olan Allahın mərhəmətinə güvənərək, davamlı şəkildə həkimlərə müraciət edib. Nəhayət, ekstrakorporal mayalanma (qadın yumurtalığı kənarda süni şəraitdə mayalandırıldıqdan və döl 3-5 gün inkişaf etdikdən sonra yenidən ana bətninə yerləşdirilir) nəticəsində Məryəm hamilə qalıb. Hamiləlik dövründə qadın hormonal terapiya da daxil olmaqla, çox miqdarda dərman qəbul edib. Amma hər şey yaxşı başa çatıb. Bu günlərdə qeysəriyyə əməliyyatı nəticəsində 61 yaşlı Məryəmin uzun müddət gözlədiyi əkizlər – Əmir və Həsən dünyaya gəliblər.

"Mən inanılmaz dərəcədə xoşbəxtəm və hər bir qadının ana olması üçün dua edirəm. 23-24 yaşımdan "ana" sözünü eşitmək üçün gözlədim”, – deyən xoşbəxt müsəlman ana uşaqlara görə Allaha şükürlər edib.
Allah bütün övladsız ailələri arzusuna çatdırsın!


Bərdədə 13 yaşlı oğlan enerji içkisindən öldü


Bərdə rayonunda 13 yaşlı yeniyetmə enerji içkisindən dünyasını dəyişdi. Hafta.az yazır ki, "Report"un Qarabağ mərkəzinin məlumatına görə, hadisə rayonun Dəymədağlı kəndində qeydə alınıb. Belə ki, həmin kəndin sakini, 2006-cı il təvəllüdlü Mirşamil Namiq oğlu Babayev enerji içkisi qəbul etdikdən sonra vəziyyəti pisləşib. O, Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yeniyetmə daha sonra Bakı şəhərindəki xəstəxanalardan birinə aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Qeyd edək ki, M.Babayev VII sinif şagirdidir.


Hamburger almadığına görə ərindən boşandı


Birləşmiş Ərəb Əmirliklərində bir qadın ona hamburger almağı unutmuş ərindən boşanmağa qərar verdi. Hafta.az-ın xarici İslam saytlarına istinadla yaydığı xəbərdə belə deyilir. 20 yaşlı xanım dostları ilə istirahət edən həyat yoldaşına zəng edərək evə dönəndə bir hamburger gətirməsini istəyib. Ancaq ər evə gecə saatlarında gəlib və arvadının arzu etdiyi fəstfudu almağı unudub. Nəticədə ər-arvad arasında mübahisə yaranıb. Qadın əşyalarını yığışdıraraq evdən ayrılıb və sonra boşanma üçün məhkəməyə müraciət edib.
Qeyd edək ki, İslamda boşanmaya icazə verilir. Amma bu əməlin Allah-Təalanın icazə verdiyi əməllər arasında ən çox nifrət etdiyi davranış olduğu bildirilir.


İsa peyğəmbərin 3 əsrlik heykəlindən gizli məktub tapıldı


Peyğəmbərin XVIII əsrə aid heykəli üzərində işləyən ispan alimlər gizli məktub aşkar etdilər. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, heykəlin ayaq tərəfində gizlədilən məktub rahiblərə məxsusdur. 1777-ci ildə qələmə alınmış məktub elm dünyasının marağına səbəb olub. Heykəl İspaniyanın şimalındakı Burqos vilayətinin Sotillo de la Ribera şəhərindəki “Santa Agueda” kilsəsindədir. Yerli tarixçi Efren Arroyo deyib: “Bu həqiqətən inanılmazdır. Bu növ heykəllərin içində əl ilə yazılmış gizli məktub tapmaq başqa bir hissdir”.
Sənəddə heykəli hazırlayan heykəltəraşın adı, kənd təsərrüfatı, ictimai məsələlər kimi yerli məlumatlar, xəstəliklər, maraqlı uşaq oyunları və dövrün məşhur buğa güləşçiləri haqqında məlumat var.


Telefonun işığı qadının gözündə 500 dəlik açdı


Telefonun ekran işığı 25 yaşlı tayvanlı qadını xəstəxanalıq etdi. Həkimlər gənc qadının gözündə 500 kiçik dəlik açıldığını bildirib. Hafta.az xəbər verir ki, bu haqda “Xəzər-Xəbər” xarici mediaya istinadla məlumat yayıb. Qadın iki il boyunca telefonun ekran işığını ən yüksək parlaqlıq rejimində istifadə edib. Çen adlı qadın gözləri qanayıb ağrıyandan sonra həkimə müraciət edib. Həkimlər müayinədən sonra ona bu diaqnozu qoyublar. Onlar bildirib ki, iki il ərzində gözü normadan çox işığın təsiri altında sanki mikrodalğalı sobada bişirilib. Mütəxəssislər telefondan istifadə edərkən otağın işığını söndürməməyi məsləhət görür.


Vergilər Nazirliyinin əməkdaşı öldü


Vergilər Nazirliyinin əməkdaşı vəfat etdi. Hafta.az yazır ki, bu haqda Minval.info xəbər yayıb. Nazirliyin 9 saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyicilərinə xidmət və şəffaf vergi partniyorluğu şöbəsinin rəisi Teyyub Əsgərov dünyasını dəyişib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.04.2019
21.04.2019
20.04.2019