Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Tovuzda sürücü avtobusu şəhidlərin fotoları ilə bəzədi - GÜNÜN TƏZADLARI
Tarix: 28.02.2019 | Saat: 19:40:00
Bölmə:Günün təzadları | çapa göndər

Tovuzda marşrut sürücüsü, yerli sakin Vahid Əsləgərov maraqlı addım atdı. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərdə deyilir ki, sürücü idarə etdiyi mikroavtobusun salonunda milli qəhrəmanlarımızın, şəhidlərimizin şəkillərini, mərhum prezident Heydər Əliyevin Tovuz haqqında dediyi kəlamları foto halında sərgiləyir. Marşruta minən sərnişinlər və məktəblilər yolboyu sual-cavab edir. Sürücü həm də şəhid və Milli Qəhrəman ailələri, qazilərdən gediş haqqı almır. Sürücünün bütün bunları etməkdə bir məqsədi var:gəncləri vətənpərvər ruhda böyüyən görmək. Tovuza qonaq gələn Milli Qəhrəmanımız Mübariz İbrahimovun qohumu, şəhidimizin fotosunu nəqliyyat vasitəsində görüb və ona təşəkkür edib. Sərnişinlər də sürücünün bu addımını təqdirəlayiq addım adlandırır. Sürücü gələcəkdə mikroavtobusda bütün şəhidlərimizin fotolarını yerləşdirmək istəyir. Onun məqsədi avtomobili gəzən muzeyə çevirməkdir.


“Səddam” Beyləqanda tutuldu


Beyləqan rayonunda "Səddam" ləqəbi ilə tanınan kriminal avtoritet həbs edildi. Hafta.az-ın yazdığına görə, "Report"un Mil-Muğan bürosu xəbər verir ki, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən növbəti dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri həyata keçirilib. Bu dəfə keçirilən axtarışlar nəticəsində kriminal aləmdə "Səddam" ləqəbi ilə bilinən Beyləqan rayon sakini Hüseyn Mustafayev saxlanılıb. Saxlanılan şəxsin evinə baxış keçirilən zaman orada narkotik vasitə olan 2,008 qram heroin və 133 qrama yaxın həşiş aşkar edilərək götürülüb. H.Mustafayev əvvəllər də məhkumluq həyatı yaşayıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Məşhur müğənni Bakıda qəza törədib qaçdı


Azərbaycanın məşhur müğənnisi, “Faytonçu Nazim” Pişyarinin qəza törətdiyi bəlli oldu. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərə görə, hadisə fevralın 12-də Bakının Ə. Salamzadə küçəsində baş verib. Sənətçi idarə etdiyi “10 NF 022” dövlət nişanlı “Toyota” markalı avtomobili ilə idarəetməni itirərək “Hyundai”a çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, “Hyundai”a ciddi ziyan dəyib. Əldə etdiyimiz məlumata görə, zəncirvari qəzaya səbəb olan N. Pişyari dərhal hadisə yerini tərk edib. Bundan sonra qəza haqqında protokol tərtib olunub. Müğənni özü Unikal.org-a açıqlamasında qəzanın baş verməsini təsdiqləyərək qəza törətdikdən sonra qaçması ilə bağlı məlumatı belə şərh edib: “Yox, qaçmamışam. Nə qaçmaq? Biz hansı dövrdə yaşayırıq ki, qəza törədib hadisə yerindən qaçaq? Özü də Bakı şəhərində! Bu gün paytaxtımızın hər yeri kameradır. Sizcə, bu kameraların altında qəza törədib, qaçmaq olar? İnşallah, bu hadisə ilə bağlı daha geniş açıqlama verəcəm”.


Suraxanıda evin damından meyit tapıldı


Bakıda evin damında naməlum kişi meyiti tapıldı. Hafta.az yazır ki, "Report"un xəbərinə görə, hadisə Suraxanı rayonu Bülbülə qəsəbəsində qeydə alınıb. Belə ki, ikimərtəbəli yaşayış evinin damında 50-55 yaşlı kişi meyiti aşkarlanıb. Onun şəxsiyyətinin müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır.


General-polkovnik vəhşicəsinə döyüldü


Rusiya ordusunun ehtiyatda olan general-polkovniki Aleksandr Bridnikov Moskvada vəhşicəsinə döyüldü. Hafta.az Sfera.az-a istinadla xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Tərəflər arasında mübahisə parkinqdə başlayıb. General-polkovnik ofisinin parkinqinə avtomobillə yaxınlaşarkən siqnal verib və darvaza yaxınlığında dayanan şəxslərdən birinə güzgüsü ilə toxunub. Daha sonra avtomobili saxlayarkən şəxslərdən biri ona yaxınlaşıb. Aleksandr Bridnikov qarşı tərəflə mübahisə edərkən ona zərbə endirilib. Rusiyalı general buna cavab verib və tərəflər arasında əlbəyaxa dava başlayıb. Daha sonra davaya üçüncü şəxs qoşulub. Nəticədə vəhşicəsinə döyülən Aleksandr Bridnikov xəstəxanaya yerləşdirilib. Hadisə bağlı cinayət işi açılıb və tərəflərdən birinin Ukrayna vətəndaşı olması üzə çıxıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.04.2019
21.04.2019
20.04.2019