Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Son 10 gündə Bərdə Doğum Evində 5 körpə öldü - GÜNÜN TƏZADLARI
Tarix: 01.03.2019 | Saat: 20:15:00
Bölmə:Günün təzadları | çapa göndər

Bərdədə daha bir körpə ölümü baş verdi. Hafta.az ONA-ya istinadən xəbər verir ki, Bərdə rayonu Muğanlı kənd sakini, 1993-cü il təvəllüdlü Tükəzban İsmayıllının körpəsinin ölü vəziyyətdə ana bətnindən xaric olunması faktı ilə bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, tərtib olunan müvafiq sənədlər götürülüb, ölümün səbəbini müəyyənləşdirmək məqsədi ilə məhkəmə tibbi ekspertizası təyin edilərək yeni doğulmuş uşağın meyiti müayinə olunub və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib. Qeyd edək ki, bu, son günlər Bərdə Doğum Evində baş verən 5-ci körpə ölümüdür. Belə ki, fevralın 27-də Tərtər rayonu Qarağacı kənd sakini, 1998-ci il təvəllüdlü Elnarə Abdullayevanın dünyaya gətirdiyi qız uşağı, fevralın 24-ü isə Ağcabədi rayon sakini Ziba Qurbanovanın əkiz oğlan uşaqları, fevralın 21-də Tərtər rayonu Səhləbad kənd sakini, 1981-ci il təvəllüdlü Gülxarə Əhmədovanın yeni doğulmuş oğlan uşağı ölüb.


Əli “Oskar”a layiq görüldü

Tanınmış müsəlman aktyor Əli Maherşala ABŞ kinoakademiyası tərəfindən "Yaşıl kitab” filmində ikinci plandakı roluna görə “Oskar” mükafatına layiq görüldü. Hafta.az-ın xarici İslam saytlarına istinadla verdiyi xəbərdə deyilir ki, həmin nominasiyada Sem Rokuel ("Hakimiyyət"), Riçard Qrant (“Siz məni bağışlaya biləcəksinizmi?”), eləcə də Adam Drayver ("Qara klançı”) və Sem Elliot ("Ulduz doğuldu") təqdim olunub. “Oskar” təqdimatından sonra çıxış edən Əli mükafatını onu daim pozitiv, nikbin düşünməyə öyrətmiş nənəsinə həsr etdiyini söyləyib və belə deyib: "Bilirəm ki, onsuz mən burada olmazdım...".

Xatırladaq ki, Əli 2017-ci ilin “Oskar” mükafatlandırma mərasimində “Moonlight” (“Ay işığı”) filmindəki roluna görə mükafat alan ilk müsəlman aktyor kimi tarixə düşüb.
1974-cü ilin 16 fevral tarixində Kaliforniyanın Oklend şəhərində dünyaya gələn aktyorun əsl adı Maherşalalhaşbaz Gilmore olub. Atası müsəlman, anası xristian olan amerikalı aktyor 1999-cu ildə müsəlmanlığı qəbul edib. Dinini dəyişdirdiyi üçün anası ilə böyük anlaşılmazlıqlar yaşayan aktyor daha sonra etdiyi seçiminin səbəbini anasına izah edərək aralarındakı münasibəti düzəltməyə nail olub. Əli Maherşalın sözlərinə görə, o, İslamda əsasən müsəlman həyat tərzinə xas olan intizam və şüurluluğu dəyərləndirib.


Samuxda məktəb dərs vaxtı yandı


Samux rayon Tatlı kəndində ümümi sahəsi 404 kv/m olan 1 mərtəbəli 8 otaqdan ibarət orta məktəbdə qızdırıcı sobanın həddindən artıq qızdırılması səbəbindən boruətrafı yerlərdə yanğın baş verdi. Hafta.az yazır ki, "Report"un Qərb bürosunun məlumatına görə, daha sonra borular partlayıb və tüstülənmə olub. Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub. Hadisə dərs vaxtı olduğundan, 10-a yaxın şagird tüstünün təsirinə məruz qalıb və özlərini pis hiss ediblər. Onlara ambulator qaydada yardım göstərilib.


Cəlilabadda marketdə döşəmə silinərkən 14 əməkdaş zəhərləndi


Cəlilabad rayon mərkəzindəki “Green Store" adlı marketdə 14 nəfər zəhərləndi. Hafta.az yazır ki, "Report"un Muğan bürosunun məlumatına görə, zəhərlənən 14 nəfərin hamısı marketin işçiləridir. Məlum olub ki, marketin döşəməsi təmizlənərkən kimyəvi məhluldan istifadə edilib. Məhz bu kimyəvi məhlul da işçilərin zəhərlənməsinə səbəb olub. Zəhərlənən şəxslər dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.04.2019
21.04.2019
20.04.2019