Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “rels oğrusu” - HƏFTƏ REYTİNQ
Tarix: 01.03.2019 | Saat: 20:40:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

Mediaya açıqlama verən konfliktoloq Elxan Mehdiyev Ermənistanın eks-prezidenti, torpaqlarımızın işğalı və Xocalı faciəsinin törədilməsinin qaniçən baiskarlarından biri Serjik Sərkisyanın Mehridən Füzuliyədək dəmiryol xətlərini sökdürərək satdırması və torpaqlarımızdakı digər talançılıq əməlləri haqqında ilginc fikirlər söylədi: “Orada xeyli infrastruktur obyekti var idi və buradakı işlərə ən yüksək səviyyədə razılıq verilməli idi. Dəmir yolları və onun üzərindəki ağır elektrik dirəkləri bu sahəyə aiddir. İndi məlum olur ki, bu relslər və onlarla bağlı infrastruktur avadanlıqları Serj Sərkisyanın tapşırığı ilə sökülərək toplanıb və bilavasitə onun əli ilə satılıb. Özü də bu relslərin dəyəri milyonlarla ölçülür. Bu əməliyyatı Serj Sərkisyan-Ohanyan qrupu həyata keçirib və əldə olunan gəlir barədə dəqiq məlumat yoxdur...”.


Həftənin “erməni etirafı”


“Fevralın 26-da 70-i yaşlı, 63-ü uşaq olmaqla, 613 azərbaycanlının Ermənistan dövlətinin hərbi qüvvələrinin hücumuna məruz qalaraq vəhşicəsinə öldürüldüyü qətliamın 27-ci ildönümünü yad etdik”. Bunu milliyyətcə erməni olan Türkiyə vətəndaşı, jurnalist, siyasətçi Markar Esayan söylədi. O, Türkiyənin “Axşam” qəzetinin 28 fevral tarixli sayında dərc olunan "Demokratiyanı edam etdilər..." adlı məqaləsində vurğulayıb ki, Xocalı kimi soyqırımları unutmaq qətliamların davam edəcəyi deməkdir: “Allah bir daha belə günləri yaşamağı bütün dünyaya əsirgəsin. Bir günah qarşısında susan dilsiz şeytandır. Ən yaxınımız olsa belə, biz həqiqət və ədalətin yanında olmalıyıq. Bir günahı hamı törədə bilməz və bu, ümumiləşdirilməz. Bunu, əslində, cinayəti ört-basdır etmək kimi başa düşmək olar. Bütün baxımlardan bu, təhlükəlidir. Mən bir xristian erməniyəm. “ASALA”nın cinayətləri və Xocalı qətliamını nifrətlə qarşılayan və lənətləyən biriyəm...”.


Həftənin “ “avtoş” prezidenti”


Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ölkəsinin Daxili İşlər Nazirliyinin Avtomobil İdmanı Mərkəzinin açılışında iştirak etdi. Türkmənistanın DİN başçısı İskəndər Mulikov görülən işlər barədə dövlət başçısına məlumat verdikdən sonra ona velosiped bağışlayıb. Mərkəzlə tanış olan Qurbanqulu Berdiməhəmmədov “Nissan” markalı idman avtomobilinin sükanı arxasına keçib və yüksək sürücülük qabiliyyətini nümayiş etdirib.


Həftənin “siqaretçəkən prezidenti”


Donald Trampla görüş üçün Vyetnama yollanan KXDR lideri Kim Çen In Çinin Nanyin şəhər vağzalının perronunda siqaret çəkən yerdə kameralara tuş gəldi. Kadrlarda Şimali koreyalı liderin əlləri cibində perronda gəzdiyini və siqaret çəkdiyini görmək olur. Ölkənin XİN rəhbəri Çoy Son Hi, baş qərərgahın rəisi Li Yon Ho və Kim Çen Inın bacısı Yo Çjon da onun yanında görünüb. Məlumata görə, Kim Çen Inı daşıyan zirehli qatar Vyetnama yollanmazdan əvvəl yarım saat Çin şəhərinin vağzalında gözləməli olub.


Həftənin “xəstə məşhuru”


Xalq artisti Flora Kərimovanın səhhətində problem yarandı. 77 yaşlı sənətçi günlərdir yüksək hərarətdən əziyyət çəkdiyi bəlli olub. Bu səbəbdən o, bir neçə önəmli tədbirə qatıla bilməyib.
Hazırda müğənni Fatmayıdakı bağında həkim nəzarətində müalicəsini davam etdirir.


Həftənin “Əmək”çisi”


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sədaqət Qəhrəmanovanın 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzaladı. Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Sədaqət Məmmədyar qızı Qəhrəmanova 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilb. Xatırladaq ki, hazırda Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsində çalışan Sədaqət Qəhrəmanova 1949-cu ilin martın 1-də Şəmkir rayonunda anadan olub. Onun 70 yaşı tamam olur.

 

Həftənin “viranə universiteti”

2010-cu ildə fəaliyyəti dayandırılmış, 9 ildir üzərindən həbs götürülməyən və istifadəsiz qalan keçmiş Beynəlxalq Universitetin bina kompleksinin dağılıb-töküldüyü, həyətini kol-kos basdığı bəlli oldu. Musavat.com-un hazırladığı reportajda deyilir: “Neçə ildir ki, ABU-nun həyətinin bir hissəsi metro deposudur, idman sahəsi “Bakı Metropoliteni” QSC tərəfindən alınıb, yerdə qalan geniş həyəti isə otlar, kol-kos basıb, bina bomboş qalıb. Universitetin Fransaya qaçmış və barəsində İnterpol vasitəsilə axtarış elan edilən rektoru Elşad Abdullayev bu mülkü özəlləşdiribmiş. Prokurorluq isə həmin əmlakın üzərinə həbs qoyub və bu günə qədər götürülməyib. Əvvəllər söz-söhbət gəzirdi ki, universitetlərdən biri bu binaya köçürüləcək. Nə də olmasa hər bir avadanlıq, şərait var, istifadəyə yararlıdır. Amma E.Abdullayevin obyektinin üzərindəki həbs nə satışına, nə istifadəsinə imkan verir. Bildirək ki, 2010-cu ildə ABU-nun lisenziyası ləğv edilən kimi rektoru Fransaya qaçaraq, oradan keçmiş deputat Gülər Əhmədovanın, iş adamı Arzu Kazımovun həbsinə səbəb olan videolar yaydı…”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.06.2019
23.06.2019
Heydər Əliyev Fondu Qarabağ müharibəsi əlili üçün yeni ev tikib
ƏƏSMN-də icbari tibbi sığortanın tətbiqi müzakirə edilib - FOTO
Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq
YAP-ın Mərkəzi qərargahında AXC-yə həsr olunmuş “Son iclas” filminin təqdimatı keçirilib - FOTO
Ermənistan idmandan siyasi alət kimi istifadə edir - XİN
Avroliqanın finalı ərəfəsində 450 avtobus ayrılacaq - BNA
Mxitaryanla əlaqədar Azərbaycana və UEFA-ya ünvanlanan tənqidlər başadüşülən deyil - Ermənistan Boks Federasiyası
Nəqliyyat məsələləri üzrə 24 saat fəaliyyət göstərən qərargah yaradılıb - Mais Ağayev
Mayın 25-30-da bu şəxslər nəqliyyatdan ödənişsiz istifadə edəcək
“Azərbaycan-İsrail strateji münasibətləri bütün regionda sülhə və təhlükəsizliyə xidmət edir” - Əli Həsənov