Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ermənilər Sarkisyanın istefası günündə istirahət edəcəklər
Tarix: 02.03.2019 | Saat: 15:31:00
Bölmə:İrəvandan xəbər var | çapa göndər

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın istefası günü bu ölkədə rəsmi bayram kimi qeyd olunacaq. Bununla bağlı hökumət “Ermənistan Respublikasında bayramlar və əlamətdar günlər haqqında” Qanuna dəyişikliklər təklif edib.

Serj Sarkisyanın baş nazir vəzifəsindən istefa etdiyi tarix “Vətəndaş günü” elan ediləcək və qeyri-rəsmi iş günü olacaq. Qəzetin məqaləsində qeyd olunur ki, bu yeni qanun dəyişikliyi erməni hökumətinin növbəti həftə keçiriləcək iclasının gündəliyinə daxil ediləcək. Hökumətin təsdiqindən sonra erməni deputatlar qanun layihəsini parlamentin aprelin 23-də keçiriləcək plenar iclasında müzakirə edəcəklər.

Serj Sarkisyan kütləvi aksiyalar nəticəsində ötən il aprelin 23-də istefa verib. O, on il müddətində (2008-2018-ci illər) ölkə prezidenti olub, sonra özünün keçirdiyi konstitusiya islahatı nəticəsində aprelin 17-dən 23-dək baş nazir təyin edilib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.05.2019
18.05.2019