Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Kənddən şəhərə Novruz yarmarkası - ucuz qiymətlər, alıcı bolluğu... - FOTO
Tarix: 02.03.2019 | Saat: 16:29:00
Bölmə:Gündəm | çapa göndər

Ölkə başçısı İlham Əliyevin tapşırığı ilə paytaxtda kənd təsərrüfatı məhsullarının satış-yarmarkaları keçirilir. Əvvəla onu qeyd edək ki, yarmarkalar paytaxtın 14 məntəqəsində keçirilir. Yarmarkalara Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş fermerlər öz məhsullarını çıxarıblar. Yasamal, Nizami, Xəzər və Səbail rayonlarında yarmarkalar Bakı şəhər İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil edilib. Əldə etdiyimiz məlumata görə, Novruz bayramı ərəfəsində yarmarkaların keçirilməsində məqsəd bazarda məhsul bolluğu yaratmaqdır.
 
Hafta.az-ın əməkdaşı Novruz öncəsi təşkil olunan satış yarmarkalarına baş çəkib, qiymətlərlə maraqlanıb. Satıcılarla və alıcılarla söhbətləşib. Paytaxtın “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında – Hüseyn Cavid parkı ilə üzbəüz təşkil olunan satış yarmarkasında alıcı bolluğunun yaşandığı hiss olunur. Bu barədə bir qədər sonra, hələlik onu deyək ki, yarmarkalar “Kənddən Şəhərə” brendi altında təşkil edilir. Bu yarmarkaların əsas xüsusiyyəti odur ki, fermerlər öz məhsullarını vasitəçi olmadan, birbaşa alıcıların önünə sərirlər. Diqqətçəkən məqamlardan biri də odur ki, yarmarkaya məhsul çıxaran fermerlər vahid geyim formasından istifadə edirlər. Üstəlik, burada sanitar-gigiyenik normalara ciddi əməl olunduğunun da şahidi oluruq. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları bütün yarmarkalarda müvafiq nəzarəti həyata keçirirlər. Alıcılarla söhbətləşirik. Deyirlər ki, qiymətlərdən razıdırlar. Bazarlarla müqayisədə 20-25 faiz ucuzluğun olduğunu söyləyirlər.

İlkay adlı xanım alıcı bu cür yarmarkaların təşkili nəticəsində bolluq olacağını bildirir: “Fermerlər öz məhsullarını satmaq üçün yeni imkan əldə edəcək. Həm də alıcılar keyfiyyətli məhsulları daha ucuz almaq imkanı qazanacaqlar. Yolumun üstüdür. Hər səhər-axşam gəlib buraya dəyirəm. Lazım olan məhsulları alıram. Bilirəm ki, əsl kənd məhsuludur. Kimyəvi qatqısı yoxdur. Qiymətlər də münasibdir”.

Onu da bildirək ki, martın 2-dən başlayaraq paytaxtın bütün rayonlarında hər həftənin şənbə və bazar günləri kənd təsərrüfat məhsullarının satış-yarmarkaları keçiriləcək. Novruz bayramı ərəfəsində isə yarmarkalar martın 16-dan 21-dək davam edəcək. Satıcılarla söhbətləşirik. Qiymətləri ucuz, aşağı qiymətə qoyduqlarını söyləyirlər. Alıcı qıtlığından da şikayətləri yoxdur.


 
Əli adlı satıcı ilk saatlardan 30 kq-dan artıq Zirə pomidoru satdığını deyir. Pomidorun qiyməti isə 2 manat 70 qəpikdir. Qozun bir kiloqramı isə alıcılara 7-11 manat arasında təklif edilir. Satıcılar əsasən meyvə və tərəvəzlərin daha çox satıldığını söyləyirlər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.03.2019
18.03.2019