Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Problemli kreditlərlə bağlı Fərman dünyaya nümunə sayıla bilər - TƏHLİL
Tarix: 04.03.2019 | Saat: 19:30:00
Bölmə:Araşdırma Sosial | çapa göndər

Son aylar ölkəmizdə aparılan islahatlar vətəndaşların sosial rifahına əhəmiyyətli dərəcədə müsbət təsir göstərib

Məlum olduğu kimi, ötən həftə Prezident İlham Əliyev Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı fərman imzalayıb. Sənədə əsasən, güzəştdən fiziki şəxs olan vətəndaşlarımız faydalanacaqlar. Bu zaman birinci devalvasiyadək olan dövr və birinci və ikinci devalvasiya arasındakı müddət əsas götürüləcək.

Belə ki, 2012-ci il yanvarın 1-dək 2015-ci il dekabrın 21-dək, yəni birinci devalvasiyayadək olan dövr üçün hər 1 dollara 0.25 qəpik güzəşt hesablanacaq. Bu, o deməkdir ki, birinci devalvasiyayadək 10 min dollar kredit götürmüş vətəndaşın manatla krediti 7800 manat idisə devalvasiyadan sonra bu rəqəm 10500 manatadək yüksəldi. Fərmanla birinci devalvasiyayadək 10 min dollar kredit götürən vətəndaş əsas məbləğə 2500 manat güzəşt əldə edə bilər. Bununla da onun əsas borcu 10500 manatdan 8000 manatadək azaldılır. Birinci devalvasiya və ikinci devalvasiya arası götürülən kreditlər üçünsə hər dollara 60 qəpik güzəşt tətbiq olunacaq. Bu 10 min dollara 6 min manat güzəşt deməkdir. Fərmanla fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar tərəfindən bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülməsi tövsiyə olunur. Bu, faizlərin silinməsi və məhkəmədə olan işlərin geri çağırılması anlamına gəlir. Digər tərəfdən kreditini devalvasiyadan sonra yaranan fərqlə vaxtında ödəmiş vətəndaşların ödədiyi əlavə vəsait isə geri qaytarılacaq.

Qeyd edək ki, bu fərman dünya praktikasında analoqsuz sayıla bilər. Düzdür, bəzi ölkələrdə problemli kreditlərlə bağlı müvafiq addımlar atılıb. Amma həmin tədbirlərin əhatə dairəsi Prezident İlham Əliyevin imzaladığı sözügedən fərman qədər geniş olmayıb. Eyni zamanda, heç bir ölkədə bu dərəcədə sosialyönümlü, vətəndaşın marağına xidmət edən mexanizm işlənərək ortaya qoyulmayıb. Məsələn, Qazaxıstanda devalvasiyadan sonra buna oxşar təcrübədən istifadə olunub. Lakin həmin mexanizmlə çox az sayda insanın problemli kredit məsələsi öz həllini tapıb. Qonşu Rusiyada isə xarici valyuta ilə kredit götürənlərə güzəşt dövrü verilib. Həmin güzəştə əsasən, vətəndaş 5 il müddətində kreditini hissə-hissə qaytarmalıdır. Yəni, diqqət etsək görərik ki, milli valyutası devalvasiyaya məruz qalan ölkələrin əksəriyyətində problemli kreditlərlə bağlı tədbirlər görülməyib, bəzi ölkələrdə də yalnız xarici valyutada götürülmüş ipoteka kreditləri ilə bağlı müəyyən addımlar atılıb. Bəzi ölkələrdə isə sadəcə vədlər verilib. Amma bu vədlərin icrası barədə ictimaiyyətdə heç bir informasiya yoxdur. Lakin Prezident İlham Əliyevin imzaladığı fərman 800 mindən artıq insanın problemini həll edir. Bu fərmanın maliyyə tutumunu, ayrılacaq vəsaitin ölkənin ümumi daxili məhsuluna və bank sektorunun aktivlərinə nisbətini nəzərə alsaq deyə bilərik ki, sözügedən sənədin analoqu yoxdur.

Digər tərəfdən Prezident İlham Əliyevin Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı fərmanı bir daha göstərdi ki, əhalinin sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritet istiqamətidir. Sözügedən fərman əhalinin rifahının yüksəldilməsi, sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin təmin edilməsində dövlətin növbəti sosial humanizmini nümayiş etdirir. Dövlət başçısının fərmanı həm də çox geniş və mühüm sosial təşəbbüs kimi qəbul edilir. Çünki fərmana əsasən, fiziki şəxslərə məxsus 10 000 dollar məbləğində xarici valyutada olan əsas kredit borclarını və faizlərini birbaşa dövlət öz üzrərinə götürüb. Daha dəqiq desək, manatın dollarla 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə olan məzənnə fərqi nəticəsində yaranmış 900 milyon manat vəsaitin qaytarılması nəzərdə tutulub. Eyni zamanda, borc alanların əsas borcundan başqa, onların 750 milyon manat məbləğində faizləri də dövlət tərəfindən ödəniləcək və beləliklə, həmin ümumi məbləğ 1,6 milyard manata yaxın vəsait deməkdir. Bu proses bütün fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarınınə əhatə edəcək. Beləliklə, hədindən artıq böyük miqyasda bank vəsaitlərinin dövlət bankların deyil, öz üzərinə götürməklə indiyədən heç bir ölkədə tətbiq edilməyən nümunəvi modeli ortaya qoymuş olacaq.

Təbii ki, Azərbaycanda bütün məsələlərlə bağlı problemin ciddiliyi, ağırlıq yükü, onun həllinin büdcəyə, əhalinin rifah halının yüksəlməsinə təsiri, həll üçün maliyyə imkanları, səmərəli tətbiq mexanizminin işlənib hazırlanması, icrasi və icraya nəzarət və s. hərtərəfli araşdırıldıqdan sonra müvafiq qərarlar qəbul olunur. Birmənalı şəkildə demək olar ki, 2019-cu ilin əvvəlindən sosial sahədə qəbul olunmuş qərarlar, o cümlədən problemli kreditlərin həlli öz miqyasına, əhatə dairəsinə görə sözün əsl mənasında inqilabi qərarlardır. Azərbaycan bütün bunlarla əhalinin sosial məsələlərinin həllində bütün dünyaya öz liderliyini nümayiş etdirir.
Yeri gəlmişkən, Azərbaycanda həm də hüquqi şəxslərin problemli kreditlər məsələsi ilə bağlı müvafiq qərarlar qəbul oluna bilər. Bunun anonsunu isə maliyyə naziri Samir Şərifov AzTV-yə müsahibəsində verib. O deyib ki, Azərbaycan dövləti fiziki şəxslərin problemli kreditləri ilə bağlı tədbirlər görür, lakin bu gün bankların hüquqi şəxslərlə bağlı çətinlikləri də var: “Bəzi şirkətlər banklara olan borclarını vaxtında qaytarmırlar, ödənişlərdə çətinlik çəkirlər. Bu da istər-istəməz bankların fəaliyyətinə mənfi təsir göstərir. Dövlət qurumları bununla bağlı da işləyir. Prezidentin tapşırığı var. Bank sektorunun sağlamlaşdırılması ilə bağlı növbəti proqram hazırlanır, onun maliyyə tutumu müəyyən edilir, yəqin ki, yaxın zamanlarda bu proqram təqdim ediləcək”.

Sevinc



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
27.06.2019
26.06.2019
Heydər Əliyev Fondu Qarabağ müharibəsi əlili üçün yeni ev tikib
Respublika Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib - FOTO
Peru Konqresi Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib - FOTO
Gədəbəydə güclü leysan yağışları rayonun elektrik enerjisi infrastrukturuna ciddi ziyan vurub - “Azərişıq”
Dənizkənarı Milli Parkda azarkeş festivalına böyük sayda turist gəlib - FOTO
Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həlli üçün ciddi işlər görüləcək - Nazir
Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi Xorvatiyada qeyd olunub - FOTO
ABŞ səfirliyi Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib
Magistraturaya qəbul imtahanının II mərhələsinin nəticələri elan olunub
BNA tamaşaçıların daşınması üçün əlavə avtobuslar ayırdı