Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Atasının yasına gedən ana və qızı həlak oldu - GÜNÜN TƏZADLARI
Tarix: 04.03.2019 | Saat: 20:00:00
Bölmə:Günün təzadları | çapa göndər

Ucar rayonunda ana və 5 yaşlı qızının ölümü ilə nəticələnən dəhşətli hadisə barədə bəzi məqamlar üzə çıxdı. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, Bakı-Qazax magistralının rayonun Küçəkənd kəndinin ərazisindən keçən hissəsində "Hyundai Accent" markalı, 99 LR 711 dövlət qeydiyyat nişanlı avtomobilin vurub öldürdüyü 1988-ci il təvəllüdlü Aynur İsgəndərova körpə qızı ilə birgə Bakıdan kəndə gedirmiş. Belə ki, keçən ilin 3 mart tarixində A.İsgəndərovanın atası Ramiz kişi vəfat edib. Bazar günü - martın 3-ü günorta saatlarında o, qızı Ayşənlə birgə atasının vəfatının ildönümü mərasimində iştirak etmək üçün Bakıdan rayona yola düşüb. Küçəkənd kəndində səfərə çıxdığı nəqliyyat vasitəsindən düşərək ata evinə getmək üçün yolun əks tərəfinə keçmək istəyib. Bu zaman Bərdə rayonundan olan 1984-cü il təvəllüdlü sürücü Cavadov Rəşad Rəhim oğlu idarə etdiyi avtomobillə ana və qızını vurub. Onların ikisi də hadisə yerində vəfat edib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Misir universitetində Azərbaycan dili keçildiyi bilindi


“Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyi Qahirə Universitetinin ədəbiyyat fakültəsinin “Şərq dilləri” bölməsində Azərbaycan dilinin tədrisinə başlanıldı. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərə görə, Azərbaycan dilini tələbələrə Birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirov tədris edir. Azərbaycan dili dərslərində universitet tələbələrinə ölkəmizin tarixi, mədəniyyəti və Ermənistanın təcavüzü, torpaqlarımızın işğalı, Xocalı soyqırımı barədə də məlumat verilir. Universitetin 4-cü kursunda tədris edilən Azərbaycan dili dərslərində yüzə yaxın tələbə iştirak edir. Azərbaycan dilini öyrənməyə böyük maraq göstərən gənclər dili daha yaxşı mənimsəmək üçün dərsdənkənar əlavə kursların təşkili ilə bağlı S.Nəsirova müraciət ediblər. S. Nəsirov bunun üçün bütün imkanlarının olduğunu bildirərək, yaxın günlərdə Qahirədəki diaspor mərkəzində Azərbaycan dilini öyrənmək istəyən yeni tələbələrə əlavə kursların təşkil olunacağını qeyd edib. 2017 və 2018-ci illər ərzində Qahirə Universitetində Azərbaycan dilini öyrənən tələbələrdən bir qrupu hal-hazırda diaspora mərkəzində təhsilini davam etdirir. Artıq o tələbələr arasında Azərbaycan dilindən ərəb dilinə məqalələr tərcümə etmək səviyyəsində olan tələbələr vardır. Hazırda Azərbaycanın Qahirədəki diaspor mərkəzində azərbaycanlılarla yanaşı, dünyanın 18 ölkəsindən 180-dan çox tələbə müxtəlif ixtisaslar üzrə ödənişsiz təhsil alır.


Futbol zamanı hakim buz bağladı


ABŞ çempiontının (MLS) ötən axşam keçirilən "Kolorado Rapids" - "Portland Timbers" oyunu 7 dərəcə şaxtada oynanıldı. Hafta.az yazır ki, bu haqda Fanat.az xəbər yayıb. "Dick's Sporting Goods Park"da baş tutan qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb. Güclü şaxta və qar yağışı futbolçuların oyunu davam etdirməsinə təsir göstərməsə də, matçın baş hakiminin görüntüsü sosial mediada "Şaxta baba" şərhlərinin yazılmasına səbəb olub.


Bozdağın ətəklərində adam skeletləri tapıldı


Bozdağın ətəklərində yuyulmuş və qazılmış torpağın altından qədim insanların skeletləri üzə çıxdı. Hafta.az xəbər verir ki, “ONA”nın Mingəçevir bürosunun məlumatına görə, skeletlər şəhərin Bağlar yaşayış massivi ilə Bozdağ silsiləsi arasındakı ərazidə aşkarlanıb. Skeletləri ilk olaraq ərazidə heyvandarlıq və kənd təsərrüfatı işləri ilə məşğul olan şəhər sakini Azər İbrahimov aşkarlayıb. A. İbrahimov “ONA”ya açıqlamasında bunun ərazidə rastlaşdığı ilk hadisə olmadığını deyib. O, dağın ətəyində skeletlərin üzə çıxmasını ərazinin qədim yaşayış məskəni olması ilə əlaqələndirib: “Ərazidə aparılan qazma işləri və zaman-zaman yağış suları ilə yuyulma nəticəsində torpağın altındakı skeletlər üzə çıxıb. İlk dəfə iki insan başının skeleti göründü. Skeletin bədən hissəsini isə yuyulmuş yamacın torpaq qatı altında asanlıqla müşahidə etmək olar”. A. İbrahimovun sözlərinə görə, təsərrüfat işləri ilə məşğul olduqları bu ərazidə vaxtaşırı qədim misgərlik əşyalarına, küpələrə və digər məmulatlara rast gəlinir.


Beyləqanda pambıq sexində qadının biləyi kəsildi


Martın 1-də Beyləqan rayonunda sexdə bədbəxt hadisə baş verdi. Hafta.az-ın yazdığına görə, BAKU.WS xəbər verir ki, Beyləqan RMX-dan rayon prokurorluğuna Beyləqan rayonu, 1-ci Şahsevən kəndi ərazisində yerləşən “Xam pambığın emalı və tədarükü” sexinin maşinisti 1959-cu il təvəllüdlü Əliyeva Cəmilə Famil qızının sol bilək nahiyyəsindən aldığı xəsarətlə rayon mərkəzi xəstəxansına daxil olması barədə məlumat verilib. Daxil olmuş məlumat əsasında rayon prokuror və əməliyyat – istintaq qrupu hadisə yerinə tedib. Hadisə yerinin müayinəsi keçirilməklə fotoşəkillər çəkilib və digər zəruri hərəkətlər icra edilib. Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.04.2019
20.04.2019