Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Əminəm ki, bu, başqaları üçün dərs olacaq...” - Qüdrət Həsənquliyev
Tarix: 05.03.2019 | Saat: 15:01:00
Bölmə:Siyasət | çapa göndər

“Xalqımız da istərdi ki, Fəxrəddin Abbasovun boynu əyilmiş şəkildə həbsxanaya aparılmasını görsün...”

“Mən onun həbs olunmasında xidmətləri olan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarına öz dərin minnətdarlığımı bildirirəm...”.

“Həftə içi” müxbirinin verdiyi məlumata görə, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin bugünkü plenar iclasında Azərbaycana xəyanət edən Fəxrəddin Abbasovun Rusiyada saxlanılaraq Bakıya gətirilməsi haqda danışarkən söyləyib.

“Amma xalqımız da istərdi ki, onun qolu qandallı və boynu əyilmiş şəkildə həbsxanaya aparılmasını görsün. Təəssüf ki, hələlik bu kadrlar ictimaiyyət üçün açılmayıb. Amma əminəm ki, Fəxrəddin Abbasov Azərbaycan dövlətinə qarşı etdiyi xəyanətə görə layiqli cəzasını alacaq və bu, başqaları üçün dərs olacaq. Eyni zamanda, son vaxtlar DTX tərəfindən Azərbaycan dövləti əleyhinə işləyən casus şəbəkəsi ifşa olundu, çoxlu sayda həbslər həyata keçirildi. Amma yenə də çox təəssüf ki, həmin casusluğa cəlb olunmuş şəxslərin hansı dövlətlərə işləməsi barədə ictimaiyyətə açıqlama verilmədi. Əlbəttə, məntiq onu deyir ki, Azərbaycan hökuməti qonşu dövlətlərlə münasibətlərin korlanmaması üçün bu adları açıqlamır. Amma dünya təcrübəsi göstərir ki, belə casuslar ifşa olunanda onların hansı dövlətə casusluq etdiyi barədə ictimaiyyətə məlumat verilir. Ondan ötrü ki, həmin ölkənin vətəndaşları daha ehtiyatlı olsunlar, istər biznes münasibətləri quranda, istər şəxsi əlaqələr yaradanda...”.

Q.Həsənquliyev jurnalistlər Mətin Yaşaroğlu və Fuad Abbasovun ermənilər tərəfindən təzyiqlərə məruz qalması haqda da danışdı və həmkarı Fazil Mustafanın fikirlərinə dəstək verdi:

“Onlar təkcə ermənilər tərəfindən yox, ermənilərin Rusiyadakı havadarları tərəfindən də təzyiqlərə məruz qalıb...”.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.04.2019
21.04.2019
20.04.2019