Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Enerji içkisi azərbaycanlı aparıcını da öldürdü - GÜNÜN TƏZADLARI
Tarix: 05.03.2019 | Saat: 19:15:00
Bölmə:Günün təzadları | çapa göndər

Azərbaycanda Aydan Vəliyeva adlı gənc aparıcı qız enerji içkilərinin qurbanı oldu. Hafta.az yazır ki, bu haqda Baku.ws xəbər yayıb. Məlumata görə, aparıcı energetik içkiləri hədsiz çox içdiyindən sağlamlığında ciddi problemlər yaranıb, sonra da komaya düşüb və keçinib. Tələbə yoldaşları sosial şəbəkədə yazırlar ki, energetik içki Aydanın əlindən düşmürmüş. Buna görə də onu “redbullu qız” kimi tanıyırdılar.


Rusiyada 2050-ci ildə rus qalmayacağı bildirildi


Rusiyanın Ailə, Anaların və Uşaqların Qorunması Məsələləri üzrə Patriarx Komissiyasının sədri Dmitri Smirnov 2050-ci ilə kimi Rusiyada rusların tükənəcəyini bildirdi. Hafta.az Musavat.com-a istinadla yazır ki, "Regnum” informasiya agentliyinin məlumatına görə, bu barədə Smirnov "Qovorit Moskva” radiostansiyasının efirində etdiyi çıxışda danışıb. Efirdə onun Rusiya müftiləri şurasının sədri Ravil Qaynutdinin 15 ildən sonra Rusiya vətəndaşlarının üçdə bir hissəsinin müsəlman olacağı barədə dediklərini şərh etməsini xahiş ediblər. Smirnov bu fikirlə razılaşaraq proqnozların düzgün olduğunu, Rusiyada əsasən müsəlmanların çoxövladlılığa üstünlük verdiyini vurğulayıb. "Tatarlar yox, məhz qafqazlılar. Çeçenlərdə də, inquşlarda da ailədə səkkiz övlad olur. Burada (Rusiyada – red.) tamamilə başqa xalqlar yaşayacaq: çeçenlər, inquşlar və ərəblər”, - deyə baş keşiş bildirib. Qeyd edək ki, "Rosstat”ın məlumatına görə, Rusiya Federasiyasında doğum halları kəskin şəkildə azalıb və son illər ərzində ilk dəfə olaraq əhalinin təbii azalması qeydə alınıb.


Bakıda binanın tüstü bacasından qadın meyiti tapıldı


Bakıda binanın tüstü bacasında qadın meyiti aşkar edildi. Hafta.az yazır ki, Binəqədi rayon Prokurorluğundan ONA-ya verilən məlumata görə, 1979-cu il təvəllüdlü Təhminə İsmayıl qızı Nəcəfovanın yaşadığı Atatürk prospekti ev 30/78, “D” blokunda yerləşən tüstü bacasında meyiti aşkar edilməsi barədə daxil olan məlumat əsasında hadisə yerinə baxış keçirilib, bina sakinlərinin izahatları alınıb və müvafiq ekspertizalar təyin edilib. İlkin araşdırmalarla müəyyən edilib ki, T.Nəcəfova öz mənzili ilə qonşu mənzil arasında yerləşən tüstü bacasına yıxılıb. Köməksiz qalan qadın orada ölüb. Onun meyiti qohumları tərəfindən aşkar edilib. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda araşdırma aparılır.


Azərbaycanlı aktyorun “Kurtlar Vadisi”nə çəkilməkdən imtina etdiyi bilindi


“Kurtlar Vadisi” serialını bəyənmədiyimə görə imtina etmişəm”. Bunu “ARB TV”-nin “Pəncərə” proqramının qonağı olan aktyor Kamran Ağababayev söylədi. Hafta.az xəbər verir ki, Aktyor məşhur serialda çəkilmək istəməməsinin səbəbini açıqlayıb: “Azərbaycandakı bütün seriallardan imtina etmişəm. Bir çox sınaqlarda da olmuşam. “Yox” sözünü eşitməyə öyrəşmişəm. Türkiyədə “Eşkiya dünyaya hükümdar olmaz” serialının sınağında son ikiyə qalmışdım. “Kurtlar Vadisi” serialını bəyənmədiyimə görə imtina etmişəm. Artıq təsdiq olunmuşdum. Türkiyədəki serialların gedişini tamaşaçı müəyyən edir”.


Mollalar məsciddə tennis yarışı keçirdi


Rusiya Federasiyası Penza bölgəsinin Qorodişen rayonu Orta Yeluzan kəndindəki "Əbu Hənifə" məscidində yerli məscid ziyarətçiləri arasında ilk stolüstü tennis turniri keçirildi. Hafta.az xəbər verir ki, bu haqda Rusiya mediası məlumat yayıb. Məscidin imamı Ruşan-Həzrət Bibarsovun sözlərinə görə, komandalar yaş kateqoriyaları üzrə bölünüb. Ən gənc oyunçunun 10 yaşı olub. Kiçik yaş qrupunda 16, böyüklər qrupunda isə 25 nəfər iştirak edib. Oyunun əsas məqsədi - oyunçunun rəqibin topu dəf edə bilməyəcəyi situasiya yaratmaq olub. Yarışmanın nəticələrinə görə bütün iştirakçılar xatirə hədiyyələri qazanıb. Fəxri yer tutanlara isə diplom və medallar təqdim edilib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.04.2019
20.04.2019