Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Söküləcəyi zamanı səbirsizliklə gözləyən 1-ci mikrorayon "xruşşovka"ları - REPORTAJ + FOTO
Tarix: 06.03.2019 | Saat: 15:22:00
Bölmə:Reportaj | çapa göndər

Artıq bir neçə ildir, Bakının müxtəlif rayonlarında köhnə, vaxtı keçmiş binaların sökülərək yerində daha müasir və çoxmərtəbəli binaların inşası ilə bağlı pilot layihələr həyata keçirilir. Ömrünü başa vurmuş, el arasında "xruşşovka" kimi tanınan və söküləcəyi vaxtı səbirsizliklə gözləyən beşmərtəbəli binaların çoxluq təşkil etdiyi ərazilərdən biri də 1-ci mikrorayon ərazisidir.

Lakin bu layihərə start verilməsinin üstündən xeyli müddət keçsə də, burada nə söküntü var, nə də tikinti. Sakinlər də da səsksəkədə yaşayır. Bəziləri sevinir yeni, səliqəli binlara köçəcəklər, bəziləri isə belə söhbətlərə inanmır.

Bu gün biz də sözügedən ərazidə olduq. Elə biz də nə tikinti, nə söküntü gördük. Həyat öz axarı ilə davam edir. Hələ günəş də var ...

Ərazidə beşmərtəbəli binlar çoxdur. Həmin binlar “20 Yanvar” metrosundan başlayaraq “Şamaxinka” ərazisinə qədər ərazidə yerləşir. Binların qarşısında balaca bir park da var. Elə binalarda yaşayan sakinlərlə də orada söhbətləşdik. 

Yaşlı bir sakinə yaxınlaşıb salamlaşırıq.

Həmsöhbətimiz Niyaz dayıdır. Yaşı 70-i haqlayır. Deyir bu çoxdanın söhbətidir:

"İlk əvvəllər televiziyadan eşitdik. Burada yaşayanlar adamlar da vahiməyə düşdülər. Elə bildik günü sabah gəlib çıxaracaqlar. Amma boş şeydir. Belə söhbətlər çox olur. Nə çıxarırlar, nə sökürlər”.

- Bəs gəlib maraqlanan olurmu?

- İlk söhbətlər gedəndə arada buralarda yad adamlar gözə dəyirdi. Sonradan isə görünmədilər.

Sakin Arifə xanım da nigarandı. Deyir bilmirik, söküləcək, ya sökülməyəcək.

Taksi şoferinə də yaxınlaşırıq. O da buranın sakinidir. Evlərinin plana düşmə xəbərin eşidib. Deyir üstündən bir xeyli vaxt keçirb. Daha inanmırıq sökələr.

Daha bir sakin, iş adamı Nazim bəy də düçündüklərini və eşitdiklərini söyləyir:

“Sizi görüb elə bildim, sökülmə məsələsi üçün baxırsız. Bu binaların sökülməsi haqqında o qədər dildən ağıza gəzən söhbətlər eşitmişik. Bəzilər icra hakimiyyətinin, bəziləri isə bina inşa edəcək sahibkarkların marağının olmadığını deyirlər. Hətta daha maraqlı yanaşmalar da var. Mənim başqa yerdə obiyektim var idi. Yaxınlarda sökdülər. Əvəzində binada 3 otaqlı mənzil verdilər. Söküb, tikənə "sökmə" demirik. O hüququmuz da yoxdur. Ancaq boş şeydir. Heç kim maraqlanmır”.

Qeyd edək ki, burada sökülməsi nəzərdə tutulan 30 ''Xuruşşovka'' tipli mənzillərdir. Ötən əsrin 50 ci illərində inşa edilən və istifadə müddətini başa vuran bu binaların əksəriyyəti Nəsimi rayonu 1-ci mikrorayon ərazisində yerləşir.

Söküntü işlərinin aparılması və həmin ərazilərdə yeni binaların tikintisini özəl şirkətlər öz vəsaitləri və kreditlər hesabına həyata keçirəcək. Sakinlər tikinti aparacaq şirkət hesabına kirayə evlərə köçürüləcək və tikinti başa çatdıqdan sonra onlara həmin ərazidə inşa edilən hündürmərtəbəli binada öz evlərindən 10 % daha geniş evlər veriləcək.

Bu ərazidəki binaların 1 ci mərtəbəsini obyekt kimi istifadə edib lakin sənədi olmayanlara ev veriləcək.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.03.2019
18.03.2019