Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Özünü tanıtmadan yoxsullara pul paylayan adam peyda oldu - GÜNÜN TƏZADLARI
Tarix: 06.03.2019 | Saat: 19:40:00
Bölmə:Günün təzadları | çapa göndər

Türkiyədə Bəyoğlu, Hasköydə, gecəqonduların əksəriyyətdə olduğu bir məhəllədə 1 ay içərisində, bir çox adamın səhər oyananda, ya da işə gedərkən qapılarından içəri atılmış içində 1000 lirə olan bir zərflə qarşılaşdığı bəlli oldu. Hafta.az-ın Musavatşcom-a istinadla yaydığı xəbərdə belə deyilir. İndi hamı "Xızır" adını qoyduqları bu xeyriyyəçinin kimliyini axtarır. Hasköy əksəriyyəti xarabalıqdan ibarət məhəllədə hər kəs 1 aydır ki, gecə qapılarının arasından buraxılan pul dolu zərfləri və bunu kimin etdiyini danışır. Bəzi adamlar səhərə qarşı məhəlləyə girir və əvvəlcədən müəyyənləşdirdikləri maddi vəziyyəti pis ailələrin qapıları arasından içəriyə zərf qoyur. Bəzi evə tək, bəzilərinə isə 2 və ya 3 zərf qoyur. Zərflərin hər birindən 1000 lirə çıxır. Eyni zərflərin başqa evlərə də buraxıldığını öyrənənlər, daha sonra bunun bir yardım paketi olduğunu anlayaraq rahatlanır.


Sabunçuda kimsəsiz kişinin üzünü siçovullar yedi


Bakıda tənha yaşayan kişinin üzünü siçovulların yediyi bəlli oldu. Hafta.az xəbər verir ki, bu haqda “BakuTV” internet kanalı xəbər yayıb. Reportajda deyilir: “80 yaşlı Viktor İvanoviç Sabunçu rayonu Qambay Vəzirov küçəsində gördüyünüz bu təhlükə mənbəyi olan yerdə qalır. Özünün dediyinə görə, heç vaxt ailə həyatı qurmayıb. Neçə illərdir gözləri tutulan qoca çarəsiz vəziyyətdə qonşuların ümidinə qalıb. Sakinlər deyir ki, Viktorun yeganə xatırladığı şəxslər Zabrat -1 qəsəbəsində yaşayan yaxın dostu olmuş İvan İvanoviç və bir vaxtlar onu aldadaraq evini əlindən alıb bu cür təhlükə mənbəyinə atan Montində makler işləmiş İlqardır. Ona bu vəziyyətdə kömək edənlər isə qonşularıdır. Gülzar xanım Viktoru neçə illərdir tanıyır. Viktorun pensiyasını isə ona qulluq edən qonşusu Rübail Ağayev və xanımı alır. Qonşular bildirir ki, bir neçə gün əvvəl siçovullar Viktorun üzünü yaralayıblar.


Futbolçu şokolad almaq üçün marketə maşınla girdi


Xorvatiyanın “Osiek” klubunun futbolçusu Petar Boçkay saxlanıldı. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, buna səbəb Boçkayın sərxoş halda idarə etdiyi avtomobillə mağazaya daxil olması olub. Sevgilisiylə Xorvatiyada konsertdən qayıdan Boçkay şokolad almaq üçün yanacaqdoldurma məntəqəsindəki mağazaya gedib, ancaq heç kimin olmadığını görərək, yenidən maşınına qayıdıb. Satıcını gözləmək istəməyən xorvat futbolçu, bu dəfə maşınıyla mağazaya daxil olub. Hadisə zamanı bir neçə şəxsə xəsarət yetirən futbolçu qaçmağa cəhd etsə də, polis tərəfindən saxlanılıb. 12 saat nəzarətdə qalandan sonra buraxılan Boçkayın bu hərəkətindən sonra klubu “Osiek”, onun müqaviləsinə xitam verib. Onun avtomobili sərxoş halda idarə etdiyi də qeyd olunub. 2017-ci ildən “Osiek”də çıxış edən Boçkay, 21 yaşadək futbolçulardan ibarət Xorvatiya millisinin də formasını geyinib.


Qayalar üzərində salınmış şəhər üzə çıxdı


Yunanıstanın Trikala əyalətindəki Meteora şəhərinin uca qayalıqlar üstündə yerləşdiyi bilindi. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi məlumata görə, bu şəhər yerli və xarici turistlərin diqqətini çəkən əsas məkanlardandır. Burada şəhər tamamən qayalardan ibarətdir. Qayaların zirvəsində tikilən monastırlar isə şəhərə möcüzəli mənzərə bəxş edir. Su hərəkətləri və zəlzələ nəticəsində günümüzdəki görüntünü alan şəhərdəki qayaların hündürlüyü bəzən 550 metrə çatır. Məlumata görə, burada tikilən monastrların sayı 20-dən çox olub. Onun 6-sı hələ də qalır. Monsatırlardan ikisi isə rahibələrə aiddir. Meteora şəhəri 1988-ci ildən UNESCO-nun Dünya Mirası siyahısına daxildir.


Aeroportda qumbaraatan tapıldı


ABŞ-ın Pensilvaniya ştatının Lihay Velli adına Beynəlxalq Hava Limanında sərnişinlərdən birinin yük bağlamasında hissələrə ayrılmış qumbaraatan aşkarlandı. Hafta.az "Report"a istinadla xəbər verir ki, bu barədə ölkənin Nəqliyyatda Təhlükəsizlik üzrə Federal İdarəsi bildirib. Məlumata görə, qumbaraatan yoxlama məntəqəsində aşkarlanıb. Buna görə siqnalizasiya işə düşüb. Qeyd edilir ki, faktla bağlı silahın sahibi saxlanılıb. Onun Florida sakini olduğu bildirilir. Onu qaydaları pozduğuna görə 13 min dollara qədər cərimə gözləyir.
Daha əvvəl ABŞ-ın Florida ştatının Fort-Loderdeyl hava limanında atışma nəticəsində 5 nəfər ölüb, 8-i yaralanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.04.2019
21.04.2019
20.04.2019
Vaşinqton ştatının ən böyük vilayətində Azərbaycanla bağlı təqdimat keçirilib
İran-Azərbaycan sərhədinin 132 kilometri bizim nəzarətimizdə deyil - Əli Həsənov
Jurnalistika ixtisası üzrə magistraturaya qeydiyyat başlayıb
“E-sosial” internet portalına bu günədək 100 mindən çox baxış olub
“Adlarını siyahıda tapmayanlar məhkəməyə müraciət etmək hüququ qazanır” – Vüqar Bayramov
İki maşın toqquşdu - Ölən və xəsarət alan var
Azərbaycan İlahiyyat İnstitutunun internet səhifəsi fəaliyyətə başlayıb
Bakıda “Pablo Eskobar” ləqəbli narkobaron saxlanılıb - FOTO
İlahiyyat İnstitutunun internet səhifəsi fəaliyyətə başlayıb
İqlim dəyişikliyinə qarşı mübarizə sahəsində yeni layihənin açılışı olub