Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakıda süpürgəçilər qızılgül və hədiyyələrlə qarşılandı - GÜNÜN TƏZADLARI
Tarix: 07.03.2019 | Saat: 19:30:00
Bölmə:Günün təzadları | çapa göndər

"Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi səhər saat 6:00-dan başlayaraq, Bakının müxtəlif məkanlarında qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə "Biz sizi unutmadıq - 7” adlı ibrətamiz aksiya keçirdi. Hafta.az yazır ki, Birlik sədri Sevinc Əzimbəliyinin sosial şəbəkədə verdiyi məlumatda deyilir ki, aksiya çərçivəsində "Yeni Üfüq” İB-nin üzvləri paytaxtın ayrı-ayrı prospekt, yol və küçələrində təmizlik işlərini həyata keçirən zəhmətsevər Azərbaycan xanımlarını salamlayaraq təbrik ediblər. Süpürgəçi qadınlarımıza bayram hədiyyələri və qızılgüllər təqdim edilib. Aksiyanın əsas məqsədi 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə daha çox zəhmətə qatlaşan, paytaxtımızın yol, küçə və həyətlərinin təmizlənməsi üçün fədakarlıq göstərən anaları sevindirmək olub. S. Əzimbəyli bildirib ki, artıq 7 ildir, 8 Mart bayramı öncəsi paytaxtda "Biz sizi unutmadıq” adlı aksiya həyata keçirilir.


İsrail lideri Əfqanıstanla Azərbaycanı səhv saldı


İsrailin baş naziri Benyamin Netanyahu ötən əsrin 80-ci illərinin əvvəllərində SSRİ rəhbəri Leonid Brejnevin Azərbaycanın adı ilə bağlı buraxdığı səhvi təkrarlayıb, Azərbaycan əvəzinə “Əfqanıstan” dedi. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərdə deyilir ki, Netanyahu seçkiqabağı çıxışı zamanı hökumətə rəhbərlik etdiyi dövrdə səfər etdiyi bir sıra ölkələrin və paytaxtların adlarını sıralayıb. “Mən Pekində, Tokioda, Rio-de-Janeyroda və Nyu-Dehlidə dünya liderləri görüşəndə, Çadda, Omanda, Əfqanıstanda, Qazaxıstanda, Avstraliyada və Sinqapurda səfərdə olanda... Sizləri və bütün İsrail vətəndaşlarını təmsil etməkdən qürur duyuram”- Netanyahu deyib. Lakin Netanyahunun Əfqanıstanın adını çəkməsi təəccübə səbəb olub, çünki İsraillə Əfqanıstan arasında diplomatik münasibətlər yoxdur. Və Netanyahu səhvə yol verdiyinin fərqinə varmayıb. Nəticədə, bəzi informasiya agentlikləri dərhal Netanyahunun Əfqanıstanın adını çəkməklə dramatik məlumatı açıqladığını, ola bilsin, bu ölkəyə məxfi səfər etdiyini yazıblar. Və daha sonra məsələnin yanlış olduğu təsdiqlənib. Çıxışını yekunlaşdıran baş nazir “Tvitter”də izah edib: “Mən bayaq Azərbaycanı nəzərdə tuturdum, amma kim bilir? Ola bilsin növbəti müddətdə Əfqanıstana da səfər edə bildim...”
Netanyahu birinci dəfə deyil ki, siyasi coğrafiya ilə bağlı səhvə yol verir. Ötən ilin dekabrında o, xanımının Nikaraquada dövlət səfərində olduğunu demişdi, əslində isə Netanyahunun xanımı Qvatemalada idi.


Bakı sakininin üzərindən tapança çıxdı


Bakıda qanunsuz gəzdirilən silah aşkar edilərək götürüldü. Hafta.az yazır ki, DİN Mətbuat Xidmətindən Musavat.com-a verilən məlumata görə, Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz silah daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş A.Cəfərzadə saxlanılıb. Ondan kustar üsulla hazırlanmış “Revolver” tipli tapanca və həmin silaha aid 2 patron aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.


Daşkəsəndə döyüşə yararlı 23 əl qumbarası tapıldı


Daşkəsən rayonunda döyüş üçün istifadəyə yararlı olan əl qumbaraları aşkar edildi. Hafta.az yazır ki, DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, martın 7-də Daşkəsən Rayon Xoşbulaq kənd sakini DİN-nin "102" Xidməti - Zəng Mərkəzi Sisteminə zəng edərək bildirib ki, Qoşqar çayının Xoşbulaq kəndi ərazisindən keçən hissəsində bir neçə əl qumbarası aşkarlayıb. Faktla bağlı dərhal Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları və ANAMA-nın çevik əməliyyat qrupu hadisə yerinə gələrək baxış keçirib və aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 21 ədəd “F-1”, 2 ədəd “FQ-5” əl qumbarası və 21 ədəd partladıcı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Faktla bağlı araşdırma aparılır.


Tanınmış futbol məşqçisinin evi soyuldu


İngiltərənin "Lester" futbol klubunun baş məşqçisi Brendan Rodcersin evi qarət olundu. Hafta.az "Report"a istinadla xəbər verir ki, 46 yaşlı mütəxəssisin Şotlandiyanın Qlazqo şəhərindəki mənzilindən soyğunçular bir neçə qiymətli əşya aparıblar. Hadisə ingiltərəli məşqçinin "Seltik" klubunu tərk etməsindən bir həftə sonra baş verib. Polis hadisə ilə bağlı araşdırma aparır.
Qeyd edək ki, Brendan Rodcers 2016-cı ildən 2019-cu ilə qədər "Seltik"ə rəhbərlik edib. O, fevralın sonunda "Lester"in baş məşqçisi təyin olunub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.04.2019
20.04.2019