Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bazara yerli qızıldan hazırlanmış sikkə və külçələr çıxarılıb - FOTO
Tarix: 08.03.2019 | Saat: 22:20:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Bazara yerli qızıldan hazırlanmış sikkə və külçələr çıxarılıb.

Hafta.az-ın məlumatına görə, "Azergold" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən bazarda araşdırma aparılıb və 5, 10 və 20 qramlıq qızıl sikkə və külçələrə tələbatın yüksək olduğu müəyyən edilib.

Cəmiyyətin sədr müavini Xəyyam Fərzəliyevin sözlərinə görə, ilkin mərhələdə 4400 ədəd 999,9 ayarda qızıl külçə, eləcə də qızıl və gümüş sikkələr istehsal edilərək satışa çıxarılıb. Qiymətləri isə qızıl və ya gümüş, eləcə də sikkə və ya külçə olmasından asılı olaraq 120-2550 manat arasında dəyişir.

Məqsəd yerli sahibkarlara dəstək vermək, satış nöqtələrini canlandırmaq, eləcə də tarix, mədəniyyət və incəsənətin əbədiləşdirilməsindən ibarətdir.

Təmiz yerli qızıldan olan sertifikatlaşdırılmış külçə və sikkələrin premium sinfə aid olduğu nəzərə alınaraq, satışı böyük təcrübəyə malik şirkətlərin mağazalarında təşkil edilib. Premium sinfə aid olan bir neçə şəbəkə ilə də danışıqlar davam etdirilir. İlkin mərhələdə yalnız yerli bazarda satışa çıxarılan bu qızıl məhsullarının daha sonra xarici ölkələrdə satışı planlaşdırılır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.05.2019
19.05.2019
18.05.2019