Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
NASA ilk qadın ekipajın tərkibini açıqlayıb
Tarix: 09.03.2019 | Saat: 12:29:00
Bölmə:Maraqlı | çapa göndər

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) Beynəlxalq Qadınlar Günündə martın sonunda açıq kosmosa çıxacaq ilk qadın ekipajın tərkibini açıqlayıb.

NASA-nın saytında yerləşdirilən xəbərə görə, açıq kosmosa çıxacaq zərif cinsin dörd nümayəndəsindən ibarət ekipajın iki üzvü – Enn Makkleyn, Kristina Kox Yerdən 400 kilometr yüksəklikdə Beynəlxalq Kosmik Stansiyada günəş batareyalarını dəyişəcəklər. Yerdəki idarəetmə mərkəzindən isə kosmik missiyaya daha iki qadın – Meri Lourens (uçuşun rəhbəri) və Ceki Keyqi (kosmik səyahətin idarəedicisi) nəzarət edəcəklər.

Məlumatda qeyd olunur ki, Makkeyn artıq ötən ilin dekabrından Beynəlxalq Kosmik Stansiyadadır, Kristina Kox isə martın14-də ona qoşulacaq. Həmin gün Birləşmiş Ştatlarda qeyr-rəsmi olaraq “pi” (3,14) Rəqəmi Günü qeyd olunur. Ona görə də “Soyuz MS-12” kosmik gəmisinin fəzaya buraxılma vaxtı da ABŞ-ın şərq sahillərindəki vaxtla saat 3:14-ə təyin edilib.

Enn Makkleyn və Kristina Koxun açıq kosmosa çıxması isə martın 29-da nəzərdə tutulub. Beləliklə, NASA bu missiyanı ABŞ-da elan edilmiş Tarixdə Qadın Ayı çərçivəsində başa çatdıra biləcək.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.04.2019
20.04.2019