Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Nərimanov rayonunda 5000 (kv.m) sahədə yerləşən yarmarkadan REPORTAJ
Tarix: 09.03.2019 | Saat: 14:17:00
Bölmə:Reportaj | çapa göndər

Martın 2-dən etibarən hər həftənin şənbə və bazar günlərində Bakının rayonlarında, martın 16-dan 21-dək isə hər gün respublikanın bütün şəhər və rayon mərkəzlərində kənd təsərrüfatı məhsullarının satışı yarmarkaları təşkil olunur.

Bu gün də Bakının müxtəlif yerlərində yarımarkalar təşkil edilmişdi. Onlardan biri də Nərimanov rayonunda F.X.Xoyski prospekti, Qələbə meydanında sahəsi 5000 kv.m olan yerdə alıcılara xidmət göstərir. 

Hafta.az novruz bayramı ilə əlaqədar həmin ərazidə olub. Saat 09:00-dan etibarən insan sıxlığını görmək olurdu. Alıcılar da razılıq edir və üz tutduqları bu yarımarkada xeyli alış-veriş edib dönürlər.

Satıcı Fikrət bəy də deyir ki, yarmarka başlayan kimi insanlar gəldi, xeyli satış etmişik.

- Alıcıları qiymətlər qane edirmi?

-  Mənə elə gəlir ki, etməlidir. Bu qiymətə nə bazarda, nə marketlərdə heç nə almaq olmaz. Təbii ki, elə ərzaq vardır ki, onun qiymətində o qədər gözəçarpan dəyişiklik olmasa da, ancaq digərlərində çox fərqlilik var. Həm də mövsümü mallar həmişə baha olur. Biz də çalışırıq ki, alıcıları qane edən qiymətə verək. 

- Siz rayondan gətirirsiz, sizin özünüzə sərf edirmi?

-  Əlbəttə, rayonda əlimizdə durub qalırsa, məhv olursa, burada satışa çıxarmağımız rahatlaşır. Həm də gördüyünüz kimi təmizlik var. insanlar da inanır və alırlar...

- Hamısı yəqin yerli mallardır, bəzən alıcılar deyir yerli adı ilə xarici məhsullar satılır...

-  Biz həmişə öz məhsularımıızı təqdim edirik. Siz də doğru deyirsiz. Elə hallarla da qarşılaşırıq. belə halların baş veməsi inamsızlıq yaradır. Bəzən müştəri soruşur ki, yerli məhsuldur, ya xarici?

Yarmarkada növruz bayramının əsas rəmzlərindən biri olan səmənini də görmək olar. İnsanların da marağı böyükdür. Yaxınlaşıb alanlar, qiymət soruşub uzaqlaşanlar da var idi. Ancaq almasa da, o gözəl səməniyə tamaşa etmək özü də zövqlüdür. 

Allah bazar versin deyib alıcı bir bəyə yaxınlaşırıq.

Məhərrəm bəy də novruz bayramına alış-veriş edir və deyir ki, belə yarımarkalar xalqa köməkdir:

"Bilirsiniz, ölkə prezidenti hər cür şərait yaradır xalq üçün. Baxın, burada və şəhərin müxtəlif yerlərində yarmarkalar təşkil edilib. Bu nə üçündür? Xalq üçündür. Yerli məhsulları gəlib buradan almaq olur. Əvvəllər yarmarkalar çox az təşkil olunardı. İnsanlar narazı qalardı. Amma indi isə həftədə, ayda bir olur. Novruz bayramı ilə əlaqədar isə görün neçə gün insanların rahat və ucuz alış-veriş etməsi üçün şərait yaradılıb".

Diqqətçəkən məqamlardan biri də yarmarkaların təmiz və səliqəli olmasıdır. İnsaların rahat olması üçün və təmizliyə əmin olmaları məqsədi ilə geniş qurulan bu çatıdrlar antisanitariya qaydalarına cavab verir. 

Elə bunu başqa bir alıca -  Nazilə xanım da deyir:

"Əvvəllər xatırlayırdınızsa qurulan yarmarkalar çox biabırçı vəziyyətdə olardı. Yerə tökülərdi mallar. İnsanlar ayaqlaya-ayaqlaya keçərdi. Üfunət iyi çox olardı. Amma indi qurulan yarmarkalarda da o problem yoxdur. Biz könlümüz istəyən kənd təsərrüfatı məshullarını belə alırıq. Gəlmişəm ki, bayram üçün alış-veriş edim".

Artıq günorta saatlarına getdikcə insanların sayı artmağa başlayır. Satıcılar da razı halda alıcıların bolluğuna sevinirlər.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.03.2019
19.03.2019