Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Novruz yarmarkası - alan da razı, satan da... - REPORTAJ
Tarix: 09.03.2019 | Saat: 14:48:00
Bölmə:Reportaj | çapa göndər

Artıq Novruz bayramına sayılı günlər qalıb. Bayramla əlaqədar olaraq paytaxt sakinlərini ucuz kənd təssərrüfatı məhsulları ilə təmin edilməsi üçün dövlət səviyyəsində Kənd Təssərrüfatı Məhsullarının Satışı Yarmarkası təşkil edilib.

Bu dəfə yolumuzu Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində “Günəş” Ticarət Mərkəzinin ərazisində fəaliyyət göstərən Kənd Təssərüfatı Məhsillarının Satışı Yarmarkasından saldıq. Yarmarka yüksək səviyyədə təşkil olunub. Müxtəlif çeşidli, münasib qiymətə məhsullar satılır. Yarmarkaya nəzarət tərəzisidə quraşdırılıb. Bazarla müqayisədə satılan məhsulların qiymətləri çox aşağı idi.

 

Gündəlik işlənən kənd təssərrüfatı məhsulları olan soğanın 1 kiloqramı 50 qəpik, kartof 60-70 qəpik, kök 60-70 qəpik, ət 9 manat, süd 1litr 1 manat, qatıq 1litr 80 qəpik-1 manat, qabıqlı qoz və fındıq 3 manat, ləpə qoz 5-6 manat, fındıq ləpəsi 5-6 manat, ərik qurusu 5-6 manat, qara kişmiş qurusu 7-8 manat , iydə 4 manat, şabalıd 5 manat, alma 50 qəpik-1 manat, pendir 4-5 manat arası satılırdı. Adlarını çəkmədiyimiz digər məhsullarda bazarla müqayisədə ucuz idi. Sözügedən satış müəssisəsində alıcıların və satıcıların üzlərində bayram əhval-ruhiyyəsi duyulurdu.

Töhvə İsmayılova Yeni Günəşli qəsəbəsi “V” Yaşayış Masivində qaldığını söylədi.

Bildirdi ki, yarmarkanın təşkilindən çox razıdır: "Evimizin yanında münasib qiymətə, xüsusilə də rayondan gətirilmiş keyfiyyətli kənd təssərrüfatı məhsulları ilə bizi təmin edirlər. Bu yaxınlarda paytaxtın ən ucuz bazarı olan “Səkkizinci kilometr” bazarında olmuşdum. Yarmarka ilə müqayisədə qiymətlər arasında böyük fərq var. Qiymətlər biz alıcıları qane edir. Novruz hər bir müsəlmanın, türk dünyasının bayramıdır. Dünyanın hər yerində bahaçılığın tüğyan etdiyi bir vaxtda dövlətimiz, xüsusilə də prezidentimiz bizə yüksək qayğı göstərir. Açılan satış yarmarkası da bu qayğının bir nümunəsidir. Bizə göstərilən qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə təşəkkürümüzü bildiririk”.
Digər alıcılar da razılıq edirdilər, qiymətlərin münasib olduğunu söyləyirdilər.
Bir neçə satıcı ilə də görüşdük. Rəfael adlı satıcı İmişli rayonundan gəldiyini, öz əkib-becərdiyi halal məhsullarının satdığını dedi: "Qiymətlər bizi qane edir. Dövlət səviyyəsində məhsulumuzu gətirib satırıq. Rayondan maşınla məhsullarımızı pulsuz gətirmişik, bizdən yer haqqı alınmır. Yarmarkada biz satıcılar üçün hər cür şərait yaradılıb. Sağ olsunlar. Allah bərəkət versin..."

Pezident Administrasiyası və Bakı Şəhər İcra Hakimiyətinin nümayəndələri yarmarkaya nəzarət edirdilər. Suraxanı Rayon İcra Hakimiyətinin başçısı İlqar Abbasov yarmarkaya şəxsən özü nəzarət edir, qiymətlərələ maraqlanırdı.

Suraxanı RİH başçısı Aparatı ictimai-siyasi və humanitar məsələr şöbəsinin baş məsləhətçisi Nazim Fətullayev hafta.az-a bildirdi ki, adıçəkilən yarmarka hər həftənin şənbə və bazar günü fəaliyyət göstərir, Novruz bayramında da bütün günlərdə fəaliyyətini davam etdirəcək.

Yarmarkada satılan məhsullar Şəki, Zaqatala, Balakən, İsmayıllı və Gədəbəy rayonlarından gətirilib. 100 çeşiddə məhsil satılır. Qiymətlər bazarla müqayisədə 30-40 faiz aşağıdır. Özünüz də gördüyünüz kimi alıcılar da razı gedirlər. Adları çəkilən rayonlardan 10 tondan çox məhsul gətirilib.

Şəki RİH başçısı Aparatı Ərazi və özünü idarəetmə Şöbəsinin müdiri Rəfail Manafov bildirdi ki, rayondan sözügedən yarmarkaya 2 tondan çox kənd təssərrüfatı məhsulu gətirilib:

"Bazarda kartofun 1 kilosu 1 manat. 1 manat 20 qəpik olduğu halda biz 60 qəpiyə satırıq. Eləcə də digər məhsullar. Ətin bazarda kilosu 11-13 manat olduğu halda biz 9 manata satırıq. Şəki rayonundan müxtəlif çeşidli şirniyyatlar - Şəki halvasından tutmuş Şəki noğluna kimi gətirmişik. Hamısı da Şəki ƏliƏhməd Şirniyyat Fabrikinin istehsal etdiyi keyfiyyətli məhsullardır. Məqsədimiz paytaxt sakinlərini bu bayram günlərində ucuz qiymətə kənd təssərrüfatı məhsulları və şirniyyatlarla təmin etməkdir”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.05.2019
19.05.2019
18.05.2019